İlham Əliyev həmsədrlər qarşısında sərt tələb qoydu
12:32 16-10-2014
İQTİSADİYYAT
İlham Əliyev həmsədrlər qarşısında sərt tələb qoydu
Azərbaycan prezidenti həmsədrlərdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin buraxılması üçün ciddi addımlar atılmasını tələb edib
Azərbaycan ATƏT-in Minsk qrupundan ölkəmizin işğal edilmiş Kəlbəcər rayonunda saxlanılmış iki nəfərin tezliklə qaytarılması məsələsini həll etməyi tələb edib.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, bu cür tələbi Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə irəli sürüb: "Onlar diversant deyil, mülki vətəndaşlardır və Ermənistan onları azad etməlidir". Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər.
Xatırladaq ki, bu il iyulun 11-də erməni xüsusi təyinatlıları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gedən üç mülki azərbaycanlıdan birini - Cəbrayıl köçkünü Həsən Həsənovu öldürüb, kəlbəcərlilər Şahbaz Quliyev və Dilqəm Əsgərovu isə girov götürüblər. Sonuncu iki azərbaycanlı barədə cinayət işi açan ermənilər qondarma ittihamlarla onları mühakimə etməyə hazırlaşır.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53