"Siyasi mübarizə hələ qabaqdadır"
14:10 05-09-2014
İQTİSADİYYAT
"Siyasi mübarizə hələ qabaqdadır"
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan
nümayəndə heyətinin üzvü Elxan Süleymanov Dağlıq Qarabağ və digər ərazilərin işğal məsələsinin AŞPA gündəliyinə salınmasına dair qətnaməyə münasibət bildirib.
E.Süleymanov AŞPA Bürosu tarixi səsvermə ilə 20 səs lehinə, 5 səs əleyhinə olmaqla, onun tərəfimdən yazılmış və irəli sürülmüş qətnamə təkliflərinin məruzə üçün AŞPA Siyasi Məsələlər Komitəsinə yönləndirilməsi barədə qərar verditini deyib: "Olduqca kəskin müzakirələrə səbəb olmuş məruzənin dəqiq başlığı nəhayət, üç nəfərin səs vermədən imtinası ilə əksər çoxluqla "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması" kimi qəbul edildi.
Xüsusilə, vurğulamalıyam ki, səsvermənin nəticələri həqiqətən tarixi əhəmiyyətə malikdir. Belə ki, 10 il ərzində bəri Avropa Şurasında müzakirə edilməmişdi. Ermənistanın Azərbaycana qarşı güclü lobbiçiliyi, hətta Katiblik rəhbərinin dəstəyi nəticəsində işğal edilmiş ərazilərə dair müzakirəsinə dair bütün təşəbbüslərin qarşısı alınmış və, beləliklə məsələni gündəliyə salmaq qeyri-mümkün olmuşdu. Onu da qeyd edim ki, hazırlanacaq məruzənin başlığının dəqiq ifadəsi barədə müzakirə olduqca çətin idi, belə ki, Azərbaycanın haqlı mövqeyini hərtərəfli formada vurğulamaq üçün bu başlıqda hər söz əhəmiyyət kəsb edir".
Deputat qeyd edir ki, hələ 2013-cü ilin aprel ayında Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən qeyri-qanuni işğalına göz yuman beynəlxalq ictimaiyyəti tənqid edən və AŞPA-da mənim tərəfimdən irəli sürülmüş və 24 deputat həmkarım tərəfindən imzalanmış ilk qətnamə təklifi Strasburqda AŞPA-nın 2013-cü il yaz sessiyasında Assambleya Prezidenti tərəfindən rədd edilmişdi: "9 may 2013-cü ildə Avropa İttifaqının 8 müxtəlif ölkəsindən olan 31 AŞPA üzvü tərəfindən yeni qətnamə təklifi irəli sürüldü. Həmin sənəddə deyilir: "Ermənistan beynəlxalq ictimaiyyətin bir sıra qətnamələrində açıq-aydın silahlı təcavüzə görə həm də Avropa Şurası tərəfindən dəfələrlə ittiham edilən təcavüzkar dövlət kimi xarakterizə edilirdi, belə ki, Ermənistanın bu müstəvidə mövqeyi AŞPA-nın əsas prinsiplərinə ziddir." Aydındır ki, 31 Avropalı deputat bu qətnamə təklifi vasitəsilə Avropa Şurasının Azərbaycanla bağlı öhdəliklərini yerinə yetirmədiyi faktını vurğulamaq istəyirdi.
E.Süleymanov qeyd edir ki, Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair yeni qətnamə təklifi irəli sürüb: "Bu qətnamə təklifi 18 iyun 2014-cü ildə AŞPA-nın saytında dərc edildi. Qətnamə təklifi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı. Büro üzvlərinə AŞPA rəhbərliyi və AŞPA Katibliyinin Azərbaycana münasibətdə ümumilikdə və xüsusilə təqdim olunmuş qətnamə layihəsi ilə bağlı obyektivlik nümayiş etdirəcəyinə səmimi ümid ifadə edən məktub göndərildi.
Lakin gözlənildiyi kimi, iyunun 22-si Sədarət Komitəsinin iclasında AŞPA-nın Baş Katibi cənab Saviçki qətnamə təklifinə qarşı son dəqiqədə prosedur etirazı qaldırdı. Həqiqətən də, Azərbaycanın legitim tələblərindən gəldikdə, yenidən və yenidən erməni lobbisi və onların administrasiyadakı tərəfdarları tərəfindən son dəqiqə qeyri-müəyyən maneələr quraşdırılır.
