Saxtakarlıqda ittiham edilən şirkət Azərbaycana necə daxil olub?
09:41 01-11-2014
İQTİSADİYYAT
Saxtakarlıqda ittiham edilən şirkət Azərbaycana necə daxil olub?
Rabitə sektorumuza nüfuz edən Çinin məşhur kompaniyası ilə bağlı sensasion iddialar!
Son illərdə Çinin Huawei kompaniyası Azərbaycanın rabitə sektoruna nüfuz etməkdədir. Şirkət həm yeni texnologiyaların tətbiqi, həm də rabitə xidməti sahəsində bir sıra əhəmiyyətli müqavilələrə imza atıb.
Ümumiyyətlə, xarici şirkət və kampaniyaların Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərmələri, ölkəmizə böyük həcmdə investisiya yatırmaları müsbət haldır. Bu, hər şeydən öncə iqtisadiyyatımızın sabahına inam deməkdir.
Amma bir məqamı da qeyd etməliyik ki, ölkəmizdə fəaliyyət göstərmək istəyən xarici şirkət və kompaniyaların imici, nüfuzu əvvəlcədən öyrənilməlidir. Adı korrupsiyada, müxtəlif mənfi əməllərdə hallanan şirkətlərin ölkəmizə buraxılması Azərbaycan Respublikasının üzərinə kölgə sala bilər. Yuxarıda adını çəkdiyimiz Huawei kompaniyası beynəlxalq aləmdə mənfi imicə malikdir. Şirkətin Azərbaycan iqtisadiyyatında xüsusi yer tutmağa çalışmasını nəzərə alaraq onun haqqında bu günlərdə məşhur saytlardan birində getmiş yazını olduğu kimi təqdim edirik.
2005-ci ildən başlayaraq bir çox regional və beynəlxalq kompaniyalar Cənubi Sudanda daşınmaz əmlak, kənd təsərrüfatı, tikinti sektorunda istifadə etmək üçün biznes-imkanlar axtarırlar. Ölkənin cənub hissəsində telekommunikasiya sahəsində xidmət göstərmək üçün 100-dən artıq Çin kompaniyası qeydiyyatdan keçib. Bu kompaniyalardan biri də Huaweidir. Bu yaxınlarda Cənubi Sudan hökuməti ilə Çin dövləti arasında bağlanmış müqavilələrə əsasən, bir çox kompaniyalar Çinin Eksim bankının vəsaitləri hesabına maliyyəşəcək. Belə kompaniyalardan biri böyük cinayətdə əli olan Huaweidir. Həmin kompaniyanın yüksək rütbəli əməkdaşlarından biri olan cənab Sallivan Çen (Nan Çen) Cənubi Sudanda axtarışda olduğunu bildikdən sonra Çinə qaçıb. Buna səbəb Cənubi Sudanın İnformasiya və Radioyayım Nazirliyinin Huawein qanunsuz bir əməlini - rəsmi sənədlərin saxtalaşdırması faktını aşkarlamasıdır.
Huawei saxta sənədi Cənubi Sudanın İnformasiya və Radioyayım Nazirliyinin rəhbəri nazir C.Maykldan (Makuel Lyut) xəbərsiz Çinin Pekindəki Eksport-İmport Bankının prezidenti P.C.Li Ruoqunun adına göndərməyə cəhd edib. Məktubu göndərməkdə məqsəd Çinin tanınmış ZTE şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçiriləcək rəqəmsal TV layihəsinin maliyyələşdirilməsinin təxirə salınması olub.
Proses belə cərəyan edib. Oktyabrın 3-də Huawei kompaniyasının əməkdaşı Sallavan Çendən adıkeçən nazirliyin ofisinə bir məktub daxil olub. E-mail informasiya üzrə baş direktorun vəzifəsini icra edən cənab Pol Yakob Kumbonun adına göndərilmişdi. Məqsəd həmin məktubu nazirin firma blankında çap etmək və onun Çinə göndərilməsinə nail olmaq idi. Xoşbəxtlikdən Huawein bu saxtakar əməlinin üstü tez açılıb, informasiya və radioyayım naziri tərəfindən mexanizmin işə düşməsinin qarşısı alınıb. Huawei kompaniyasının bu hərəkəti nazir Maykl Makuel Lyutun qəzəbinə səbəb olub. Huawei kompaniyasının bu cinayətkar saxtakarlığı Cənubi Sudan hökumətini ciddi narahat edib. Əslində, Huawein bu addımı iki ölkə - Cənubi Sudan və Çin arasında qarışıqlıq yaratmaq cəhdi kimi qiymətləndirilib. Cənubi Sudanın İnformasiya və Radioyayım naziri saxtakarlıq olayı ilə əlaqədar 2014-cü il oktyabrın 9-da, cümə axşamı günü direktor və kompaniyada çalışan digər yüksək vəzifəli məmurları yanına çağırıb və onlardan izahat tələb edib, lakin bu günədək Cənubi Sudanın rəsmi dövlət strukturuna heç bir izahat verilməyib. Kompaniyanın rəhbərliyi yalnız Cənubi Sudanda dövlət hakimiyyətinə və rəhbərliyə qarşı təxribat törətmək niyyətində olmadıqlarını bildiriblər.
Kompaniyanın Cənubi Sudan hökumətinə və xalqına qarşı bu təxribatçı mövqeyi hökuməti aşağıdakı üç istiqamətdə fəaliyyətə məcbur edib:
Birincisi, kompaniyanın bu çirkin və ziyanlı fəaliyyətinin səbəbini aydınlaşdırmaq üçün Huawei kompaniyasına qarşı ciddi istintaq işinin başlanılması.
İkincisi, informasiya nazirinin E-mailinə daxil olan cənab Sallivanın fəaliyyəti və saxta məktubunun araşdırılması və Sallivanın ölkədən deportasiya olunması.
Üçüncüsü, Huawein Cənubi Sudan Hökuməti və onun xalqına qarşı yönəlmiş cinayətkar və ziyanlı fəaliyyəti barədə Çin səfirliyinin məlumatlandırılması.
Hökumətin qeyd edilən məsələ ilə bağlı tövsiyəsi aşağıdakı cümlələrlə bitir: "Cənubi Sudan hökuməti və xalqı Huawein çiçəklənən ölkədə çinayətkar və ziyanlı hərəkətinə dözməməməlidir".
Zahir Həsənov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53