Ermənilər Suriyada Bəşər Əsəd rejimi dəyişdiriləndən sonra çox böyük "mükafat alacaqlar"
13:10 08-05-2012
CƏMİYYƏT
Ermənilər Suriyada Bəşər Əsəd
rejimi dəyişdiriləndən sonra çox böyük "mükafat alacaqlar"
Bu gün bir jurnalist "zavtrk"ı Bakıda, "obed"i Parisdə, "ujın"i isə Almaniyada edərək...
XX əsrin əvvəllərindən günümüzün bu saatına qədər Rusiyada, Qafqazda, İranda, Suriya və Türkiyədə, nə qədər qəribə səslənsə də Avropanın "beşiyi" Yunanıstanda baş verən "kütləvi iğtişaşlar" ermənilərin planına uyğun baş verir. Təbii ki, özlərini "dahi siyasətçi" qismində görən bəzi siyasi analitiklər bizim bu fikirlərimizə ağız büzəcəklər.
Fikrimizi əsaslandırmaq üçün tarixə müraciət edək. M.S. Ordubadi 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasından bəhs edən "Qanlı illər" əsərində, hələ o illərdə ermənilərin "Böyük Rusiya inqilabı söndü, biz işləri sona çatdıra bilmədik" - deyə təəssüfləndiklərini bildirir. Ordubadi erməni-müsəlman davasının səbəblərindən birinin ermənilərin avtanomiya-idarə muxtariyyəti həvəsində olmalarını göstərib. Ermənilərin hər aybaşı Londona, Parisə, Amerikaya qaçıb ərz-hal etmələri bunun bariz sübutudur. Onlar İngiltərənin verdiyi proqrama uyğun olaraq Türkiyədə muxtariyyət idarə həvəsində bir xeyli çalışdılar. Hətta işləri alınmayanda belə əl çəkmədilər, İngiltərəyə bir də müraciət etdilər.
İngiltərə isə son dəfə olaraq "Britaniyanın hərbi gəmiləri Türkiyənin Anadolu dağlarında cövlandan acizdir, nə yapayım" - deməklə erməniləri Türkiyədə idarə muxtariyyəti həvəsindən bir növ düşürdü. İngiltərədən naümid olan ermənilər katalikos Mkrtıç "cənabları"nı Berlinə, yəni Almaniyaya göndərməyə məcbur oldular. "İndi qılınc zamanıdır" sifarişini almanlardan alan Mkrtıç, bu sifarişi ermənilərə yetirən kimi onlar Türkiyədə Daşnaksutyun Partiyasını təşkil etdilər.
Ermənilər Türkiyədə təzə partiyaların rəvacını qeyri-qabil gördükdən sonra Qafqaza göz dikərək Ermənistanı diriltmək həvəsinə düşdülər. Bunların banisi və göstəriş verəni isə erməni yazıçısı Arsruni "cənabları" idi. Arsruni Türkiyə şəraitinə baxıb, erməniləri Qafqaza daşımağı məsləhət bilmişdi. Arsruni öləndən sonra yerinə Bahadurov soy adlı birini naib qoymuşdular.
Arsruni Bahadurova vaxtı ilə göstəriş-təlimat vermişdi ki, erməni-müsəlman davasını salınmalı, Bakı və Gəncə quberniyasının aran yerləri müsəlmanlara verilməli, İrəvan quberniyası ilə Gəncə quberniyasının yaylaq əraziləri isə ermənilərə çatmalı, bu torpaqları Qars sığıncağı ilə birləşdirib erməni dövləti təşkil olunmalıdır.
M. S. Ordubadi isə ermənilərin bu istəklərini əsassız xəyallar adlandırırdı.
Lakin ermənilər çar Rusiyası süquta uğrayanda öz müstəqilliklərini elan edərək dövlətlərini qurdular. Təbii ki, Azərbaycan da suverenlik qazandı.
1918-20-ci illərdə ermənilər yenə dinc dayanmayaraq iğtişaşlar salıb qırğınlar törədirdilər. O illərdə İranda Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında Azərbaycan Demokratik Partiyasının milli azadlıq uğrunda mübarizəsi 1920-ci ildə Təbriz üsyanı ilə hərəkatın ən yüksək mərhələsinə çatdı. Və nəticədə Milli Hökumət quruldu.
