Fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib
13:06 08-05-2012
CƏMİYYƏT
Fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib
Bu ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 799,2 mln. manat təşkil edib. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu, 2011-ci ilin müvafiq dövrünə nisbətən 185,6 mln. manat və ya 30,2 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 12,5 faiz və ya 45,2 mln. manat artaraq 407,2 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 60,0 faizi və ya 224,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 13,7 faiz və ya 29,4 mln. manat artıb, proqnoz isə 105,5 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 13,6 faiz artıb. Bu ilin yanvar-aprel aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 162,8 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,7 faiz və ya 15,8 mln. manat artıb, proqnoz 92,8 faiz icra olunub. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
Yanvar-aprel aylarında DSMF-in xərcləri 781,3 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 769,0 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 179,8 mln. manat və ya 30,5 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 31,4 faiz və ya 179,7 mln. manat artaraq 751,8 mln. manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. DSMF-in digər xərcləri 12,3 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,15 mln. manat və ya 1,2 faiz çoxdur. Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,02%, o cümlədən qeyri-büdcə təşkilatları üzrə 105,5%, büdcə təşkilatları üzrə isə 92,75% icra olunub.
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00