Elçin Quliyevin adı hərbi çağırış işində
12:52 08-05-2012
İQTİSADİYYAT
Elçin Quliyevin adı hərbi çağırış işində
Dövlət Sərhəd Xidmətinin rəisi ilə Arzu Rəhimovu nə birləşdirir?
Bir müddət əvvəl Azərbaycanda Respublika Hərbi Komissarlığı ləğv edildi. Onun funksiyaları isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verildi.
İllərdir Azərbaycanda hərbi çağırışın gəlirli biznes sahələrindən birinə çevrildiyini bilməyən yoxdur. Hərbi çağırış sisteminin "bazar"a dönüşdürülməsi ciddi problemlər yaradır, üstəlik, cəmiyyətdə kəksin narazılıqların yaranmasına səbəb olurdu.
Bu səbəbdən islahat kimi təqdim edilən addım - Azərbaycanda Respublika Hərbi Komissarlığının ləğv edilərək onun funksiyalarının isə yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilməsi böyük ümidlər doğurmuşdu. Belə hesab edilirdi ki, yeni Xidmətin yaradılması ilə hərbi çağırış sistemində özbaşınalıq və korrupsiyanın kökünün kəsilməsi istiqamətində də həlledici addımların atılmasına gətirib çıxaracaq.
Hazırda Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında cəmiyyətin gözləntilərinin isə tamamilə doğrulduğunu demək çox çətindir. Əvəzində isə yenə də müxtəlif səpkili etirazlar, narazılıqlar eşidilir.
Bunlardan biri isə hələ də xəstəliyi olan və sağlamlığı hərbi xidmət üçün əl verməyən çağırış yaşlı gənclərin əsgərliyə aparılması ənənəsinin davam etməsidir. Bu barədə məlumatlarda iddia edilir ki, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sərhədində problem olan bütün çağırışçıları Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında müayinə etdirir. Həmin müayinələrin nəticəsində isə əksər hərbi xidmətə yararsız çağırışçılar haqqında müsbət tibbi rəy verili rvə onlar əsgərliyə aparılır.
Bəs Arzu Rəhimovun rəhbərlik etdiyi Xidmətin məhz Dövlət Sərhəd Xidmətinin hərbi hospitalını seçməsinin səbəbi nədir? Müdafiə Nazirliyinin öz hərbi hospitalları varkən niyə məhz Elçin Quliyevin komandanlıq etdiyi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı seçilib?
Məlumatlı mənbələrin iddiasına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov xeyli müddət Dövlət Sərhəd Xidməti sistemində çalışıb, yüksək postlar tutub. Ən son isə Xidmət rəisi Elçin Quliyevin müavini görəvini yerinə yetirib. Fikrimizcə, bu, Rəhimovun səhhətində problemlər olan çağırışçılavrın müayinəsi üçün niyə məhz Dövlət Sərhəd Xidmətinin hərbi hospitalını tərcih etdiyi barədə aydın qənaətə gəlməyə imkan verir.
O ki qaldı müayinələr sonucunda hərbi xidmətə yararsız çağırışçılara da müsbət tibbi rəy verilməsinə və belə çağırışçıların əsgərliyə aparılması ənənəsinin hələ də ortadan qaldırılmamasına, təbii ki, əgər bu iddialar doğrudursa, o zaman sadəcə, təəssüflənmək qalır. Çünki yazının da əvvəlində qeyd etdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ilə bu sahədəki haqqında danışılan, eləcə də digər sorunların aradan qaldırılmasına ümidlər yaranmışdı...
Könül Ağamalı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00