Əsgər Ələkbərovun istefaya göndərilməsinin pərdəarxası "Unikal"da
09:50 05-11-2014
İQTİSADİYYAT
Əsgər Ələkbərovun istefaya
göndərilməsinin pərdəarxası "Unikal"da
Sabiq nazir müavininin biznes imperiyası qurması onun karyerasına son qoyub
Dünən Daxili İşlər Nazirliyi sistemində ciddi kadr islahatları aparılıb. Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general - mayor Rafiq Abbasov vəzifəsindən azad edilib.
"Unikal"ın məlumatına görə, R.Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə "bandotdel"in rəisi general-mayor Mirqafar Seyidovu təyin edib.
Bundan əlavə, DİN sistemində daha böyük dəyişikliklər də olub. Belə ki, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev də yüksək vəzifəyə təyinat alıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə Quba Rayon Polis İdarəsinin rəisi Seyfulla Əzimov təyin olunub. Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov isə DİN Baş kadrlar idarəsinin rəisi vəzifəsinə təyinat alıb. DİN mətbuat xidməti Nəsiminin polis rəisi Musa Musayevin vəzifə dəyişikliyi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Xatırladaq ki, bir müddət öncə "Unikal" qəzeti Bakı şəhər Baş Polis İdarəsinin rəisi general - mayor Rafiq Abbasovun vəzifəsindən azad ediləcəyi və onu general-mayor Mirqafar Seyidovun əvəzləyəcəyi barədə məlumat vermişdi. Beləliklə qəzetimizin daha bir məlumatı özünü təsdiqləmiş oldu.
Məlumat üçün onu da nəzərə çatdıraq ki, üç gün öncə Daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub. Nazirin müavini polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib. Onun yerinə Nazirliyin baş kadrlar idarəsinin rəisi İsmət Əliyev təyin olunub. Qeyd edək ki, Ə. Ələkbərov 2002-ci ildən Ramil Usubovun müavini idi.
"Unikal"ın əldə etdiyi məlumata görə, Əsgər Ələkbərovun "vurulmasının" önəmli səbəbləri var. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Əsgər Ələkbərovun dövlət qulluqçusu ola-ola biznes imperiyası qurması onun karyerasını bitirib: " Bildiyiniz kimi, Əsgər Ələkbərov uzun illərdir ki, bu sistemdə işləyir və özünə kifayət qədər yer eləmişdi. Amma son illərdə onun fəaliyyəti dövlət məmurunun fəaliyyəti ilə üst-üstə düşmürdü. Bütün gününü biznesini idarə etməklə keçirirdi. Onun Bakıda, xüsusən də Qaraçuxurda restoranları, Sabunçuda parket zavodu və digər obyktləri var ki, ümumilikdə qiyməti milyonlarla manat dəyərindədir. Təbii ki, bütün bunları kadrlar idarəsinə kuratorluq etdiyi dövrdə əldə edib. Sözsüz ki, bu qədər əyintilərə yol verməsi cavabsız qala bilməzdi. Məhz, bu və digər əməllərinə görə onun karyerasına son qoyuldu".
Bizi bilgiləndirən şəxsin sözlərinə görə, bundan sonra Əsgər Ələkbərova yaxınlığı ilə seçilən və onun əliylə DİN sisteminə gətirilən şəxslər də vəzifələri ilə vidalaşmalı olacaqlar. DİN-dəki son kadr istlahatları da bu kimi təmizləmə əməliyyatlarının davam edəcəyini göstərir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00