Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün sosial şəbəkələrdə 5 dildə "Girovlarımızı azad et" kampaniyası başlayıb
11:28 23-10-2014
İQTİSADİYYAT
Dilqəm Əsgərov və Şahbaz Quliyevin
azad edilməsi üçün sosial şəbəkələrdə 5 dildə "Girovlarımızı azad et" kampaniyası başlayıb
Azərbaycanda sosial şəbəkələrdə 5 dildə - Azərbaycan, ingilis, rus, fransız, o cümlədən erməni dilində "Girovlarımızı azad et" kampaniyası başlayıb.
Virtual kampaniya dünyanın və BMT-nin tanıdığı sərhədlər daxilində öz ölkəsində bir yerdən başqa yerə hərəkət etdiyi üçün Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən qanunsuz saxlanılan azərbaycanlı mülki şəxslər - Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal və qeyri-şərtsiz azad edilməsi tələbi ilə təşkil olunub.
Virtual kampaniyada insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlardan nə üçün Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı heç bir münasibət bildirmədikləri, onların azad edilməsi ilə bağlı Ermənistana çağırışlar etmədikləri və bu istiqamətdə fəaliyyət göstərmədikləri soruşulur.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) passiv fəaliyyəti və azərbaycanlı girovların beynəlxalq hüquq normalarına zidd olaraq 27 oktyabr 2014-cü ildə Xankəndində separatçı rejim tərəfindən "məhkəmə"sinin keçirilməsinə haqq qazandıran bəyanatlarla çıxış etməsi sərt tənqid olunur.
Beynəlxalq Qızıl Xaç Komitəsindən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən mandatlarına uyğun açıqlamalar vermələri və fəaliyyət göstərmələri tələb edilir.
Ermənistan sosial şəbəkə istifadəçilərinin də geniş müzakirəsinə səbəb olan "Girovlarımızı azad et" virtual kampaniyası Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Azərbaycan dövlətinin apardığı gərgin fəaliyyətə dəstək məqsədi daşıyır.
Virtual aksiyaya qoşulanlar "Bu kampaniya azərbaycanlı girovların taleyindən narahat olmalı olan hər bir beynəlxalq təşkilatı narahat etmək üçündür" sözlərini yazıblar və sosial şəbəkə istifadəçilərini bu məsələdə susmamağa çağırıblar.
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53