Demokratiyadan danışan İsa Qəmbərin "demokrat"lığı
11:07 11-09-2014
İQTİSADİYYAT
Demokratiyadan danışan İsa Qəmbərin "demokrat"lığı
Müsavat başqanı dildə demokratik dəyərlərdən "dəm" vursa da, avtoritarlaşmaqda davam edir
Məlum olduğu kimi, Müsavat Partiyası öz qurultayını keçirmək üçün sentyabrın 27-nə vaxt təyin edib. Partiya bir müddət öncə qurultaya yer ayrılması ilə bağlı BŞİH-nə müraciət ünvanlamışdı. Bu gün Bakı meriyasından partiyanın müraciətinə cavab verilib.
Bakı meriyası Müsavatın qurultay keçirməsi üçün yenidən Əmircanda yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini münasib bilib. Partiya isə müraciətində 800-1000 nəfərlik tutuma malik olan Opera və Balet Teatrını istəmişdi. İndiyə qədər Müsavatın qurultay keçirtmək cəhdləri məhz yer problemi ucbatından baş tutmamışdı. Daha doğrusu, partiya rəhbərliyi bunu bəhanə edərək qurultayı təxirə salmışdı.
Maraqlıdır, görəsən Müsavat bu dəfə də qurultayın vaxtını dəyişəcəkmi? Müsavat başqanının müavini Mehman Cavadoğlu bu barədə açıqlama verib. O bildirib ki, BŞİH-nin ayırdığı yer müzakirə olunacaq. Böyük ehtimalla qurultay keçiriləcək: "Harada keçirilməsi məsələsi yəqin ki, müzakirədən sonra məlum olacaq. Qurultayla bağlı bütün variantların ola biləcəyi istisna edilmir. Müzakirələrin nəticəsində ictimaiyyətə geniş məlumat veriləcək. Qurultayın təxirə salınması variantı artıq yoxdur. Ehtimal ki, qurultay baş tutacaq".
Göründüyü kimi, partiya rəhbərliyi qurultaya 15 gün qalmış belə ehtimalla danışır. Nəzərə alsaq ki, Gülağa Aslanlı hazırda İsa Qəmbərə ən yaxın adamdır, o zaman onun bu müəmmalı fikirlərinin İsa Qəmbərdən qaynaqlandığını demək olar. Təbii ki, Müsavat Partiyasının qurultayının davamlı olaraq ertələnməsi bütün diqqəti hazırkı başqan İsa Qəmbərə yönəldib. Belə ki, İsa Qəmbər neçə müddətdir ki, qurultayının baş tutmamasına çalışır. Çünki başqanlıqdan gedəcəyi təqdirdə müəyyən dairələrdən alıdığı pulların əlindən çıxacağını bilir. Ona görə də mümkün qədər qurultayın təxirə salınmasına çalışır.
"Unikal"a açıqlama verən hərəkat dövründə siyasi proseslərdə olan, tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli İsa Qəmbərin indi yox, on il əvvəl Müsavatdan getməli olduğunu bildirib: "Mən bir neçə dəfə demişəm: əslində İsa Qəmbər başqanlıqdan 11 il əvvəl, 2003-cü ildə, prezident seçkilərində məğlub olandan və haqqında cürbəcür xoşagəlməz söz-söhbət yayıldıqdan sonra getməliydi. Amma təəssüflər olsun ki, bu məsələ bu günə qədər reallaşmayıb. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi isə ondan ibarətdir ki, paytiyanın məhz onun öz iradəsilə formalaşdırılan nizamnaməsini pozmaqla pis nümunə göstərir. Neçə illərdi onlara yer verilmədiyini bəhanə göstərib, qurultaylarını təxirə salır, günü-günə satırlar. İndi bu bəhanələri kəsilib, çünki səhv etmirəmsə BŞİH onlara yer verib və guya artıq Müsavatda seçki marafonu da başlayıb, namizədlərin adları hallanır, amma yenə də İsa Qəmbərin başqanlıqdan getmək istəməməsi, nə bilim ona xüsusi status verilməsiylə bağlı söhbətlər var.Yaxın günlərdə zəhmətkeş məktublarıyla bağlı xəbər yayılsa, gərək təəccüblənməyək. Bəs niyə getmək istəmir? Yəqin ki, bütün avtoritar rəhbərlər kimi o da əvəzolunmaz olduğunu, ondan sonra Müsavatın parçalanacağını düşünür. Əgər Müsavat onun gedişiylə parçalanıb-dağılacaqsa, qoy olsun. Çünki heç kəs dünyada əbədi deyil və necə deyərlər,. bir şey ki olasıdır, gərəkdir ki, olsun. Bir nəfərin şəxsiyyəti ətrafında formalaşan partiyanın da (əslində belə qurumlara heç partiya demək də olmur, ən yaxşı halda fanklub adlandırmaq olar)olmağından, olmamağı yaxşıdır".
Müsahibimiz deyir ki, daha pisi odur ki, istər Müsavat başqanı, istərsə də Azərbaycandakı digər partiya sədrlərinin ali məqsədi şəxslərini prezident kürsüsüylə təmin etməkdən ibarətdir. "Bu onlarda maniyaya çevrilib. Prezident ola bilməyəcəkləri onların ən qorxulu yuxusudur. İsa Qəmbər və Əli Kərimli düşünəndə ki, heç vaxt prezident ola bilməyəcəklər yəqin ki, dəli olmaq dərəcəsinə çatırlar. Ona görə də, bir-birinə heç vaxt güzəştə getmir, hətta bir-birinə nifrət edir, cürbəcür oyunlar çıxarır (son seçkiləri xatırlayın), düşmənçilik edirlər", - N.Qocabəyli fikrini tamamlayıb.
Burdan da görünür ki, İ.Qəmbər yalnız dildə demokratdır, əsl mahiyyətdə isə yalnız öz maraqlarını güdür.
Q.Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53