Əli Kərimlinin xəyanəti AXCP-də üsyan yaratdı
11:13 21-10-2014
İQTİSADİYYAT
Əli Kərimlinin xəyanəti AXCP-də üsyan yaratdı
Partiya sədrinin yürütdüyü mənfur siyasət partiya rəhbərliyində kütləvi istefalara yol açır
Radikal müxalifət düşərgəsində yarpaq dökümü davam edir. Belə ki, AXCP-dən istefaların növbəti revanşı başlayıb. AXC-nin qurulmasında iştirak edən AXCP sədrinin müşaviri, Qarabağ qazisi, Milli Azadlıq Hərəkatının fəallarından olan Şakir Abbasov bu gün partiyadan və vəzifəsindən istefa verdiyini açıqlayıb.
"Unikal"ın məlumatına görə, partiyanın tutduğu xəttlə fikir ayrılığının yarandığını bildirən Ş.Abbasov bundan sonra qurucusu olduğu təşkilatda olmaq istəmədiyini bildirib: "Mən AXCP-nin özəyini təşkil edən AXC-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkağrıdıcıdır. O ilk toplantıya qatılanlardan sonuncusu olaraq, partiyanı tərk etmək qərarı bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir. Mən burada köhnə məsələləri açıb, hər kəsin bildiklərini təkrarlamaq istəmirəm. Ancaq bilməyinizi istəyirəm ki, mən həmişə mübarizənin ön sıralarında olmuşam və bundan sonra da Azərbaycanın demokratikləşməsi prossesi uğrunda mübarizəni davam etdirəcəyəm". Ş.Abbasov gələcək planları barədə məlumat vermək istəməyib.
Qeyd edək ki, Şakir Abbasov Milli Azadlıq Hərəkatının başlandığı zamandan bu mübarizənin öncüllərindən biri olub. AXC hakimiyyəti dönəmində Füzuli rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Ş.Abbasov həmçinin Qarabağ döyüşlərində fəal iştirakı ilə seçilib. Hazırki AXCP-nin rəhbərliyində təmsil olunan yeganə AXC qurucularından biri idi.
Xatırladaq ki, bir müddət öncə iki jurnalist AXCP-dən istefa verərək Əli Kərimlidən kənar durmaq qərarı vermişdilər. Belə ki, Carçı.az saytının rəhbəri Orxan Carçı təmsil olunduğu partiyadan istefa verdiyini açıqlamışdı. Ondan əvvəl isə "Bizim Yol" qəzetinin bş redaktorunun müavini Elçin Rüstəmli AXCP-dən istefa vermişdi.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Şakir Abbasovun istefasına münasibət bildirib. Partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirov açıqlamasında deyib ki, Ş. Abbasov Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlüyünə keçirilən seçkilərdə uduzduğu üçün acıq edərək istefa verib: "Rayon şöbələrində qurultaya hazırlıq üzrə konfranslar keçirilir. Mənə elə gəlir ki, o, səsvermədə uduzduğu üçün istefa verib".
Məsələylə bağlı "Reytinq"ə açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Əli Kərimlinin yürütdüyü siyasət nəticəsində illərdir ətrafı boşalmaqda davam edir. Onun sözlərinə görə, Əli Kərimli siyasətin xəyanət simvoludur: "Onu tərk edən insaların hamısı məhs bir səbəb var:xəyanət! Bu adam öz şəxsi maraqları üçün istənilən adama xəyanət edib. Kimlər onun xəyanəti ilə qarşılaşmayıb? Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy, tələbə yoldaşları, partiyda birgə çalışan insanlar, "Yurd" birliyinin əksər üzvüləri, yaxın qohumluğ əlaqəsi olan insanlar və s. Bu adamın mahiyyəto budur. Kim bunun kimi düşünmürsə, deməli düşməndir. Bu ətrafında olan insanlara düşmənçilik təbliğ edir və onlara özü kimi davranmağı tələb edir. Ona görə də bu istefalar baş verir. Əli Kərimli mahiyyət etibarı ilə bolşevikdir. Bir müddət əvvəl NİDA-cı gəncləri qızışdırmaqla onları həbsxanaya göndərdi. Bir neçə gün bundan qabaq bu gənclərin bəzilər əfvə düşdülər. Ancaq Əli Kərimli bu gənclərin heç birini ziyarət etmədi. Əksinə məyus oldu ki, niyə gənclər həbsxanadan çıxdı. Bunların hesabına beynəlxalq təşkilatlardan qrant alırdı".
"Unikal"ın əldə etdiyi məlumata görə, AXCP rəhbərliyi hər zaman Əli Kərimlidən imtina edənlərin arxasınca danışmaqdan belə çəkinmirlər. Əgər kim onlarla yollarını ayırırsa, ona qarşı kampaniya aparırlar. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, Şakir Abbasov Azərbaycan Xalq Cəbhəsi Partiyasının əvvəllər müşaviri olub. Sonra isə müşavirlikdən çıxarılıb. Onun sözlərinə görə, Ş.Abbasov AXCP-nın sıravi üzvüdür və belə şəxslərin istefası böyük hadisə deyil: "Şakir Abbasov partiyanın sıravi üzvü olub. Bir nəfər partiyadan gedirsə, onun yerinə 10-u gəlir. Hər bir sıravi üzvün partiyadan getməsi böyük hadisə deyil".
Bütün bunlar Əli Kərimli və onun yaxın ətrafının hansı xislətə malik olduğunu göstərir. Elə bu səbəbdən də ilərdir Əli Kərimlinin yanında heç kim qalmır. Xalq da AXCP sədri və ətrafının xislətinə bələd olduğu üçün bu düşərgədən uzaq gəzir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53