Azərbaycanda dələduzlara qarşı əməliyyat başladı
15:09 25-10-2014
İQTİSADİYYAT
Azərbaycanda dələduzlara qarşı əməliyyat başladı
Əli Həsənov: "Ramil Usubovla danışdım, dərhal araşdırmaya start verildi"
"Dələduzluq edərək məcburi köçkünlərə saxta ev sənədləri verən şəxslərin sayı artıb. Məcburi köçkünlər bu məsələdə çox diqqətli olmalıdırlar".
Bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov qeyd edib ki, komitə tərəfindən bir neçə ay əvvəl məcburi köçkünlər Bakıda, eləcə də digər şəhər və rayonlarda saxta ev sənədləri hazırlayan dələduzların olması barədə xəbərdar ediliblər. Onlara belə şəxslərdən özlərini qorumaları tövsiyə olunub. Bundan sonra Ağdam sakinləri aldanmaları ilə bağlı bizə müraciət etdilər. Mən bu məsələnin həllinə kömək göstərilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubov ilə danışdım və dərhal işin araşdırılmasına başlanıldı. Hazırda dələduzluq edərək məcburi köçkünlərin pulunu mənimsəyən həmin köçkün qadın saxlanılıb və istintaq davam edir.
Baş nazirin müavini Əli Həsənov bəzi məcburi köçkünlərin hələ də belə xoşagəlməz hadisələrdən nəticə çıxarmamalarını təəssüf hissi ilə qeyd edib. Bildirib ki, mən dəfələrlə məcburi köçkünlərə müraciət edərək dələduzluq yolu ilə mənzil əldə etməyin mümkünsüz olduğunu demişəm. Onları xəbərdar etmişəm ki, özünüzü belə hallardan qoruyun. Bu yaxınlarda Füzuli və Cəbrayıl rayonlarının sakinləri də başqa bir qadının onları aldatması ilə bağlı bizə müraciət etmişdilər. Əməkdaşlarımız bu müraciətləri rəsmiləşdirərək hüquq mühafizə orqanlarına göndərmək istəyəndə aldanan şəxslər tələsik ərizələrini geri götürdülər.
Əli Həsənovun sözlərinə görə, 3 gün əvvəl Qaradağ rayonunda daha bir nəfərin məcburi köçkünlərdən və yerli sakinlərdən külli miqdarda pul toplayaraq onlara saxta yolla hazırladığı mənzil orderləri, qapı açarları və müqavilələr verməsi faktı aşkarlanıb. Məlum olub ki, komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qrup məcburi köçkünü mənzil verəcəyi ilə aldadaraq onlardan külli miqdarda vəsait alıb mənimsəyiblər. Həmin dələduzlar tərəfindən aldandıqlarını bilən məcburi köçkünlər pullarının geri qaytarılması və həmin cinayətkar qrupun cəzalandırılması xahişi ilə komitəyə müraciət ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri deyib: "Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi şəffaf şəkildə həyata keçirilir. Bütün məcburi köçkünləri ciddi xəbərdar edirik ki, mənzillə təminatla bağlı belə dələduzluq hallarının iştirakçısı olan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq. Biz məcburi köçkünlərdən xahiş edirik ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərin polis orqanlarına məlumat versinlər".
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13