
İlham Mirzəyevin məhkəməsinin vaxtı məlum oldu
Teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Bu barədə Teleqraf.com-a məhkəmədən məlumat verilib. Məlumata görə, İlham Mirzəyevin cinayət işi hakim Məzahir Sadıqovun icraatına verilib və məhkəmənin hazırlıq iclası sentyabrın 9-na təyin iolunub.
Qeyd edək ki, İlham Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.