Azərbaycanda da sürətlə böyüyən İslam bankçılığı faizsiz kredit tələsidirmi?
11:39 09-05-2012
İQTİSADİYYAT
Azərbaycanda da sürətlə böyüyən İslam bankçılığı faizsiz kredit tələsidirmi?
Ərdoğanın əleyhinə çıxdığı bu bankiqin sisteminin üstünlükləri və çatışmazlıqları "Unikal"da!
Bir neçə il əvvəldən bank sektorunda başlayan qlobal maliyyə böhranının islam banklarından yan keşməsi dunya maliyyə dairələrinin diqqətini bugunədək "unudulmuş" müsəlman həmkarlarına yönəltdi. İslam-şəriət qanunları ilə bank xidməti göstərən bu maliyyə institutlarının fəaliyyəti geniş müzakirə obyektinə çevrildi. Bəziləri islam banklarını xilaskar kimi təqdim etməyə başladılar, bəziləri isə onları islam ekstermizminin maliyyə mənbəyi kimi göstərməkdən belə çəkinmədilər.
Həmin vaxt məşhur maliyyəçi Corc Soros "Biz dünya maliyyə sisteminin çöküşünü müşahidə edirik. Başqa bir sistemin yaradılması haqqında düşünməyin əsl vaxtıdır. Bu yerə iddia edən isə artıq var" deyərək islam banklarına eyham vurdu. İndoneziya prezidenti Susuilo Yudxoyno isə açıq danışdı: "İslam bankinqi maliyyə dünyasında lider mövqe tutmalıdır".
Avropa Maliyyə Forumunun sədri Jan-Pol Karteron da maraqlı açıqlamalar verdi. O, birbaşa "Qərbdə qəbul olunmuş bank sistemi hazırda böhran keçirir. Qərbin islam bankçılığından öyrənməli çox şey var", - dedi. Üstəlik onu da əlavə etdi ki, qərb bank sistemi ona görə iflasa uğrayır ki, bank rəhbərləri özlərini kazinodakı kimi aparırlar: "Bugün banklar real layihələrə qoyulan sərmayələrdən daha çox, möhtəkirliklə pul qazanırlar".
Bəs İslam bankçılığının üstünlükləri, çatışmazlıqları nədir? Əleyhdarları, tərəfdarları kimlərdir? İslam maliyyə institutlarının perspektivləri dünyada, MDB-də və ölkəmizdə bugün necə qiymətləndirilir?
Cığıraçanlar...
İlk İslam bankının yaradılması tarixi və yeri haqqında iqtisadi ədəbiyyatlarda bir-birindən fərqli məlumatlar var. Bəzi mənbələrə inansaq, bank xidmətləri göstərən ilk islam təşkilatı 1963-cü ildə Malayziyada yaradılıb. "Perbadanan Wang Simpanan Bakal-Bakal Haji" (PWSBH) adlanan bu təşkilat tam hüquqlu bank təşkilatı olmasa da, Həccə getmək istəyənlərə vəsait toplamağa kömək edib. 1975-ci ildə isə ilk islam kommersiya bankı olan Dubai Islamic Bank (DIB) yaradılıb. Bank islam prinsipləri ilə fəaliyyət göstərən ilk beynəlxalq maliyyə institutu olub. Onun yaradılması dünya neft böhranının yaşandığı 1973-74-cü illərə təsadüf edir. O vaxtlar islam ölkələri özlərini daha inamlı hiss edirdilər. Sonralar müsəlman ölkələrinin əhalisi və nüfuzu sürətlə artmağa başladı.