O taylı, bu taylı Azərbaycanın birləşəcəyini görən ermənilər Təbriz üsyanı dövründə İngiltərənin Tehrandakı nümayəndəsi Persi Koksla "əlaqə" yaradaraq onu öz mənafeləri üçün işlətməyə başlayırlar. Təbii ki, ermənilər öz milli maraqları üçün Persi Koksa elə bəxşişlər vermişdilər ki, onların gözqamaşdıran şüalarından Koks cənabları İngiltərə dövlətinin əsil maraqlarını görə bilməmişdi.
Pers Koks İngiltərənin xarici işlər naziri Lord Kerzonun beyninə yeridir ki, Cənubi Azərbaycan hərəkatının müvəffəqiyyət qazanması İngiltərə-İran müqaviləsinin "kağız parçası"na çevrilməsinə səbəb olacaq. Koksun bu canfəşanlığı nəticəsində İngiltərənin baş naziri Təbriz üzərinə göndərilmək üçün təcili sürətdə üç min nəfərlik silahlı qüvvənin təşkil edilməsi haqqında, şəxsən Koksa göstəriş vermişdi.
Ermənilər Təbriz üsyanının nəticəsində qurulan Milli Hökuməti ona görə qan içində boğurdular ki, İranla sərhəd bölgələrinə gələcəkdə "ərazi iddiaları" qaldırsınlar. "Böyük Ermənistan" planına uyğun olaraq.
SSRİ yaradılandan sonra isə Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmasına nail oldular. Tarixə qısa baxışdan sonra keçək öz dövrümüzə.
Apardığımız tədqiqatlar nəticəsində məlum olub ki, Ermənistanın dövlət hakimiyyəti digər müstəqil və suveren dövlətlərin siyasi stabilliyinin və ərazi bütövlüyünün pozulmasına yönəlmiş kütləvi iğtişaşlarla bağlı xeyli sayda məxfi qərarlar imzalayıb.
Həmin məxfi qərarda kütləvi-iğtişaş əməllərinin - etnik, dini zəminlərdə, eyni zamanda mümkün olan bütün vasitələrlə törədilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda həmin ölkələrdə müxalifətin bacardıqca, qanunla icazə verilmiş dinc aksiyalarına da dəstək verərək, sonradan qəfildən ekstremist çağırışlar nəticəsində kütləvi iğtişaşlara nail olmaq planları mövcud olub. Özü də həmin dövlətlərdə hansısa çox böyük beynəlxalq səviyyəli tədbirlər olarsa, həmin tədbirə 1 ay qalmış müxalifətin qanuni dinc aksiyalarına müxtəlif yollarla köməkliklər göstərməyi planlaşdıraraq tədbir ərəfəsi kütləvi iğtişaşlara nail olmaq niyyətləri olub.
Tarix sübut edir ki, həmişə qonşu ölkələrdə kütləvi iğtişaşlar baş verəndə ermənilər həmişə qazanır. Bəllidir ki, Suriya dövlətində ermənilər kompakt şəklində yaşayırlar və çoxdurlar. Bu saat Suriyaya kütləvi iğtişaşlara əsas kömək edən, qızışdıran məhz Suriya erməniləridir. İranda da aranı ermənilər qatırlar, lakin çox ağıllı sürətdə günahlarını azərbaycanlıların üstünə atırlar. ABŞ mətbuatında bu yaxınlarda getmiş bir məqalədə qeyd olunur ki, guya Azərbaycan İsrail dövlətinə "aerodrom" satıb, İranı bombalayacaq. İsrail təyyarələri sonra Azərbaycandakı "aerodrom"a enəcəklər. Bütün bu məlumatları yayanlar, təşkil edənlər də ermənilərdir.
Ermənilər Suriyada Bəşər Əsəd rejimi dəyişdiriləndən sonra çox böyük "mükafat alacaqlar" . Əgər İranda indiki rejim dəyişdirilməsə, ölkədə vətəndaş müharibəsi başlayacaqsa, ermənilərə İranla sərhəd bölgələrin torpaqları mükafat olaraq pay ediləcək. Ehtiyat variant isə qonşu Gürcüstanın Axalkalaki bölgəsi seçilib.
Avropanın müəyyən dairələrində gəzən şayiələrə görə, Axalkalakidə təşkil ediləcək kütləvi iğtişaşın ssenarisi belə hazırdır. Ssenariyə görə-hamilə erməni qadınlarının hansısa "dinc aksiyası" olacaq.
