Mədət Quliyevin zonunda lotu "imnavat" olundu
09:54 03-09-2014
İQTİSADİYYAT
Mədət Quliyevin zonunda lotu "imnavat" olundu
Lotu Qulu iki "qanuni oğru"nun tacqoyma mərasimini keçirib
Azərbaycanlı kriminal avtoritet, hazırda həbsdə olan Nadir Sələfov doğum günündə iki "qanuni oğru"nun tacqoyma mərasimini keçirib.
"Unikal" Rusiya KİV-nə istinadən xəbər verir ki, Türkiyədə baş tutan mərasimə Lotu Qulu ləqəbli avtoritetin qardaşı Namiq başçılıq edib. Barmaqlıqlar arasından skype vasitəsilə mərasimə qoşulan Qulu Rafet Əli-Bayramlı və Ceyhun Gəncəliyə yeni titul verib.
Onu da qeyd edək ki, Penitensiar Xidmət ənənəsinə sadiq qalaraq, məlumatı təkzib edib. "Məhkumun Skypela danışması barədə yayılan informasiyalar cəfəngiyyatdır. Azərbaycandakı cəzaçəkmə müəssisələrində internet xətti yoxdur. Bu səbəbdən də onların "Skype" ilə danışması xəbəri həqiqəti əks etdirmir". Bu açıqlamanı Bizimyol.info saytının sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən bildiriblər.
Qeyd edilir ki, "Lotu Quli" həmin iki nəfərə "qanuni oğru" adı verib. Bu məlumat Azərbaycan mətbuatı tərəfindən tirajlanıb. Azərbaycan Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Nadir Səlifov 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Nadir Səlifov "Loti Quli" adı ilə tanınan kriminal avtoritetdir. O, 2006-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53