1982-ci ildə Əl-Baraka Qrupu yaradıldı ki, artıq onun 12 filialı və çoxlu törəmə müəssisiəsi var. Vaxt keçdikcə bir-birinin ardınca Küveyt Maliyyə Evi, Qatar İslam Bankı, Filippin Amanah Bankı da fəaliyyətə başladı. Malayziya, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan və Banqladeşdə hökumətin birbaşa yardımı ilə islam bankları yaradıldı. Bəzi islam bankları tədricən qeyri-müsəlman ölkələrində fəaliyyət göstərməyə başladı. Britaniya İslam Bankı, Avropa İslam İnvestisiya Bankı və Kaliforniyadakı Laribabank qərb dünyasında böyük nüfuza malikdir. Artıq "Deutche Bank", "Citibank", HSBC kimi dünyanın məşhur bankları islam bankçılığı ilə bağlı xüsusi departamentlər yaradıb. Əksər qərb bankları isə şəriət normalarına uyğun xidmətlər göstərən "İslam pəncərəsi" adlanan şöbələr açıb.
Hazırda dünyada islam qanunları ilə buraxılmış istiqrazların ümumi həcmi 200 milyard dollar təşkil edir ki, onun da 76%-i islam maliyyə mərkəzi kimi tanınan Malayziyanın payına düşür.
İslam bankçılığını
Qərbin başa düşdüyü
xarakterik bank
sistemindən nə
fərqləndirir?
Nəinki Qərbdə, elə Azərbaycanda da çoxları islam bankı deyəndə ərəb ölkələrində fəaliyyət göstərən bankları başa düşürlər. Yanaşma nə qədər məntiqi olsa da, təəssüf ki, yanlışdır.
Sadə şəkildə desək, islam bankları dini-şəriət normaları əsasında iqtisadi fəaliyyətlə məşğul olan maliyyə institutlarıdır. İslam qanunlarına görə, borcalanın borcverənə əvvəlcədən razılaşdırılmış ölçüdə faiz (riba) vəd verməsi günahdır. Ona görə də islam dünyası elə bir unikal maliyyə institutu yaradıb ki, o, bir tərəfdən bütün müasir tələblərə, digər tərəfdən isə müsəlman hüququnun normalarına tam cavab verir. Bu maliyə institutunun unikallığı ondadır ki, o, subyektlərinin iqtisadi maraqları əsasında fəaliyyət göstərməklə yanaşı, islami dini qayda-qanunlara, sosial və etik dəyərlərə tam uyğundur. Bir sözlə, islam maliyyə sistemi maddi (iqtisadi) və idealist (etik, dini) başlanğıcı özündə sintez edən uğurlu bank modelidir.
Bu yerdə təbii olaraq oxucu da belə bir sual yaranır ki, əgər puldan istifadəyə görə faiz ödəmək qadağandırsa, onda islam bankı necə fəaliyyət göstərə bilər. Məhz buna görə də islam bankları səriət qanunlarına uyğun olaraq borcalanın təsərrüfat fəaliyyətindən əldə etdiyi gəlirə şərik olur. Başqa sözlə desək o, kreditor yox, sərmayəçi rolunda çıxış edir. İslam banklarında əmanətçi ilə bank, eyni zamanda, bankla borcgötürən arasında münasibətlər bu sadə prinsip əsasında qurulur.
Ümumiyyətlə isə nəzəriyyədə islam banklarının maliyyələşmə yolları çoxdur. Onlar barədə növbəti saylarımızda məlumat verəcəyik.
Dünya İslam
Bankçılığına döğru
Hazırda islam bankiqinin inkişafı üçün ən münbit səraitin əhalinin 3-4%-ni müsəlmanların təşkil etdiyi Böyük Britaniyada, Almaniyada, İsveçdə, Belçikada olduğu bildirilir. Və təbii ki, hər onuncu adamın müsəlman olduğu Fransada da bu sahədə vəziyyət ürəkaşandır.
ABŞ-ı da unutmaq olmaz. Bu ölkədə əhalinin 2.5%-i (6-7 milyon) müsəlmandır. Üstəlik, amerikalı müsəlmanların əksəriyyətinin gəlirləri avropalılardan yüksəkdir. Artıq çoxdan Honkonqdakı HSBC islam bankinqindən yararlanır, Fransanın məşhur "BNP Paribas", "Societe Generale" və "Calyon" bankları şəriət normalarına uyğun bank xidmətləri göstərən filiallar açıb. Ekspertlərin fikrincə, son vaxtlar müsəlman əhalinin özünüdərk səviyyəsinin və iqtisadi rifah halının yüksəlməsi islam maliyyə sisteminin inkişafına böyük təkan verir.
