Əli Kərimlinin xəyanət xronologiyası
14:47 09-09-2014
İQTİSADİYYAT
Əli Kərimlinin xəyanət xronologiyası
AXCP sədrinin ermənilərdən maliyyə vəsaiti alaraq milli maraqlarımıza zidd fəaliyyət göstərdiyi üzə çıxır
AXCP sədri Əli Kərimlinin xəyanətləri illərdir ki, davam edir və hər ötən gün bu siyahıya yeni xəyanətlər əlavə olunur. Azərbaycanın son 20-25 illik siyasi tarixinə nəzər yetirmək kifayətdir ki, Əli Kərimlinin xəyanətlərinə şahid olasan.
Ölkənin ictimai-siyasi arenasında təmsil olunanlar da yaxşı bilirlər ki, onun tərcümeyi-halında təmiz səhifə yoxdur. Onun ən böyük xəyanəti isə ermənilərlə işbirliyində olmasıdır. İllərdir ki, Əli Kərimli yaxasını cıraraq car çəkir ki, milli maraqlara xidmət edir. Amma son olaylar onu göstərdi ki, Əli Kərimli doğurdan da "milli" maraqlara xidmət edib. Amma onun xidmət elədiyi maraqlar ermənilərin milli maraqlarıdır.
Məlum olduğu kimi, bir müddət öncə Leyla Yunus, Rauf Mirqədirov ermənilərlə işbirliyində suçlanaraq həbsə atılıblar. Bunu sübut edən faktlar ortaya qoyulub. Amma ermənilərlə işbirliyində olduğu şübhə doğurmayan Leyla Yunusun Əli Kərimli tərəfindən müdafiə olunmasına nə ad vermək olar? Əgər Leyla Yunus ermənilərin maraqlarına xidmət edibsə və Azərbaycan dövlətinin maraqlarına xəyanət etməsi sübuta yetirilirsə, bundan sonra yenə də onu müdafiə edirlərsə, o zaman Əli Kərimli hansı milli maraqlara xidmət edə bilər? Deməli, hər şey gün kimi aydındır. Əli Kərimlinin ermənilərlə iş birliyində olması danılmazdır.
"Unikal"ın əldə etdiyi məlumata görə, Leyla Yunus erməni dairələrindən aldığı vəsaiti Əli Kərimli ilə bölüb. Bunun müqabilində Əli Kərimli ekstremal situasiyalarda ermənilərin marağına uyğun fəaliyyət göstərib. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, Əli Kərimli son bir neçə ildə yüz minlərlə dollar vəsait əldə edib. Aparılan araşdırmalardan bəlli olub ki, erməni dairələri Leyla Yunusa, ondan da Əli Kərimliyə vəsait ötürüblər. Amma bu vəsait bir başa Ermənistandan yox, Avropa üzərindən transfer olunub. Sadəcə olaraq, hələlik müəyyən məqam gözlənilir. Lazımi faktlar toplanandan sonra müvafiq addımlar atılacaq .
Əli Kərimlinin xəyanəti bununla bitmir. Köhnə müxalifətçilər də Əli Kərimli ilə bağlı diqqət çəkən bir fikirlər səsləndirirlər. Qeyd edirlər ki, Əli Kərimli hər zaman sabotajla məşğul olub.
Onu da nəzərə çatdıraq ki, Əli Kərimlinin tərcümeyi-halının ləkəli məqamlarından biri onun siyasətdə xəyanətkar imicinə sahib olmasıdır. Əslində, Ə.Kərimli bu imici qazanana qədər xeyli "əziyyət çəkib". Bura AXCP-nin parçalanmasından tutmuş, müxalifətdaxili birliyin əridilməsinə kimi o qədər "xidmətlər" daxil edilib ki, artıq özünə hörmət qoyan heç bir siyasətçi onunla bir yerdə qərar tutmaq istəmir. Əli Kərimli Əbülfəz Elçibəyə xəyanət edəndə çoxları safcasına onun bu qədər aşağı səviyyəyə enəcəyinə inanmırdılar. Baxmayaraq ki, Ə.Kərimli, hətta ən çirkin üsullara əl ataraq öz liderinin səhhətindəki problemləri mətbuatda lağa qoymuşdu. Özünə yaxın mətbuat orqanlarına Elçibəylə bağlı kompromatlar ötürən Kərimli, hətta Elçibəyi gözdən salmaq, onun haqqında böhtan kampaniyası aparmaq üçün xarici fondlardan külli miqdarda pul almışdı.
Elçibəyin ölümündən dərhal sonra digər partiyadaşlarını siyasi "dələduzluq"la aldadan Ə.Kərimli AXCP-nin parçalanmasına nail oldu, onun sədrliyini qəbul etməyənləri partiyadan uzaqlaşdırdı. Lakin bu da son deyildir. 2000-ci ildə AXCP və Müsavat arasında parlament seçkiləri ərəfəsində yaradılan siyasi blok yenə də məhz Əli Kərimlinin "sayıqlığı" nəticəsində iflasa uğradı. Hətta AXCP sədri Müsavatın parlamentdə təmsil olunmayacağı ilə bağlı bu partiyadan təminat aldıqdan və bunu mətbuatda gündəmə gətirdikdən sonra özü Milli Məclis iclaslarında boy göstərdi. 2003, 2008 və 2010-cu il seçkiləri dövründə yaranmış blokların ömrünün qısa olmasını da blokda təmsil olunan digər partiya rəhbərləri Əli Kərimlinin ayağına yazırlar. Göründüyü kimi, Əli Kərimlinin siyasi fəaliyyəti və müxalifətçiliyi yalnız xəyanət üzərində qurulub. Onun Azərbaycan xalqına xəyanətlərini isə sadalamağa başlasaq, bir yazı yetməyəcək. Təkcə, ermənilərlə və bir sıra digər ölkələrin xüsusi xidmət orqanları ilə qurduğu işbirliklərini qeyd etmək bu məqamda yetərlidir. Ən rəzaləti isə əzəli və əbədi düşmənimiz ermənilərlə işbirliyində olmasıdır ki, buna görə tarixin arxivində ləkəli adam kimi qalacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53