İŞİD "Kürdüstan vilayəti" qurur
12:12 28-10-2014
İQTİSADİYYAT
İŞİD "Kürdüstan vilayəti" qurur
Terror təşkilatının "Ağ kəfənlilər" adlı yeni qənimi ortaya çıxdı
Kobanidə kürd qətliamı törədən İslam Dövləti (əvvəlki adı İraq-Şam İslam Dövləti və ya qısaca İŞİD) İŞİD xəlifə elan etdiyi Əbubəkir Bağdadinin "kürd problemini" həll edəcəyini elan edib.
"haberler.com" xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) "kürd problemlərini həll etmək" çərçivəsində Cəlula, Dakuk, Havice, Reşad, Molla Abdullah, Abbasiyə və Yenicə bölgələrinə kürd valilər, əmirlər və qazilər təyin etdiyini iddia edib.
Suriya və İraqın bir hissəsini əhatə edən torpaqlarda şəriət qurduğunu elan edən və ilk xəlifə olaraq Əbubəkir Bağdadini seçən İŞİD, "kürd problemini" həll etmək istiqamətində addımlar atdığını açıqlayıb: "40 ildir kürd problemi ilə boğuşan və heç cürə həll edə bilməyən Türkiyədən fərqli olaraq, İslam Dövləti üç ay içində bu problemi həll edib. Möminlərin əmiri və xəlifəsi doktor Şeyx Əbubəkir Bağdadinin şəxsən üzərində işlədiyi "İslam Dövlətinin kürd problemini həll etməsi" layihəsi, nəhayət, sona çatıb. Bu layihəyə uyğun olaraq, İslam Dövləti azad etdiyi Kürdüstana kürd əmirlər, qazilər və valilər təyin edəcək".
Bəyanatda problemin həlli üçün pilot bölgələr seçildiyi də iddia edilir: "Bütün sistem qurulub. Artıq Cəlula, Dakuk, Havice, Reşad, Molla Abdullah, Abbasiyə və Yenicə bölgələrinə kürd valilər, qazilər və əmirlər təyin edilib. İslam Dövləti Şimali İraq və Şimali Suriyanı əhatə edən bölgədə Kürdüstan vilayəti qurur. Kürdlərin uzun müddətdən sonra özlərini idarə etməsi təmin ediləcək".
Kürd qruplaşmaları İŞİD hücumlarını dəf elədi
Bu arada İngiltərədə yerləşən Suriya İnsan Hüquqları Müşahidəçiləri Mərkəzi İŞİD yaraqlılarının srağagün gecə Kobanidəki sərhəd məntəqəsini ələ keçirməyə çalışdıqlarını, ancaq kürd qruplaşmaların hücumun qarşısını aldığını bildirib.
"CNN Türk" xəbər verir ki, İŞİD yaraqlıları ərəb dilində Ayn Əl Ərəb olaraq tanınan Kobanini bir aydan çoxdur ələ keçirtməyə çalışır. Yaraqlılar ABŞ liderliyində qurulan koalisiya qüvvələrinin hava zərbələrinə və yüzlərlə döyüşçülərini itirməklərinə rəğmən, şəhəri ələ keçirtməkdə israrlıdırlar.
Suriya İnsan Hüquqları Müşahidəçiləri Mərkəzi bazar günü verdiyi açıqlamada şəhərdə son 40 gün ərzində 815 nəfərin öldüyünü və bunların yarısından çoxunun İŞİD yaraqlısı olduğunu bəyan edib. İdris Nassan adlı kürd isə İŞİD-in üç gün öncə Kobanini top atəşinə tutduğunu, amma kürd qruplarının hücumları dəf etdiyini deyib: "Təbii ki, gecə yenidən hücum edəcəklər. Dünən gecə əlavə döyüşçü qüvvə, silah-sursat gətirdilər və israrlıdırlar".
İŞİD dünyanı kamikadze ilə hədələdi
İraq ordusu Curf əl-Sakharı geri aldıqdan sonra yeni hədəfin Fəlluca olacağını açıqlayıb. İŞİD 100 intihar bombaçısı ilə şəhəri qoruyacağını bildirib.
