Cəmil Həsənlini növbəti biabırçı fiasko gözləyir
12:18 17-09-2014
İQTİSADİYYAT
Cəmil Həsənlini növbəti biabırçı fiasko gözləyir
5-6 adamı ətrafına toplayan Milli Şura sədrinin xalq adından danışması cəmiyyətdə gülüş mənbəyinə çevrilib
2013-cü il prezident seçkilərindən sonra ağır məğlubiyyətlə üzləşən Milli Şura hələ də koma vəziyyətindədir. Seçki ərəfəsində müxalifətin birliyi sayılan Milli Şura indi heç bir partiyanı da düz -əməlli özündə birləşdirə bilmir.
Məsələ ondadır ki, Milli Şura ətrafında yaranan gərginlik səngimək bilmir. Radikal müxalifətin məğlubiyyətə düçar olan birliyindən yarpaq tökümü davam etsə də, qurumu ayaq üstə saxlamağa çalışırlar. Amma birlik daxilindəki narazılıq səngimək bilmir. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun da Cəmil Həsənli ilə Əli Kərimliyə "əlvida" deməsi qurumu tamamilə çökdürüb. Lakin Cəmil Həsənli məğlub olan güləşçi misalında olduğu kimi kürəyini yerə vermək istəmir.
Belə ki, Cəmil Həsənli dünən mətbuata açıqlama verərək Milli Şuranın aktivləşəcəyini bəyan edib.O deyib ki, bundan sonra Milli Şuranın sessiyasını vaxtaşırı keçirməyə çalışacaqlar. Şura sədri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Milli Şuranın sessiyasına qatılmaması məsələsinə də toxunub: "Milli Şura demokratik bir təşkilatdır. Mən onun sessiyaya qatılmamasına tamamilə normal baxıram. Yaxşı olar ki, buna Mirmahmud ağanın özü cavab versin. O, sessiyaya qatılmasa da, hesab edirəm son toplantımız uğurlu oldu. Bir sıra tanınmış şəxsləri Milli Şuraya üzv etdik. Onlardan ikisi - "Azadlıq" qəzetinin baş redaktoru və Azərbaycan ordusunun keçmiş zabiti, polkovnik İsa Sadıqov mühacirətdədir. Onların üzərlərinə Milli Şura görəvi də qoyuldu. Bundan sonra onlar indi gördükləri çox əhəmiyyətli işləri həm də Milli Şuranın üzvü kimi həyata keçirəcəklər. Bu adamların Milli Şuraya üzv olmasına çox sevindik".
Milli Şuranın üzvlərinin sayı barmaqla sayılacaq qədərdir. Yeni üzvlər kimlərdir? Əslində, onların kimliyi də gülməlidir. Çünki özləri Avropanın ucqar bölgəsində yaşayırlar, burda fəaliyyət göstərən quruma üzv olurlar. Təbii ki, bunun da səbəbi var. Hazırda Cəmil Həsənlini heç kim dəstəkləmir.
Xatırladaq ki, ötən il oktyabrın 12-də Milli Şura mitinq keçirdi. Mitinqdə prezidentliyə keçmiş namizəd Cəmil Həsənli, həmçinin onu dəstəkləyən siyasətçilər və tərəfdarları oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri ilə razı olmadıqlarını bildirdilər. Mitinqin keçiriləcəyi barədə əvvəlcədən xəbər verilmişdi. Bakı Şəhər İcra Hakimiyyəti də təşkilatçıların sorğusuna operativ reaksiya verərək mitinqin Bakının Yasamal rayonu ərazisində, "İnşaatçılar" metrostansiyası yaxınlığında yerləşən stadionun ərazisində keçirilməsinə icazə verdi.Yer, təşkilatçılar tərəfindən təsadüfi olaraq seçilməmişdi. Seçkiqabağı mitinqlərin keçirilməsi üçün təsdiq edilən siyahıda olan bu stadion Cəmil Həsənli tərəfdarlarına yaxşı məlum idi. Çünki seçki ərəfəsində aparılan təşviqat kampaniyası çərçivəsində ona dəstək aksiyaları məhz burada keçirilirdi. Bundan əlavə, stadionun metrostansiya yaxınlığında olması iştirakçıların aksiyanın keçirildiyi yerə gəlişini asanlaşdırırdı. Beləliklə, iştirakçıların əvvəlcədən mitinq barədə məlumatlandırılması, mitinqin icazəli olması və bu səbəbdən təhlükəsiz mahiyyət daşıması müxalifətin maksimum sayda tərəfdar toplayacağına ümid etməsinə əsas verirdi. Prinsip etibarı ilə, stadionda bir neçə min adam toplaşmışdı (müxtəlif qiymətləndirmələrə görə, 1,5 mindən 4 minədək), yəni Cəmil Həsənlinin təqribən təşviqat mitinqinə toplaşanlar qədər adam toplaşmışdı. Əgər Cəmil Həsənli tərəfdarlarının istəyi olsaydı, 12 oktyabrda keçirilən mitinqə gələrdilər. Lakin mitinq iştirakçılarının sayca az olması, təkcə Milli Şuraya daxil olan partiya və hərəkatların üzvlərindən ibarət olan ən loyal, eyni zamanda ən radikal elektoratın (radikallıq barədə bir qədər aşağıda) nəticələrə etiraz etməyə hazır olmasından xəbər verir. Onu da nəzərə almaq lazımdır ki, həmin mitinq seçki ərəfəsində baş vermişdi və bəzi insanlar maraq naminə mitinqlərə gedirdi.
İndi isə Cəmil Həsənli bir həsirdir,bir də məmmədnəsir. 40-50 adamı bir yerə toplamaqla isə müxalifət lideri olmaq mümkün deyil. Ona görə də Cəmil Həsənli yaxşı olar ki, gedib hər gün əsassız yerə tənqid elədiyi hökumətin ona verdiyi yüksək pensiyanı alıb sakit həyat sürsün. Yoxsa bu dəfə xalq onu və ətrafındakı 5-6 adamı fitə basıb meydandan qovacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20