İŞİD Azərbaycan sərhəddində
11:12 15-10-2014
İQTİSADİYYAT
İŞİD Azərbaycan sərhəddində
Terrorçular nədən MDB-ni hədəfə alır?
Hədəfə Son zamanlar dünyanı qara yara kimi bürüyən İŞİD problemi deyəsən əhatə dairəsini genişləndirir. Bir müddət öncəyə qədər iddia olunurdu ki, İŞİD-in növbəti hədəfi Avropa və İsrail olacaq. Amma İŞİD liderlərinin verdiyi bəyanatlardan aydın olur ki, bu terror təşkilatının konkret hədəfi Türkiyə və MDB dövlətləri olacaq. Buda faktdır ki, İŞİD artıq Türkiyənin sərhəddindədir və ciddi narahatçılıqlar hökm sürür. Maraqlıdır, bəs MDB dövlətlərinə təhdid nə qədər ciddidir? Gəlin öncəliklə rəsmi açıqlamalara baxaq.
"Son vaxtlar xüsusi xidmət orqanlarına "İslam Dövləti"nin (İŞİD) sıralarında Özbəkistan, Qazaxıstan, Əfqanıstan və Azərbaycan vətəndaşlarının sayının getdikcə artdığı barədə çoxsaylı məlumatlar daxil olur".Bu haqda Qırğızıstan parlamentinin deputatı Tursunbek deyib.T.Omurzakovun sözlərinə görə, Qazaxıstan, Azərbaycan və Rusiya xüsusi xidmət orqanları yaxınlaşan təhlükə barədə ciddi düşünməlidir: "Bu real təhlükə ilə mübarizə aparmaq üçün birgə qruplar yaradılmalıdır, İŞİD artıq beynəlmiləl xarakter daşıyır, bu təşkilatın liderləri açıq şəkildə Rusiyanı, Qafqazı, Qazaxıstanın qərbindəki neft yataqlarını təhdid edir. Bu isə o deməkdir ki, artıq həyacan təbili çalmaq və birgə hərəkət etmək lazımdır" - deyə deputat bildirib.T.Omurzakov deyib ki, onun ölkəsində müsəlmanların əhəmiyyətli hissəsi İŞİD-i dəstəkləyir və bu da olduqca təhlükəlidir. "Milli strategiya problemləri" jurnalının redaktoru Əjdər Kurtovun sözlərinə görə, İŞİD-in radikal ideyaları bir çox müsəlmanları, əsasən sünniləri cəlb edir."İŞİD ələ keçirdiyi ərazilərdə əhalini təşviq edir, hərbi mütəxəssisləri cəlb edib onlara yaxşı maaş verir, həmçinin təsərrüfatın müxtəlif sahələri üzrə mütəxəssisləri yaxşı maaşla işə cəlb edir" - deyə o bildirib. "Bizim ölkələrimizin radikal İslam təhlükəsi ilə qarşılaşmayacağına olanb ümidlər əbəsdir. Biz bu təhlükəyə qarşı birgə mübarizə aparmalıyıq" - ekspert bildirib.Kurtovun sözlərinə görə, Qazaxıstanda sünnü müsəlmanlar yaşadığı üçün İŞİD təhlükəsi ilk növbədə bu ölkəni vuracaq. Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixiyev isə deyib ki, İŞİD millətlərüzəri layihədir və insanları ancaq dini əlamətinə görə bağlayır."Onları qazax, azərbaycanlı, türkmən milli kimliyi maraqlandırmır, ancaq radikal islam olmalıdır, qalanları isə yoxa çıxmalıdır" - ekspert deyib.Onun sözlərinə görə, postsovet məkanı üçün real təhdid mövcuddur."ABŞ bütöv regionlarda qeyri-sabitlik yaradan müharibəni stimullaşdırır. Amerika bu məsələdə dayanmayacaq, çünki onu başqalarının nə çəkdiyi maraqlandırmır" - deyə Mixiyev bildirib.Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu da İŞİD təhlükəsi haqda danışaraq bu təhlükənin Azərbaycanla Rusiyanı da təhdid etdiyini deyib. "İslam Dövləti"nin hərbi qüvvələrinin komandanı, "Ömər çeçen" ləqəbli əl-Şişani bu günlərdə Gürcüstanın Pankisi dərəsində yaşayan atası ilə telefon danışığı zamanı növbəti hədəflərinin Rusiya olacağını, onun minlərlə döyüşçüsünün Rusiyadan qisas almaq üçün tezliklə hücuma başlayacağını bildirib.Konkret olaraq Azərbaycana gəldikdə isə qeyd edək ki, Azəerbaycanda belə bir təhlükə hələ bir il öncə hiss olundu və buna görə mühüm addımlar atıldı. Təhlükəni şərtləndirən amillərdən biri budur ki, hazırda İŞİD sıralarına qatılan onlarla azərbaycanlı var. Buda faktıdr ki, həmin şəxslər Azərbaycan qanunvericiliyinə görə artıq terrorçu hesab edilir və geri qayıdan an həbs olunacaqlar. Amma məsələnin kökündə başqa məqamlar dayanır; bu azərbaycanlılar kimlərin vasitəsi ilə və hansı yolla İraqa gedib çıxa biliblər və İŞİD liderləri tərəfindən qəbul olunublar? Aydın olan budur ki, İŞİD-ə qoşulmaq üçün öncə Türkiyəyə gedir, ordan isə İraqa keçirlər. Deməli onları bu marşurutla aparacaq qüvvələr var. Digər tərəfdən bu şəxsləri Azərbaycanda kimlər bir araya toplayıb, yola sala bilirlər? Bu suallara cavab axtaranda isə görürük ki, hələdə Azərbaycanda belə bir şəbəkə fəaliyyət göstərir və onların özləri Azərbaycanda qarşıdurma yarada biərlər. Ekspertlərdə bildirir ki, İŞİD hansısa ölkədə qarşıdurma yaratmaq üçün heçdə İraqdakı qüvvələrindən həmən ölkəyə döyüşçü göndərməyəcək. Çünki artıq həmən ölkələrdə onların şəbəkəsi mövcuddur. Hazırda isə analitiklər hesab edir ki, İŞİD təhlükəsi ən çox Rusiya üçün təhlükə yarada biləcək. Çünki Rusiyanın Şimali Qafqaz kimi bir boşluğu var. Bəlkədə hansısa qüvvələr Ukraynanın heyfini Rusiyadan belə çıxacaqlar.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53