Kimya Sənaye Parkı 20-dən artıq investisiya təklifi aldı
11:32 21-10-2014
İQTİSADİYYAT
Kimya Sənaye Parkı 20-dən artıq investisiya təklifi aldı
Hazırda 2 şirkət parkın rezidenti statusuna malikdir
"Sumqayıt Kimya Sənaye Parkı" (SKSP) MMC rezident olmaq istəyən şirkətlərdən 20-dən artıq investisiya təklifi alıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
Hazırda 2 şirkət parkın rezidenti statusuna malikdir.
"Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən təqdim olunan layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur", - deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, MMC-nin ərazisində yeni sənaye müəssisələrinin yaradılması məqsədilə Fransa, Yaponiya, Çin, İtaliya, Almaniya və Avstriyanın müxtəlif təşkilatları, şirkətləri və diplomatik nümayəndəlikləri ilə bir sıra görüşlər keçirilib.
Məlumatda vurğulanır ki, Sənaye Parkının birinci fazası çərçivəsində infrastrukturun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Parkın ərazisində infrastruktrun yaradılması üzrə işlərə 2013-cü ilin oktyabr ayında başlanılıb. Ötən bir il ərzində həmin ərazidə topoqrafik çəkilişlər aparılıb, yararsız bina və qurğular sökülüb, təmizlənmə işləri aparılıb. Ərazi tikinti-quraşdırma işləri üçün tam hazır vəziyyətə gətirilib. Bundan başqa, parkın ərazisi 166,6 hektardan 295,5 hektara kimi genişləndirilib. SKSP-nin ərazisinə fiberoptik kabelin çəkilişi tamamlanıb və elektron avtomat telefon stansiyasına qoşulma işləri aparılır. Həmin ərazidə xarici qaz və xarici içməli su xətlərinin çəkilişi başa çatıb, daxili məişət tullantı suları və kanalizasiya xəttinin çəkilişi 70%-ə yaxın, xarici kanalizasiya xətti 45%-dən çox və bir sıra digər işlər yerinə yetirilib.
Məlumata əsasən, Sumqayıt Kimya Sənaye Parkınının Sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın və Peşə Tədris Mərkəzinin tikintisinə yaxın zamanlarda start veriləcək.
Hazırda Parkın ərazisində "Azertexnolayn" MMC-yə məxsus Polad boru zavodu fəaliyyət göstərir. Eyni zamanda daha iki zavodun inşasına başlanılıb. SKSP-nin ikinci rezidenti olan "SOCAR Polymer" MMC tərəfindən istehsal məqsədilə bütün avadanlıqların gətirilməsi başa çatdırılıb. Müəssisənin istehsal prosesinə 2016-cı ildə başlaması planlaşdırılır.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53