Səhiyyə naziri "Azal" prezidentinin baldızını işdən çıxardı
12:41 17-10-2014
İQTİSADİYYAT
Səhiyyə naziri "Azal" prezidentinin baldızını işdən çıxardı
Oqtay Şirəliyev Cahangir Əsgərova görə də Ginekologiya İnstitutunun direktoruna güzəştə getmədi
"Unikal"ın ötən sayında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyinin dəyişdirildiyi barədə xəbər vermişdik.
Səhiyyə naziri Oqtay Şirəliyevin bir müddət öncə imzaladığı əmrlə Faizə Əliyeva adıçəkilən institutun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən azad edilib. Verilən məlumata görə, Faizə Əliyevanın əmri çoxdan verilsə də, bu məlumat mətbuata dünən bildirilib. Əməkdaşımıza o da məlum olub ki, Faizə Əliyeva daha bir vəzifədən azad olunub. Belə ki, o, Bakıdakı Puşkin küçəsində fəaliyyət göstərən Ailə Planlanması Mərkəzi klinikasının baş həkimi vəzifəsindən də çıxarılıb. F.Əliyevanın bu klinikadakı baş həkim vəzifəsindən çıxarıldığını mərkəzin işçiləri təsdiqləyiblər.
Rəsmi məlumatda Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən pensiya yaşı çatdığına görə azad edildiyi bildirilib. Məlum olub ki, Faizə Əliyeva "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərovun baldızıdır.
Göründüyü kimi, Oqtay Şirəliyev bu qərarı verəndə Cahangir Əsgərovu nəzərə almayıb. Sözsüz ki, bunun da səbəbləri var. Çünki son dövrlər "Azal" prezidenti ilə bağlı yuxarı dairələrdə mənfi münasibət formalaşıb. Bu mənfi münasibəti nəzərə alan səhiyyə naziri onun qohumuna güzəştə getmək istəməyib.
Qərib Gərzayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53