Daha bir "Nida"çı əfv olunmaq üçün müraciət etdi
12:31 16-10-2014
İQTİSADİYYAT
Daha bir "Nida"çı əfv olunmaq üçün müraciət etdi
3 saylı istintaq təcridxanasında saxlanılan, bloqqer Ömər Məmmədov ölkə Prezidentindən bağışlanmağını istəyir
Məlum olduğu kimi, son dövrlər həbsdə olan müxalifətçilərin səhvlərini başa düşərək prezidentdən əfv olunmalarını xahiş etməsi bir tendensiyaya çevrilib.
Çünki müxtəlif cinayət əməllərinə görə həbs olunanlar qısa müddətdə xidmət etdikləri radikal müxalifət liderləri tərəfindən aldandıqlarını və yanlış yolda olduqlarını dərk edirlər. Dünən 3 saylı istintaq təcridxanasında saxlanılan, bloqqer Ömər Məmmədov ölkə Prezidentinə, Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb. Ö.Məmmədovun xahişi və müraciəti olduğu kimi ictimaiyyətə çatdırılıb. Adətən bu cür müraciətlərdən sonra müxalif düşərgənin azadlıqda olan nümayəndələri yalandan hay-küy salırlar ki, filan məhbusa əfv ərizəsi zorla yazdırılıb. Amma fakt odur ki, Ömər Məmmədov yanlış yolda olduğunu özü etiraf edir. Hər hansı bir təhrifə yol verilməməsi üçün isə müraciəti "Unikal" qəzeti olaraq, biz də oduğu kimi təqdim edirik.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Ömər Elyar oğlu Məmmədov tərəfindən (maddə 234.4.3, cəza müddəti 5il) ərizədə qeyd olunur: "Cənab Prezident hörmətli İlham Heydər oğlu Əliyev!!! Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz. Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm.
08.10.2014-cü il tarixdə Məmmədov Ömər Elyar oğlu tərəfindən imzalanan müraciət Azərbaycan Respublikasının Mətbuat Şurasına, surəti Vətəndaş Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlıya ünvanlanan məktu da isə bunlar qeyd olunur: "Yazaraq sizə bildirirəm ki, bu gün mən Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə ərizə ünvanlamışam. Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən çıxardasız. Müraciəti özüm yazdım düzgünlüyünü imzamla təsdiq edirəm".
Qeyd edək ki, bu ilin iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə blogger Ömər Məmmədov 5 il müddətinə azadlıqdan mərhum edilib.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən BAXP fəalı, tanınmış hüquqşünas Mehman Muradlı hazırda müxtəlif cinayət hadisələrinə görə həbsdə olan, amma radikal müxalifətin əsassız olaraq, siyasi məhbus siyahılarına saldığı şəxslərin əvf olunmaq üçün mürəciət yazması müsbət haldır. Onun sözlərinə görə, bu cür hallar digər gənclərin də yanlış yola sürüklənməsinin qarşısını alır: "Gənclərin əfv ərzəsi yazmaqlarını təqdirə layiq addım kimi qiymətləndirmək lazımdı. Onlar təhsilli insanlardı və elədikləri cinayəti anlayaraq bu addımı atıblar. Siyasi prosesləri düzgün qiymətləndirməyərək kimlərinsə alətinə çevrilmişdilər, kimlərinsə güc yoluynan olsa belə hakimiyyətə gəlməklərində istifadə olunmuşdular. Həbsdə olduqları müddətdə bunu düzgün yol olmadığını anlamammış deyillər. Zaman- zaman güc yoluynan hakimiyyətə gəlmək istəyən dəstənin bu gənclər kimi neçə gənclərin taleyinin üstündən xətt çəkmişdilər".
Hüquqşünasın sözlərinə görə, bu cür gənclərin istifadə olunması birinci hall deyil. Onun sözlərinə görə, son bir neçə ay ərzində Nidaçılar əfv ərizələri yazıblar: "Dəfələrlə olub ki, əli Kərimli respublikada çaxnaşma yartmaq üçün bu cür gənclərdən istifadə edib və nəticədə əziyyəti həmin gənclər və onların ailələri çəkib. əslində həmin gənclərin həbsdə qalmaqları əli Kərimliyə sərf edir. Ona əsas maraqlı olan odur ki, Azərbaycan dövlətini şantaj edə bilsin. Bu da onların xislətindən irəli gələn məsələdir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53