Hacıbala Abutalıbov bərk qəzəbləndi
12:51 16-09-2014
İQTİSADİYYAT
Hacıbala Abutalıbov bərk qəzəbləndi
Sürücüsü paytaxt merini çətin vəziyyətdə qoyub
Bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xidməti avtomobilinin paytaxt yollarında yol hərəkəti qaydalarını pozması haqda məlumat yayılmışdı.
Avtosfer.az saytının yazdığı xəbərə görə, Bakı merinin "BMW" markalı, 10 AA 008 dövlət nömrə nişanlı avtomobili Səməd Vurğun küçəsi ilə üzü Bakıxanov küçəsinə hərəkətdə olarkən tıxaca düşüb. "Təzə bazar"ın qarşısından əks yola çıxan merin avtomobili Bakıxanov küçəsinə qədər "protiv" gedib. Azvision.az saytı isə bu məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan münasibət öyrənib.
V. Əsədov yol hərəkəti qaydasını pozan hər bir şəxsin cəzalandırılacağını qeyd edib: "Görmədiyim sujet barədə informasiya verə bilmərəm. Belə düşünürəm ki, bu cür informasiyaları yaymaq qalmaqal deməkdir. Hər kəsin hərəkətinə Bakı şəhəri üzrə quraşdırılmış kameralar vasitəsilə nəzarət edilir. Heç kim cəzadan kənar qalmır", deyə Vaqif Əsədov vurğulayıb.
"Unikal"ın əldə etdiyi məlumata görə isə, Hacıbala Abutalıbov sürücüsünün bu hərəkətindən qəzəblənib. O, öz adının bu şəkildə hallanmasına gətirib çıxaran videosüjetin ortaya çıxmasına bais olan sürücünü cəzalandıra bilər.
Eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin başçısı haqqında danışılan videonun mətbuata çıxmasını və geniş müzakirə edilməsini, bunun ətrafında ajiotaj yaradılmasını da təsadüfi hesab etmir. Bakı meri məlum hadisəni onu sevməyən dairələrin hədsiz şişirtdiyini düşünür.
Qeyd edək ki, hökumət son vaxtlar məmurların və onlara yaxın şəxslərin qanundankənar hərəkətlərinə olduqca həssas yanaşır. Belə hərəkətlərə görə vəzifəli şəxslərin danlağa tuş gəlməsi, bir çox hallarda isə sərt şəkildə cəzalandırılması artıq praktikada tez-tez rastlanır.
Abutalıbovun sürücüsünün videokameralara düşən avtomobili "protiv" idarə etməsinə aidiyyatı qurumların hansı reaksiya verəcəyi də məhz bu baxımdan çox maraqlıdır.
Yeri gəlmişkən, üç gün öncə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol polisi əməkdaşlarının AA seriyalı avtomobillərə göz yummadığını və onların sürücülərinə qarşı da tədbirlər görüldüyünü açıqlamışdı. Ən azı buna görə Bakı merinin avtomobili də AA seriyalı olduğundan bununla bağlı lazımi tədbirlər görülüb-görülməyəcəyi maraq doğurur.
Onu da qeyd edək ki, bu cür qayda pozuntuları yalnız operativ nəqliyyat vasitələri tərəfindən edilə bilər ki, bu zaman həmin nəqliyyat vasitələrinin üzərində xüsusi səs siqnalları və rənglənmə qrafikası olmalıdır. Bakı meri Hacıbala Abutalıbovun avtomobili isə operativ yox, xidməti avtomobil olduğundan bu əmələ görə merin sürücüsünə 100 manat və 4 cərimə balı düşür. Avtomobildə quraşdırılan və qanunla qadağan olunan səs siqnalından istifadəyə görə isə 150 manat cərimə nəzərdə tutulur.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53