BMT qərar verdi: İŞİD-ə qarşı olmayanlara sanksiya
16:24 26-09-2014
İQTİSADİYYAT
BMT qərar verdi: İŞİD-ə qarşı olmayanlara sanksiya
Terror təşkilatına qarşı növbəti sarsıdıcı zərbə gəlir
BMT-də "İslam Dövləti (əvvəlki Adı "İraq Şam İslam Dövləti" və ya şısaca İŞİD) terror təşkilatına böyük zərbə olacaq qanun layihəsi müzakirəyə çıxarılıb.
Belə ki, BMT Təhlükəsizlik Şurasında Suriya və İraqdakı xarici ölkələrdən gələn döyüşçülərlə bağlı qanun layihəsi qəbul edilib.
Suriya və İraqda İŞİD və digər terror təşkilatların artması, beynəlxalq təhlükəsizlik və sülhə təhdid olmaları ilə bağlı ABŞ Prezidentinin başçılığı altında keçirilən yığıncağda BMT TŞ-a təqdim edilən qanun layihəsi yekdilliklə qəbul edilib.
Qanun layihəsi Suriya və İraqda döyüşən xarici ölkə vətəndaşları ilə bağlıdır. Qərara görə, terror təşkilatlarına qatılmaq istəyənlərin, böhran içərsində olan ölkələrə səfərlərlərin qarşısı alınmalıdır.
Qəbul edilən mətn məcburi xarakter daşıdığı üçün bütün ölkələrin buna uyğun hərəkət etməsi tələb edilir. Bu qərara əməl etməyən ölkələrə qarşı gücdən istifadə və iqtisadi sanksiyalar tətbiq ediləcək.
Bu arada ürkiyəli ərindən boşanaraq üç yaşındakı uşağını qaçırıb İŞİD-in nəzarətindəki Suriyanın Rakka şəhərinə gedən qırğız əsilli Svetlana Həsənova "Associated Press"ə müsahibə verib. Qardaş ölkənin "Hürriyət" qəzeti xəbər verir ki, o, Suriyaya gedəndən sonra adını "Asiyə Ümmi Abdullah" olaraq dəyişdirib.
O, agentliyə də elə bu adla açıqlama verib. 24 yaşlı qadın şəriətlə idarə edilən Rakkada övladının daha yaxşı böyüyəcəyini düşündüyü üçün Türkiyəni tərk etdiyini deyib.
Türkiyədə seks, alkoqol, narkotik maddələrin kütləviləşdiyini iddia edən Həsənova oğlunu bu cür şeylərdən uzaq tutmaq üçün getdiyini bildirib. Svetlana Həsənova "Feysbuk" sosial şəbəkəsində paylaşdığı statusda yazıb: "Türkiyədəki uşaqlar bunların hamısını görür. Sonra da ya qatil, ya homoseksual, ya da oğru olurlar".
Həsənova altı il əvvəl avtomobil dükanı və restoran sahibi olan Şahin Aktanla tanış olandan sonra müsəlmanlığı qəbul edib. 2008-ci ildə evlənən cütlük 2014-cü ildə hər iki tərəfin razılığı ilə boşanıb. Amma Həsənova 2014-cü ilin iyulun 1-dən qəfildən itkin düşüb. Bundan sonra keçmiş həyat yoldaşı onun üç yaşındakı oğulları Dastanla bir yerdə İŞİD-in (İraq Şam İslam Dövləti) nəzarətindəki Rakkaya getdiyini bildirirək prokurorluğa şikayət edib.
Əvvəllər arvadı ilə yaxşı yola getdiyini deyən Aktan "evlənməmişdən qabaq dənizdə, hovuzda üzərdik. Axşamlar oturub balıq yeyərdik, şərab içərdik" söyləyib. Aktan həmçinin Həsənovanın Dastan doğulandan sonra qapandığını və namaz qılmağa başladığını qeyd edib.
Svetlana Həsənova "Associated Press"ə açıqlama verib. Qadın açıqlamasında keçmiş həyat yoldaşı Şahin Aktanı onunla bir qul kimi davranmaqda ittiham edib. Qırğız əsilli qadın "davamlı olaraq ərim və onun ailəsi tərəfindən alçaldılırdım... Onun gözündə heç kim idim" deyib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53