İcra başçısı hesabat verdi – "1 milyard 886,1 manatlıq ..."
11:13 15-10-2014
İQTİSADİYYAT
İcra başçısı hesabat verdi – "1 milyard 886,1 manatlıq ..."
Nərimanov rayonunda cari ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunan Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilib.
Oktyabrın 14-də keçirilən tədbirdə millət vəkilləri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, 2014-cü ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 1 milyard 941,2 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artım əldə edilib. İstehlakçılara 1 milyard 886,1 manatlıq sənaye məhsulu göndərilib.
İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 85,8 faiz təşkil edilib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3842 daimi iş yerləri yaradılıb.
2014-cü ilin I yarımilində əsaslı təmirdən sonra Nərimanov rayonu ərazisində yerləşən Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzi istifadəyə verilib, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda əsaslı təmir işləri davam etdirilir. Bu il daha 2 səhiyyə ocağında (6 saylı uşaq xəstəxanasında və 7 saylı qadın məsləhətxanasında) yenidənqurma və bərpa işlərinin aparılması nəzərdə tutulub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirib və rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə edib.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində doqquz ay ərzində çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini nəzərə çatdırıb, eyni zamanda, 2014-cü il üçün nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə edib.
Sonda prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş rayonun təhsil müəssisələrinin müəllimlərinə və rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən digər şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53