Artur Rəsizadənin işçilərinin yanlış hesablaması
12:54 16-09-2014
İQTİSADİYYAT
Artur Rəsizadənin işçilərinin yanlış hesablaması
Müəllimin yolxərci ilə bağlı hökumətin qərarında "səhv tutuldu"
Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər sentyabrın 15-də qüvvəyə minib.
Artur Rəsizadənin rəhbərlik etdiyi Nazirlər Kabinetinin qərarına əsasən, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərin aylıq əməkhaqqına əlavənin məbləği də 70 manatdan 100 manata qaldırılıb.
İqtisadçı ekspert Rövşən Ağayev isə deyib ki, 30 manatlıq artım yolxərcini ödəməyə yetərli deyil: "Azərbaycanın əyalətlərində ictimai nəqliyyat sisteminin hazırkı durumundan xəbərdar olduğum üçün deyə bilərəm ki, həftədə 5 gün 20 kilometrdən artıq məsafəni qət etməli olan müəllimin nəqliyyat xərclərini 100 manatla qarşılaması çətindir.
Qərarda yolxərcinin məbləği gənc müəllimin seçdiyi məktəbin rayon mərkəzindən yaxın-uzaqlığı ilə ölçülür. Halbuki burada əsas meyar həmin məktəbi seçən müəllimin yaşadığı faktiki ünvanla məktəb arasındakı məsafə olmalıdır. Bu il yaxın qohumum yaşadığı kənddən 22 kilometr uzaqda yerləşən məktəbdə işə düzəlib. Amma həmin məktəb rayon mərkəzindən 5-6 kilometr uzaqlıqda yerləşdiyi üçün 100 deyil, 60 manat nəqliyyat xərci alacaq. Elə şəxslər də var ki, yaşadığı kənddən 3-4 kilometrlik məsafədə işləyir, amma çalışdığı kənd rayon mərkəzindən 20 kilometrdən uzaq məsafədə yerləşdiyi üçün 100 manat yolxərci alır".
Ekspertin dedikləri ilə razılaşmamaq mümkün deyil. Belədə isə Artur müəllimin rəhbərlik etdiyi Nazirlər Kabineti işçilərinin məlum qərardakı hesablamanı necə əsaslandırdıqları maraq doğurur.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53