Razim Məmmədov üçün son xəbərdarlıq
09:53 05-11-2014
İQTİSADİYYAT
Razim Məmmədov üçün son xəbərdarlıq
Xətaidəki "yaşıl terror"la bağlı nazirlikdən verilən sərt cəzanın pərdəarxası
"Xətai rayonu İnqilab İsmayılov küçəsi 3B ünvanında ağac kəsilməsi faktı ilə əlaqədar nazirliyin əməkdaşları hadisə yerində araşdırma aparıb". Bunu aktual.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O, deyib ki, araşdırma zamanı sözügedən ünvanda Quliyev Araz İman oğlunun adına 0, 4 hektar torpaq sahəsində yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış olduğu, lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin ekspertiza rəyi olmadığı aşkar olunub: "Sözügedən əraziyə baxış zamanı ərazidə müxtəlif cinsli ağacların kəsildiyi məlum olub. Bununla bağlı Ekologiya və Təbii sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan respublikası inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə görə, təqsirkar şəxs olan Quliyev Araz İman oğlu törətdiyi inzibati xətaya görə, 19 min 200 manat məbləğində cərimə edilib".
Xatırladaq ki, bu ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı millət vəkili İqbal Ağazadə məlumat verib. O, bildirib ki, hazırda seçiciləri yaşayan Xətai rayonu, İnqilab İsmayılov küçəsindədir: "Bu küçənin 3, 4 və 5-ci binalarının sakinləri gecə saatları olmasına baxmayaraq, ayağa qalxıblar. Buna səbəb ərazidəki çoxillik ağacların ekskavatorlarla kökündən çıxarılmasıdır. Təxminən 20 böyük ağacı məhv ediblər. Etiraza qalxan sakinlərə polis müdaxiləsi olub. Hazırda ərazinin polis rəisi də buradadır. Onunla danışdıq, saxlanan sakinlər buraxıldı. Lakin insanların həyəcanı davam edir".
"Unikal" olaraq onu da bildirək ki, Xətai rayonu son vaxtlar paytaxtın ən çox şikayətlər gələn rayonlarından birinə çevrilib. Xətai sakinləri xüsusi ilə yerli icra hakimiyyətinin yaşıllıqların qırılmasına göz yummasından şikayətçidir. Açıq görünür ki, Razim Məmmədovun rəhbərlik etdiyi rayonda ağacların qırılıb yerində müxtəlif obyektlərin tikilməsi adət halını alıb.
Artıq Razim Məmmədovun bütün bu şikayətlər və narazılıqlar fonunda vəzifəsindən uzaqlaşdırılacağı yönündə son vaxtlar intensivləşən xəbərlərin reallaşma ehtimalı çoxlarında şübhə doğurmur. Elə son baş verən qanunsuz ağackəsmə faktı və aidiyyatı nazirliyin məsələyə kəskin reaksiya verməsi də icra başçısına son xəbərdarlıq kimi qəbul edilə bilər. Xətai rayonunda yaşıllıqlarla bağlı yaranmış acınacaqlı vəziyyət yaxşıya doğru dəyişməzsə və belə davam edərsə, biz yaxın müddətdə Məmmədov haqqında çoxdan gözlənilən sərəncamın oxunmasının şahidi olacağıq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00