Arxasını amerikalıların qucağına qoyanın Azərbaycandan danışmağa haqqı yoxdur
12:47 16-09-2014
İQTİSADİYYAT
Arxasını amerikalıların qucağına qoyanın Azərbaycandan danışmağa haqqı yoxdur
"Xaç atası" Əli Kərimli olan Səid Nuri ABŞ-da ölkəmiz əleyhinə kompromatlar yayır, dövlətçiliyimiz haqqında mənfi imic formalaşdırır
Vaxtiylə radikal müxalifətçilərdən olan, indi isə Amerikaya sığınan Səid Nurinin Azərbaycan dövlətçiliyinə düşmən olan qruplarla işbirliyində olduğu bir daha öz təsdiqini tapdı.
Belə ki, S.Nuri ABŞ xüsusi xidmət orqanlarının casusu kimi qısa müddətə Azərbaycanda öz missiyasını yerinə yetirməyə gəlmişdi. Şahidi olduq ki, adı QHT-nin cinayət işində şahid qismində keçən bu şəxs bir saat içində ABŞ tərəfindən ən yüksək səviyyədə müdafiə olundu. Hətta onun şahid qismində dindirilməsinin özü belə cinayət hesab edildi. Bundan başqa, S.Nurinin porno-görüntüləri yayımlandı. Bəs bütün bunlar - onun Qərb tərəfindən müdafiə olunması və seksual görüntülərinin yayımlanması nəyə xidmət edirdi?
Əvvəla qeyd edək ki, S.Nuri 2005-ci ildə ABŞ xüsusi xidmət orqanları, eləcə də Qərbdə fəaliyyət göstərən erməni lobbi təşkilatları tərəfindən yaradılan "Yeni fikir" gənclər hərəkatının sədr müavini olub. Həmin illərdə Azərbaycanda inqilab planlaşdırılırdı və bu qurum da inqilabın həyəta keçirlməsində katalizator rolunu oynamalı idi. Açıq şəkildə Qərbdən dəstək aldıqlarını etiraf edən "Yeni fikirçilər" hər nə yolla olursa-olsun Azərbaycanda inqilab edəcəklərini bəyan edirdilər. Amma Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığı, gərgin əməyi sayəsində Qərbin layihəsi olan "Yeni fikir" ifşa olundu, bu təşkilatın ermənilərlə əlaqəsi faktlarla sübut edildi və aşkarlandı ki, "Yeni fikir" gənclər hərəkatı bütünlüklə Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən təxribatçı qurumdur. Bu gün də bu qurumun keçmiş üzvləri ABŞ-ın qucağında oturub, Qərbin müxtəlif dövlətlərində vətəndaşlıq statusu alıb ölkəmiz əleyhinə kompromatlar yayırlar. Yeri gələndə ölkəmizə göndərilib müxtəlif təxribatçı meyillərin iştirakçıları olurlar. Məhz S.Nurinin müdafiəsi bütün bunlara görə gözlənilən idi.
İkincisi, S.Nurinin porno-görüntüləri məhz onun özü və onu müdafiə edənlər tərəfindən məqsədli şəkildə yayılmışdı. Bu, ona hesablanmışdı ki, porno-görüntülərdən sonra Azərbayacan iqtidarı səbirsizlik nümayiş etdirərək, S.Nurinin cinayət işində aqressivlik göstərəcək. Nəticədə Qərb, eləcə də ABŞ Azərbaycan iqtidarını tənqid edərək istədiklərini qoparacaq. Ancaq belə olmadı. İqtidar bu şəxslərin kim olduğunu, hansı məqsədlərə xidmət etdiyini bildiyi üçün kifayət qədər təmkinli oldu, əsl səbir nümayiş etdirdi. İki gün ərzində heç bir effekt ala bilmədiklərini görən ABŞ S.Nurini yenidən geri çağırdı, onu ölkəmizdən çıxartdı. Amma o, sahiblərinin yanına çatar-çatmaz Azərbaycan dövlətçiliyinin əleyhinə kampaniya aparmağa başladı. Əslinə qalanda, S.Nuri adlı bu məxluq uzun müddətdir ki, ABŞ-da ölkəmiz əleyhinə kompromatlar yayır, dövlətçiliyimiz haqqında mənfi imic formalaşdırırdı. Onun "xaç atası" isə AXCP sədri Əli Kərimlidir. Diqqət etsəniz görərsiniz ki, Əli Kərimlinin ətrafında olanların əksəriyyətinin elementar əxlaqları yoxdur. Bu günə kimi intim görüntüləri yayılan siyasilərin hamısı Əli Kərimlinin yanında olanlardır.
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP fəalı Səid Nurinin əməlləri barədə fikirlərini "Unikal"la bölüşərkən deyib ki, Əli Kərimli və onun ətrafı barədə əlavə nəsə deməyə ehtiyac yoxdur, baş verənlər hər şeyi ortaya qoyur: "Əli Kərimlinin "məktəbindən" çıxmış Səid Nurinin biabırçı video-görüntülərini gördükdən sonra bəlli oldu ki, biz hələ belə şeylərin çox şahidi olacağıq. Əslində belə hadisələri görərkən bir daha sübut olunur ki, AXCP sədri Əli Kərimli və onun ətrafı nəinki Azərbaycan dövlətçiliyinə qarşı, eyni zamanda uzun əsrlərdən bəri formalaşmış Azərbaycan mentalitetinə qarşı da səfərbər olunublar. Bunların məqsədi məhz belə işlərdən ibarətdir. Məgər buna bənzər hadisələrə AXCP-də azmı rast gəlmişik? Məgər AXCP-də Səid Nuri olayı fövqəladə bir hadisədirmi? Şəxsən mən bundan təəccüb-filan hissləri keçirmirəm".
MMP sədri Səid Nurinin Azərbaycan dövlətçiliyinə qarşı atdığı addımlarla bağlı ölçü götürülməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, S.Nurinin ABŞ vətəndaşlığına arxalanması əbəsdir: "Bu gəda elə bilir ki, ABŞ vətəndaşı olmaqla o nə istəsə, kimin haqqında istəsə edə və danışa bilər. Baxın nə deyir! Deyir ki, bura onun ölkəsidir və istədiyi qədər bura gəlib-gedəcək. Əgər buranı öz ölkəsi hesab edirsə, niyə vətəndaşlıqdan imtina edib, qaçıb Amerikaya? Qalardı burada və axıra kimi dayanardı. Demək onun quyruğu qapı dalında qalan kimi, ölkə amili yaddan çıxır. Bir də ki, belələrinin Azərbaycanda yaşamaması daha yaxşıdır. Getsin "qoluboyların" haqlarını müdafiə edən ABŞ-da rüsvayçı əməlləri ilə məşğul olsun".
Bütün bunlar göstərir ki, Əli Kərimli və onun ətrafı Azərbaycanın maraqlarını satmağa hazırdırlar və imkan düşən kimi öz mənfur əməllərini icra edirlər. Səid Nuri kimi gədələrin hərəkətləri də bunu bir daha sübut edir.
Q.Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53