Qeyd edək ki, İraq ordusu son günlər ölkədə ikinci böyük şəhər - Mosul daxil olmaqla bir çox bölgəni ələ keçirən İŞİD-ə qarşı hücumları davam etdirir. Mərkəzi hökumətə bağlı qüvvələr dünən İŞİD-in nəzarətində olan bir dağın yamacındaki dörd kəndi ələ keçirib.
Əməliyyat İŞİD-ə qarşı son dövrlər ən böyük uğrlardan biridir. İraq ordusu indisə Enbar əyalətindəki Emriyat əl-Fəlluca şəhərini alacaını açıqlayıb. İŞİD isə Emriyat əl-Fellucni kamikadzeləri ilə müdafiə edəcəyi ilə İraq rəhbərliyini təhdid edir. Belə ki, bunu üçün 100 kamikadzenin ayrıldığı açıqlanıb.
İŞİD tərəfində döyüşən İsrail vətəndaşları
Əhməd Şurbacı adlı İsrail vətəndaşı İraq İslam Şam Dövləti terror təşkilatına qoşulmaqda şübhəli bilinib. "pzm.co.il" saytı xəbər verib ki, İsrail xüsusi xidmət orqanı olan "ŞABAK" Şurbacını və Suriyaya getrmək isəyən daha 3 ərəbi izləyib. Onlara təhlükə barədə xəbərdarlıq edib.
Lakin onlar bu xəbərdarlığa məhəl qoymayıblar. Əvvəlcə təyyarə ilə Türkiyəyə uçublar. Oradan isə quru yolla Suriya ərazisinə keçərək İŞİD-ə qoşulublar.
Terror qruplaşmasına daxil olarkən onların pasportları əllərindən alınıb. İŞİD komandirlərindən biri deyib ki, əgər onlar Əsəd qüvvələrinə, yaxud "Hizbulla" döyüşçülərinə əsir düşsələr, İsrail agenti kimi ittiham ediləcəklər.
Şurbaci və dostları İŞİD düşərgələrində hərbi təlim keçdikdən sonra ön cəbhəyə göndəriliblər.
Şurbacinin dediyinə görə müxtəlif obyektləri qoruyub. Lakin İŞİD döyüşçülərinin əsirləri kütləvi edam etməsindən şoka düşüb və Suriyaya gəlməsinə peşman olub. O deyir ki, əvvəllər İŞİD-i sadəcə Bəşər Əsədə qarşı döyüşən müxalif qüvvə hesab edirdi. İndi isə belə düşünmür.
Hər bir halda Əhməd Şurbaci Suriyada "ŞABAK" agentləri ilə əlaqə saxlaya bilib. İsrail xüsusi xidmət orqanları ona geri qayıtmağa icazə veriblər.
Bundan sonra Şurbaci geri qayıdıb. Onun pasportsuz geriyə necə dönməsinın hələlik detalları bilinmir. Fakt odur ki, Şurbacı geri dönərkən "Ben Qurion" aeroportunda saxlanılıb.
Məhkəmə İsrail vətəndaşı olan Əhməd Şurbacı haqda qərarı 3 noyabrda açıqlayacaq.
İŞİD-in yeni qənimi:
"Ağ kəfənlilər"
"Ağ kəfənlilər" təşkilatı Suriyanın Mosul şəhərində İŞİD əmirlərindən olan Əbu Huzifəni və onun 17 nəfər mühafizəçisini öldürüb.
Srağagün axşam saatlarında ağ libas geyinmiş silahlı qruplaşma əmirin evinə hücum edib. Hücumdan sonra davam edən beş dəqiqəlik atışmada əmir və onun mühafizəçiləri öldürülüb. Onlar "İraq və Suriyada vəhşilik törədən İŞİD-in sonu ölümdür" şüarını səsləndirərək hadisə yerindən uzaqlaşıb.
Əmirin ölümündən sonra İŞİD qüvvələrinin Baasi məhəlləsini tamamilə mühasirəyə aldığı və bütün evlərdə axtarış apardığı bildirilir.
Qeyd edək ki, "Ağ kəfənlilər" bir neçə gün əvvəl də Suriyanın Deyr əz-Zor şəhərində 100 İŞİD-çinin boğazını kəsərək öldürmüşdü.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00