Mən AŞPA rəsmilərinin belə bir qəbuledilməz davranışına qarşı çox aydın mövqedən çıxış edir və belə halların qəbuledilməz olduğunu bildirirəm. Zənnimcə, belə bir şəxs uzun müddət Assambleyanın Baş Katibi vəzifəsində çalışa bilməz, çünki, o, bitərəf dövlət rəsmisi kimi fəaliyyət göstərmir, çox həssas siyasi mövzulara toxunur, belə ki, o, çəkinmədən bir üzv dövlətin ölkəmə qarşı təcavüzkar mövqeyini açıq şəkildə müdafiə edir. Cənab Saviçkinin mövqeyi aşkar şəkildə Azərbaycana qarşı belə bir ədavət aparmaqdan ibarətdir, belə ki, mən də Azərbaycan hökumət qurumlarının bu məsələni gecikdirmədən Avropa Şurasının Nazirlər Şurası qarşısında qaldırmasında təkid edirəm və Büronun stenoqrafiyasının araşdırılmasını tələb edirəm.
Lakin bu gün, xoşbəxtlikdən, Parisdə ümumi prinsiplər Katibliyin rəhbəri tərəfindən davam edən manevrlərə üstün gəldi: 20 səs lehinə, 5 səs əleyhinə olmaqla, qətnamə təklifləri Siyasi Məsələlər Komitəsinə göndərildi".
Zənnimcə, Azərbaycanın üzləşdiyi bütün prpoblemlərin təhlili olduqca aydındır: Azərbaycan bu günə qədər əvvəlki qətnamə təklifləri ilə bağlı yalnız təkrarən vetolarla üzləşib və çox təəssüf ki, Avropa Parlamenti, Avronest Parlament Assambleyası yaxud ATƏT Parlament Assambleyası kimi, digər beynəlxalq təşkilatlarda da eyni münasibətlin şahidi oluruq. Hamıya aydındır ki, beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı təzyiqinin yalnız bir səbəbi var: Azərbaycan heç vaxt işğal olunmuş ərazilərinin qaytarılması hüququnu tələb etməməlidir. Lakin beynəlxalq təşkilatlar başa düşməlidir ki, Azərbaycan xalqı bir neçə beynəlxalq qətnamədə birmənalı şəkildə öz təsdiqini tapmış qanuni tələblərindən əl çəkməyəcək.
Aydındır ki, beynəlxalq təşkilatlar, o cümlədən AŞPA beynəlxalq ictimaiyyəti davam etməkdə olan bu ədalətsizlikdən yayındırmaq üçün davamlı olaraq məqsədli və qərəzli şəkildə Azərbaycanın insan hüquqları və azadlıqları geniş şəkildə pozan anti-demokratik ölkə imicini formalaşdırmağa çalışırlar. Azərbaycanın ictimai rəyi inanır ki, AŞ-da və beynəlxalq təşkilatlarda Azərbaycana qarşı bu kimi davamlı kampaniyanın bir əsas məqsədi var: Ermənistan tərəfindən 1 milyon Azərbaycan vətəndaşının hüququnun kütləvi və geniş şəkildə pozulmasını, 20 ildir ki, qaçqın və məcburi köçkünlərin olmasını və onların öz evlərinə qayıdaraq təhlükəsiz yaşamaq hüquqlarının təmin olunmamasını və bütün bunların beynəlxalq təşkilatların diqqətindən kənarda qalmasını beynəlxalq ictimaiyyət tərəfindən unudulmasına nail olmaq.
Nəhayət, müsbət gözləntilərlə fikrimi tamamlamaq istərdim. AŞPA bir neçə ay ərzində Sərsəng su anbanbarı barədə qətnamə təklifini ciddi şəkildə nəzərə alaraq vicdanlı əməkdaşlıq və yaxşı siyasi təcrübəni həqiqətən dəyərləndirdiyini sübüt edə bilər. Daha sonra isə, Assambleya Siyasi Məsələlər Komitəsinin növbəti məruzəsində Azərbaycan ərazilərinin qeyri-qanuni zəbt edilməsi məsələsinin AŞ üçün real və səmimi narahatlıq olduğunu sübut edə bilər. Lakin şübhəsiz, beynəlxalq ictimaiyyətə aydın olmalıdır ki, Azərbaycan bu ədalətli və doğru yolundan çəkinməyəcək.
AŞPA Bürosunda bugünki nəticələrə gəlincə, sonda təvazökarlıqla demək istəyirəm ki, bütün bu illərdən sonra hər iki məsələ - Sərsəng su anbarı və işğal olunmuş ərazilər – barədə məruzələrə start verilməsinə nail olunması ilə qürur hissi yaşayıram və qətnamə layihələrinə imza atan çoxsaylı həmkarlarıma və son Büro iclasında iştirak edən bütün həmkarlarıma bu ədalətli prosesdə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.
Lakin iş hələ indi başlayıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktı ilə bağlı ədalətsizliyə qarşı ədalətsiz mövqe tutan beynəlxalq qurumlarla siyasi mübarizə hələ qabaqdadır".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17