Milli Şuranın mitinqinə xərclənən pulun mənbəsi bəlli oldu
14:22 14-10-2014
İQTİSADİYYAT
Milli Şuranın mitinqinə xərclənən pulun mənbəsi bəlli oldu
Azərbaycanda aranı qarışdırmaq istəyən qüvvələr Xədicə İsmayılın əliylə Əli Kərimliyə pul ötürürlər
Məlum olduğu kimi, oktyabrın 12-də radikal müxalifət qüvvələrinin birliyi olan Milli Şura mitinq keçirdi. Mitinqə gələnlərin sayına nəzər yetirəndə buna mitinq də demək olmaz.
Amma ən pisi odur ki, Milli Şuranın bu mitinqi Azərbaycan xalqının, millətinin, dövlətinin əleyhinə iş aparanların müdafiəsinə hesablanmışdı. Bu mitinq Avropanın müxtəlif qurumlarının, o cümlədən erməni lobbisinin təhriki və maliyyə dəstəyi ilə keçirilirdi. Məqsədləri də guya Azərbaycanda insan haqlarının pozulması və buna qarşı ölkə cəmiyyətinin etiraz etməsini dünyaya göstərmək idi. Lakin bu mitinqdə Milli Şura qarşısına qoyduğunun heç biri alınmadı. Birincisi, burada heç bir elektoratdan söhbət gedə bilməz. Çünki "Milli Şura" ölmüş bir təşkilatdır, yenidən mitinq keçirməklə nəyisə sübut etmək olmaz. Digər tərəfdən Azərbaycanda olan siyasi partiyalar, ictimai təşkilatların heç biri bu mitinqə öz dəstəyini göstərmədi. Həmin mitinqdə yalnız Müsavat Partiyası iştirak edirdi ki, onların da hərəsinin əlinə bir şəkil verib aşağıda saxlayırdılar. Beləcə, onlar say artırmaqla məşğul idilər.
Milli Şuranın mitinqi bütün hallarda xaricdən planlaşdırılmış aksiya idi. Təbii ki, Azərbaycanın da qanunları istənilən bir vətəndaşın, təşkilatın sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağı tələb edir. Hər bir qurum və partiyanın mitinq keçirmək hüququ var. Hətta, dövlət mitinqlərdə iştirak edən insanların təhlükəsizliyini qoruyur. Amma mitinqin təşkilatçıları öz üzərlərinə düşən öhdəliyi yerinə yetirmədilər. Çünki burada həm şəxsi maraqlarını güddülər, həm də terror təşkilatının bayrağını qaldıraraq, Qərbin maraqlarına ziddi addım atdılar. Qeyd edək ki, "Milli Şura"nın Bakı şəhər İcra Hakimiyyətinin razılığı əsasında saat 15:00-da "Məhsul" stadionunda keçirilən mitinqində şok olay yaşanıb. Mitinqdə AXCP fəalları tərəfindən "İraqın Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatının bayrağı qaldırılıb və "Milli Şura" bu quruma üzv olmayan partiyaların gücündən istifadə edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Milli Şuranın bu mitiniqininin maliyyəsi Qərb dairələri tərəfindən göndərilib. Bu barədə bizi Əli Kərimliyə yaxın şəxslərdən biri məlumatlandırıb. Onun sözlərinə görə, Qərb bu mərhələdə Azadlıq Radiosunun müxbiri Xədicə İsmayıldan vasitəçi kimi istifadə edir: "Əvvəllər bu missiyanı Leyla Yunus həyata keçirirdir. Artıq onun əməlləri faş olunandan sonra həbsxanadadır. Buna görə də Qərb maliyyə dəstəyini Xədicə İsmayıl vasitəsi ilə həyata keçirir. Milli Şuranın mitinqinə gələnlərin 90 faizinə pul verilmişdi. Yəni, ora çıxanların hamısını siyasi muzdlu hesab eləmək olar. Onu da unutmaq lazım deyil ki, Xədicə İsmayıl Hər zaman Əli Kərimliyə yaxınlığı ilə seçilib. Yəni, indi də xarici qüvvələrin verdiyi AXCP sədrinin maaşını Xədicə İsmayıl gətirir".
Məsələylə bağlı "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov Milli Şuranın mitinqini ümumilikdə Azərbaycan cəmiyyətinə zərər verdiyini bildirib: "Milli Şuranın dünən gerçəkləşdirdiyi aksiyada sensasiya doğuracaq heç nə baş vermədi. Mitinqə gələnlərin sayının az olması və aksiyanın bir qədər sönük keçməsi gözlənilən idi. Həmçinin, təxribatların olacağı da mümkün idi. Məncə, bu aksiya MŞ-dan daha çox hakimiyyətə divident gətirdi. Hakimiyyətə həm imkan yaratdı ki, bu aksiya ilə Milli Şuranın sosial bazasının olmadığını əyani şəkildə göstərsin. Həmçinin, indiki beynəlxalq basqılara cavab olaraq "bizdə hər kəsə aksiya keçirmək, istədiyi tənqidi fikirlər söyləmək imkanı yaradıldığını" demək üçün əyani əsas qazandı. Bu mitinq nə siyasi məhbuslara, nə Milli Şuraya, nə də ümumilikdə müxalifət düşərgəsinə müsbət mənada heç nə vermədi. Əksinə ziyan vurdu".
Qərib Grayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53