Azərbaycanda gömrük qaydaları dəyişdi
Gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı - "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemləri tətbiq olunacaq
Noyabrın 1-dən Azərbaycanın gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi yeni qaydalarla aparılacaq.
Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"na əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı - "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemləri tətbiq olunacaq.
Müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla, "Yaşıl kanal" buraxılış sistemi fiziki şəxslər tərəfindən malların şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmaması və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir. Gömrük bəyannaməsi kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına təqdim edilə bilər. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim edilə bilər. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir.
Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq keçirən şəxsə onları 30 gün müddətinə bir dövri bəyannamə əsasında keçirməsinə icazə verirlər. Bu şərtlər 3 və ya daha çox partiya tədarük edilərkən tətbiq edilir. Nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra bir saat müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir. Beynəlxalq hava, dəmiryol, dəniz, avtomobil nəqliyyatı daşımalarında istifadə edilən yüksüz və sərnişinsiz nəqliyyat vasitələrinin bəyan edilməsi Gömrük Məcəlləsinin tələblərinə uyğun aparılır. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir.
Elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanlarına təqdim edilə bilər. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir.
Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00