Fuad Əlizadə işçilərinə niyə qəzəbləndi?
16:46 06-09-2014
İQTİSADİYYAT
Fuad Əlizadə işçilərinə niyə qəzəbləndi?
Dövlət Əmək Müfəttişliklərinin regional rəislərinə və müfəttişlərinə töhmət verildi
Sentyabrın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) funksional vəzifələrin icrasının və əmək hüquqlarının təminatına dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı aparılan islahat prosesinin cari vəziyyəti müzakirə olunub.
DƏMX-in rəisi Fuad Əlizadə Xidmətin bu sahədə gördüyü işləri diqqətə çatdırıb. Cari ilin ötən dövründə dövlət nəzarəti zamanı ümumilikdə 13 mindən çox halda əmək qanunvericiliyinin pozulması faktının aşkar edildiyini qeyd edən F.Əlizadə həmin hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq olunan cərimələrin ümumi məbləğinin və həmin cərimələr üzrə ödənilən məbləğin ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 7,7 dəfə və 22,7 dəfə çox olduğunu bildirib. "Dövlət nəzarəti zamanı aşkar edilmiş hüquq pozuntuları ilə bağlı qanunvericiliyin müvafiq maddələri ilə ciddi cəza tədbirlərinin görülməsi vətəndaşların əmək hüquqlarına münasibətdə işəgötürənlərin sosial məsuliyyətinin artırılmasına yönəlib".
Xidmət rəisi respublikanın əmək münasibətləri sistemində yeni mərhələ kimi tətbiq olunan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən (EİS) istifadəyə dair mütəmadi olaraq və bütün bölgələrdə geniş məlumatlandırma tədbirlərinin aparıldığını, işəgötürənlərə lazımi metodiki və əməli köməkliklər göstərildiyini bildirib. "Sistemdə qeydiyyatdan keçən əmək müqavilələri bildirişlərinin sayı günbəgün və əhəmiyyətli şəkildə artır. Bütün məqsədyönlü tədbirlər görüləcək ki, EİS ölkənin əmək bazarında mövcud olan bütün əmək münasibətlərini əhatə etsin. Yalnız belə olan halda əmək bazarına tam və operativ, çevik dövlət nəzarəti təmin olunacaq. Bu sistemin əhatə dairəsindən kənarda qalan əmək münasibətləri isə qeyri-qanuni hesab edilməklə qanunvericiliyə uyğun şəkildə cəza tədbirləri ilə qarşılanacaq".
Tədbirdə qarşıda duran ayrı-ayrı bölgələr üzrə Dövlət Əmək Müfəttişliklərinin fəaliyyətinin nəticələri təhlil edilib, eyni zamanda yol verilən nöqsanlar və çatışmazlıqlar qeyd olunub. Funksional vəzifələrinin icrasında ciddi nöqsanlara yol verən 2 saylı, 4 saylı, 23 saylı və 3 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin rəislərinə, 3 saylı və 6 saylı Dövlət Əmək Müfəttişliklərinin rəis müavinlərinə töhmət elan olunub. Bundan başqa, toplantıda ayrı-ayrı regionlar üzrə 7 əmək müfəttişinə töhmət verilib.
Ekspertlər bu cür cəzalandırmanı doğru sayırlar. Onlar hesab edirlər ki, DƏMX-nin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində ciddi nöqsanların olduğu bir şəraitdə Xidmətin işinin yüksək səviyyədə qurulması əsas şərtdir.
Bununla ayaqlaşa bilməyənlər isə indidən xəbərdarlıq almalıdırlar ki, gələcəkdə rastlanan hazırki nöqsanları aradan qaldırmaq mümkün olsun.
Məhz bu mənada DƏMX rəisi Fuad Əlizadənin yuxarıda göstərilən cəza tədbirlərinin müəyyən irəliləyişə yol açması mümkündür. Amma bunun üçün regional idarələrin yol verdiyi nöqsanlara qarşı operativ reaksiyanın davamlı və daha prinsipial olması lazımdır. Belə olub-olmayacağını isə zaman göstərəcək.
Günel Əkbər
**
Ötən ay 110 kiloqrama yaxın narkotik maddənin Azərbaycana qanunsuz keçirilməsinin qarşısı alınıb
Ötən ay ölkə sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, 2014-cü ilin avqust ayı ərzində dövlət sərhədini pozduqlarına görə 31 halda 39 nəfər saxlanılıb, onların 23 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Özbəkistan, 2 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 2 nəfəri Qazaxıstan, 2 nəfəri Pakistan, 1 nəfəri Qırğızıstan vətəndaşı olub.
Sərhəd rejimi qaydalarını pozduqlarına görə 3 halda 4 nəfər, Xəzər dənizində isə 11 halda 19 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar.
Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 268 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda ümumilikdə 109 kiloqram 421 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Ümumilikdə ay ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 55 halda ümumi dəyəri təqribən 3 milyon 365 min manat olan qaçaqmal , o cümlədən 1 ədəd avtomat silah, 60 ədəd 7.62 mm kalibrli patronla dolu 2 ədəd daraq, 2 ədəd ov tüfəngi, 3 ədəd pnevmatik tapança, 78 ədəd müxtəlif ölçülü güllə, 5 ədəd bıçaq, 58 ədəd müxtəlif markalı mobil telefon, 239 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 4238 qutu müxtəlif markalı siqaret, 4 ədəd qayıq, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53