Etibar Pirverdiyevin karyerasını bitirəcək son yanlış
12:42 17-10-2014
İQTİSADİYYAT
Etibar Pirverdiyevin karyerasını bitirəcək son yanlış
"Azərenerji" prezidenti ona verilən son şansı da yandırdığına görə vəzifəsi ilə vidalaşa bilər
Son dövrlər mətbuata hakim komandada islahatların həyata keçiriləcəyi ilə bağlı ciddi mənbələrdən məlumatlar daxil olmaqdadır. Belə ki, Prezident İlham Əliyev 2013-cü ilin payızında keçirilən seçkidə qalib gələndən sonra komandanı yenidən formalaşdırdı və bir neçə yüksək çinli məmuru vəzifədən kənarlaşdırdı.
Amma ölkə başçısı sonrakı çıxışlarında islahatların davam edəcəyinin anonsunu verdi. Rəsmi mənbələrdən "Unikal"a daxil olan məlumata görə, yaxın müddət ərzində hakim komandada islahatların yeni dalğası olacaq. Bu dalğada bir necə yüksək çinli məmurun istefaya göndərilməsi də şübhəsizdir. Bizi bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, "vurulacaq" məmurların siyahısına "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev öncüllük edəcək.
"Unikal"ı bilgiləndirən mənbə deyir ki, Etibar Pirverdiyev uzun müddətdən bəri nişangahda olan məmurlardandır. Amma onun karyerasına son qoyulmamasının da müəyyən səbəbləri olub: "Bildiyiniz kimi, 2015-ci ildə olimpiya çempionatı Bakıda keçiriləcək. Bu beynəlxalq tədbirlə bağlı isə xeyli layihələrin icrasına başlanılıb. Bu layihələrdən bir qismi isə Etibar Pirverdiyevə həvalə olunub. Əslində, ona sonuncu şans verilmişdi ki, bu layihələri həyata keçirərkən "günah"larını yusun. Amma Etibar Pirverdiyev bu prosesdə də ona göstərilən etimadı doğrultmayıb və ciddi səhvlərə yol verib. Bəzi maxinasiyalara, yeyintilərə yol verməsi onun karyerasına son qoymaq üçün kifayətdəir. Bir sözlə, Etibar Pirverdiyev ona verilən son şansdan düzgün yararlanmayaraq, vəzifə ömrünə balta vurdu".
Göründüyü kimi, Etibar Pirverdiyevin karyerasına ciddi təhlükə yaranması ilə bağlı bundan əvvəlki dövrlərdə yazdıqlarımız özünü doğruldur. Yəqin ki, sonuncu şansını düzgün istifadə edə bilməyən ASC rəhbəri işdən çıxarılmaqla yaxasını qurtara bilməyəcək. Mümkündür ki, bu günə kimi törətdiyi qanunsuz əməllərə görə ədalət qarşısında hesab versin.
Diqqətli oxucularımız yəqin ki, xatırlayır. Bir müddət öncə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə "Azərenerji" ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub. E.Məmmədova məxsus olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib, amma ödəmədə problem yarandığı üçün məsələ böyüyüb və ictimailəşib. Bu məsələnin ictimailəşməsindən bəri isə Etibar Pirverdiyevin karyerasına ciddi təhlükə yaranıb.
Əslində kiminsə milyonluq mülkə sahib olmasında təəccüblü bir şey yoxdu. Amma vəzifəli şəxsin milyonlarla mülkə sahib olması şübhələri artırır. Çünki "Azərenerji" Səhmdar Cəmiyyət olsa da, səhmləri 100 faiz dövlətə məxsusdur və E.Pirverdiyev dövlət məmurudur. Qanunvericiliyə görə, dövlət məmuru bizneslə məşğul ola bilməz, bu, birmənalıdır. E.Pirverdiyevin korrupsiyaya bulaşdığı haqqında mətbuatda xeyli yazılar var və bunların əksəriyyəti də təkzib edilməyib. Ona görə də 2,3 milyon manatlıq mülkün pulunu E.Pirverdiyevin halal maaşı ilə əldə olunması mümkün deyil. Bu da onun fəaliyyətində qaranlıq məqamların olduğuna şübhə yeri qoymur.
Yeri gəlmişkən, onu da nəzərə çatdırmaq lazımdır ki, son dövrlər mətbuatda dərc olunan məlumatlar, təkzib edilməz faktlar da Etibar Pirverdiyevin karyerasını bitirmək üçün təkan verib. Çünki Prezident İlham Əliyev də ictimai rəydə gözdən düşən məmurlara qarşı daha sərt qərarlar verməyə başlayıb. Pirverdiyevin son aylardakı fəaliyyətsizliyi bardağı daşıran son damcıdır. Çünki əhəmiyyətli layihələrin icrasında yaranan problemlər Etibar Pirverdiyevin son yanlışıdır. Yəni, bu yanlış "Azərenerji" prezidentinin vəzifə ömrünü başa vurmaq üçün kifayət edəcək.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53