Təxribatçı qrupların hamilə qadınlara qarşı zorakılıq hərəkətləri nəticəsində kütləvi iğtişaş baş verəcək. Çünki təxribatçıların tükürpədici əməlləri sayəsində hamilə qadınlarda uşaqsalma prosesləri baş verəcək və təbii ki, "qeyrətə gələn" ermənilər gürcülərin bu əməllərinə etiraz olaraq kütləvi iğtişaşa başlayacaqlar. Nəticədə isə Gürcüstanda yeni bir erməni dövləti yarana bilər.
Proseslər qonşu dövlətlərdə bu şəkildə gedir. Bizdə də müxalifət "Eurovision"a bir ay qalmış qanuni-dinc mitinqlərə başlayıb. Bəyəm, bu bilərək, ya bilməyərək erməni tələsinə düşmək deyilmi?!
Ordubadinin Arsruni kimi qeyd etdiyi erməninin vəsiyyətinə bizlərmi əməl edəcəyik? Bu həmin Qriqori Arzrunidir ki, 1870-ci ildə H. B. Zərdabinin "Əkinçi" qəzetinin açılışını düz beş il əngəlləmişdi. 1877-ci ildə isə bağlatmışdı. Azərbaycanlılara isə tövsiyə etmişdi ki, ermənilərin latın-rus hərflərindən əlifba yaradın.
Belə çıxır ki, bəzi jurnalistlər Zərdabini qoyub, mənfur ermənilərin arzularını yerinə yetirirlər?! Deyirlər ki, Azərbaycanda diktaturadır, demokratiya yoxdur, söz azadlığı yoxdur. Bu gün böyük bir qəzetin rəhbəri olan müxalifətçi jurnalist "zavtrk"ı Bakıda, "obed"i Parisdə, "ujın"i isə Almaniyada edərək televiziya verilişi aparır və Azərbaycanda diktaturadan, söz azadlığının olmamasından danışır. Axı siz niyə Şeyx Məhəmməd Xiyabaninin axırına çıxmış Persi Koksu unudursunuz? Onun qohumu Baronessa Koksun Qarabağ ermənilərinə "analıq" etməsi nə tez yadınzıdan çıxdı?! Erməni katalikosu Mkrtıçın Almaniyada Daşnaksutyun Partiyasının yaradılmasına xeyir-dua verməsi nə tez unuduldu?! Yəni inanırsınız ki, siz bu əməllərinizlə həqiqətən vətənimizə xidmət edirsiniz?!
Babək kimi milli qürurumuz olan bir sərkərdəni Səhl ibn Sumbatın satmağı nə tez yadınızdan çıxdı?! Erməni planıyla, yenə də kütləvi iğtişaş yaratmaq adıyla Babəkin əl-ayağını kəsdirib öldürtdürən Səhl ibn Sumbatla, min il bundan qabaqkı erməniylə, indiki erməninin fərqi varmı? Allah sənə rəhmət eləsin, Ordubadi. O yazırdı ki, müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər olmaları, siyasətdən başları çıxmaması, həmişə ermənilərin xeyrinə olub.
Ətrafınıza baxın, Parisdə, Londonda, Almaniyada sizə himayədarlıq edənlər ad-soyadlarını dəyişmiş ermənilərdir. Sizlər siyasətçi deyilsiniz. Əsil siyasətçi tükü belə tükdən seçməyi bacarmalıdır.
Ermənilər İranda və Gürcüstanda nələr edəcəyini sizlər də, bizlər də görəcəyik.
Azərbaycan Respublikasının konstitusiyasının 151-ci maddəsində göstərilir ki, ölkənin qanunvericilik aktları ilə respublikanın tərəfdar çıxdığı beynəlxalq hüquq sənədləri bir-birinə zidd gələndə ikinciyə üstünlük verilir.
"Əgər söhbət dövlətin təhlükəsizliyindən, suverenliyindən maraqlarından gedirsə, onda qanunun yanından bir balaca ötüb getmək olar" . Bu sözləri deyən sizlərin rəhmətlik lideri isə həqiqətən siyasətçi vətənpərvər idi. O, bu ərəfədə heç vaxt dövlətçilik naminə sizin kimi bu hərəkətləri etməzdi.
Milli Məclisin üzvü
Adil Əliyev
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22