Hüquq müdafiəçiləri Xədicə İsmayılovanı boykot ediblər
09:45 01-11-2014
İQTİSADİYYAT
Hüquq müdafiəçiləri Xədicə İsmayılovanı boykot ediblər
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunda Xədicə İsmayılovanın olmasını hüquq müdafiəçilərinin heç biri istəmirdi. Bu barədə İşçi Qrup üzvlərinin jurnalistlərlə görüşündə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, Xədicə İsmayılovanı 10 hüquq müdafiəçisindən heç biri dəstəkləməyib: "Xədicə İsmayılova bildirir ki, onu Avropa Şurası baş katibi və hökumət dəstəkləyib, Sahib Məmmədov imkan verməyib. Amma 10 nəfərdən heç kim onu İşçi Qrupda istəmədi".
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyib ki, Xədicə İsmayılova normal şəkildə əməkdaşlıq istəsəydi, bunu edərdi: "Şou çıxarmaq, qapını çırpıb getmək heç kimin marağında deyil".
"İşçi Qrupunun fəaliyyətini indidən tənqid etmək düzgün deyil, imkan versinlər, addım ataq, üç ay vaxt versinlər, işləyək, sonra istədiklərini desinlər". Bu barədə fəaliyyəti bərpa edilmiş İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu jurnalistlərlə görüşündə İşçi Qrupuna qarşı bəzi insanlar tərəfindən yaranan aqressivliyə münasibət bildirərkən deyib.
N.Cəfəroğlu bildirib ki, provokasiya etmək lazım deyil: "Keşiş Qaponluq etməsinlər. İmkan versinlər, addım ataq. Biz hər zaman Prezident Administrasiyası ilə, prokurorluqla görüşlər keçirmişik. Minlərlə insanın hüquqlarını bərpa etmişik. Bizim nüfuzumuz böyükdür. Həbsdə olan insanlara ərizə yazdırmaq ki, bizi bunlar müdafiə etməsinlər, bu, əxlaqsızlıqdır".
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00