"Sponsorlar xanım müğənnilərə..."-Emil Bədəlov
10:25 02-09-2014
ŞOU
"Sponsorlar xanım müğənnilərə..."-Emil Bədəlov
Müğənni Emil Bədəlovun müsahibəsini sizə təqdim edirik.
- Müğənni olmaq çoxmu asandır? Artıq sanki hamı müğənni olmaq həvəsindədir.
- Bu haqda açığı danışmağı sevmirəm. Qısa olaraq demək istəyirəm ki, oxuya bilən oxusun, oxuya bilməyənlər başqa işlə məşğul olsalar, daha məqsədə uyğundur.
- Bu gün müğənnilərimiz var ki, solo-konsert verməyə çəkinirlər. Artıq həmin müğənnilərə tələbat yoxdur yoxsa, onların konsert verməyə gəliri yoxdur?
- Mən belə düşünürəm ki, maddi imkanları buna yol vermir. Konsert proqramı ilə çıxış etmək üçün 10-20 min manat kifayət etmir. Yüksək səviyyədə konsert vermək üçün, yaxşı pul lazımdır.
- Bəs şirkətlər niyə müğənnilərin konsertlərinə sponsor olmağa deyillər?
- Sponsorlar əsasən xanım müğənnilərə üstünlük verirlər. Hələ mən görməmişəm ki, kişi müğənniyə kimsə sponsorluq etsin. Eləyən olub e... dostu-tanışı.
- Sizcə bunun səbəbi nədir? Ümumiyyətlə bu vaxta qədər Emil Bədəlov sponsorluq üçün kimlərəsə müraciət edibmi?
- Xeyr. Heç bir zaman kiməsə ağız açmamışam və o barədə heç düşünmürəm də. Allaha min şükür, öz qazancım özümə bəs edir.
- Emil Bədəlova bu gün toy bazarında tələbat varmı?
- Əlbəttə. (gülür)
- Toy qiymətiniz?
- Toya 5 min AZN-nə gedirəm, yarım saatı isə 1500 AZN-ə oxuyuram.
- Bu yay Emil Bədəlov harda dincəlib?
- İsti yay günlərini Bodrumda keçirdim.
- Ailənizlə?
- İki dəfə getdim Bodruma, birində ailəmlə, digərində isə dostlarımla.
- Artıq yeni mövsümdəyik. Dinləyiciləriniz üçün hansı yenilikləriniz var?
- Məni sevib, dinləyənlər üçün yeni mahnılarım var. Yeni mahnılarımdan hansı tutarlı olsa, elə ona da klip çəkdirəcəyəm.
- Səhnəyə gələndə bir çox mahnı ifa etdiniz. Lakin partlayış edib, sizi yaddaşlara həkk edən "Saqqız" mahnısı oldu.
- Bu ondan irəli gəlir ki, mən o mahnını oxuyanda hələ heç kim cəsarət edib məzəli mahnı oxumamışdı.
- Emil Bədəlov kiminlə duet oxumaq istəyər?
- Xalq artistimiz Brilliant xanım Dadaşova ilə duet oxumaq istərdim.
- Nə vaxta qədər bizim müğənnilərin gəliri toydan olacaq?
- İnanmıram ki, bundan sonra o, düzəlsin. Əvvəllər internet yox idi, müğənnilər yaxşı pul qazanırdılar kaset-disk satışından. İndi isə internet var deyə, nə disk çıxaran var, nədə ki, disk alan. Bir mahnını bir dəfə oxuyan kimi yükləyirlər internətə və kimə lazım olursa, internetdən yükləyir.
- Emil Bədəlov dövlətə vergi verirmi?
- Təbii ki, hələ 51 azn borcum qalıb.(gülür)
- Səsiniz neçə oktavadır?
- Mənim səsim zil səslərdən deyil. Lirik tenoldur.
- Üzünə gülsən də, zəhlən gedən müğənni varmı?
- Kimdən xoşum gəlmirsə, özləri bilirlər. Sevmədiyim birinə mən heç vaxt "qardaş" deməmişəm!
- Kimin adını açıqlaya bilərsiniz ki, onun səsini eşidəndə televizoru söndürürsünüz?
- Mən yeddi ildir tək oxuyuram, hələ indiyə qədər kiminsə adını çəkməmişəm. Belə də, olub ki, gəlib mənə deyiblər ki, filankəs sənin haqqında bu cür sözlər dedi və sair. Mən heç bir zaman çıxıb efirdə o, adama söz deməmişəm, sadəcə kənarda sözümü deyib cavabını vermişəm.
Digər Xəbərlər
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40