Müsəlman ölkəsi
islama qarşı
İslam bankçılığının dünyada hər il 15% böyüdüyü bir məqamda bu sektora ilk zərbə ilyarım əvvəl qardaş Türkiyədən gəldi. Ölkə hökumətinin rəhbəri Rəcəb Tayyib Ərdoğan İslam Bankları Birliyi ideyasına münasibət bildirərkən gözünü yumub, ağzını açdı: "Bu, islam ölkələri üçün bir tələdir. Bu ideyanı ortaya atanlar islam əleyhdarlarının faizsiz maliyyəyə münasibətini pisləşdirir. Əğər faizsiz bankçılığa islam donu geydirilsə, bu, gələcəkdə bizim üçün böyük problem yaradacaq".
Pulun dini, milləti, vətəni olmadığını söyləyən Ərdoğan "Pul civə kimidir, harda münasib şərait tapirsa, ora da axır", deyib.
Keşmiş SSRİ-də iki
"islam adası":
Qazaxıstan və Qırğızıstan
İslam bankinqinin MDB-də inkişaf perspektivlərini araşdırarkən ilk yada düşən ölkə əhalisinin 10%-i müsəlman olan, 1100 bankın fəaliyyət göstərdiyi Rusiya olur. Rusiyada 2006-cı ilə kimi səriət normalarına uyğun bank xidməti göstərən bircə bank qeydə alınıb: Badr-Forte Bank. Ancaq 4 il əvvəl Rusiya Mərkəzi Bankı şübhəli bank əməliyyatları olduğunu əsas gətirirək onun lisenziyasını ləğv edib.
Rusiyada həmçinin islam prinsipləri ilə maliyyə fəaliyyəti göstərən Tatarıstan Beynəlxalq İnvestisiya Şirkəti yaradılıb.
Keşmiş SSRİ məkanında islam bankinqindən uğurla yaralanan ölkələr Qazaxıstan və Qırğızıstandır. Maliyyə bazarının 3%-nin islam bankçılığının payına düşdüyü (2011-ci ilin statistikası - red.) Qazaxıstanda bu bank fəaliyyəti ilə bağlı xüsusi qanun da qəbul olunub. Qanun hazırlanması yarım il çəkib. Qanun yaradıcılığına 25 il əvvəl Malayziyada islam bankını yaradan mütəxəssislər cəlb olunub. Qazaxıstan Mərkəzi Bankının rəhbəri ölkədə islam bankinqi üçün geniş imkanların yaradılmasını qlobal maliyyə böhranı nəticəsində ABŞ və Avropadakı ənənəvi maliyyə donorlarının itirilməsi ilə izah edib. Onun fikrincə, boş qalmış yeri Yaxın və Cənubi-Şərqi Asiyadan gələn investisiyalar dolduracaq.
Son illər yaşanan siyasi böhranlar Qırğızıstanda iqtisadi islahatları ləngitsə də, ölkədə islam bankçılığının tətbiqi ilə bağlı mühüm addımlar atılır. Qırğızıstan keçmiş SSRİ məkanında islam bankinqinin mərkəzi olmaq üçün Qazaxıstanla yarışa girib. keçmiş SSRİ məkanından danışmışkən, Azərbaycanda da son illər islam bankçılığının tətbiqi ilə bağlı işlər görülür.
Azərbaycanda islam
bankçılığı:
gələcəyə ümid var?
Ölkəmizdə İslam İnkişaf Bankı ilə islami qaydalar çərçivəsində əməkdaşlıq edən çoxsayda bank Onların arasında Azərbaycan Beynəlxalq Bankı, "Rabitəbank", "Unibank", "Bank Standart", "Əmrahbank" və digərlərini göstərmək olar.
Ancaq islam prinsipləri ilə ilk bank xidmət göstərən Azərbaycan bankı "Kövsərbank" olub və ötən il qapadılıb.
Gördüyünüz kimi, həm dünyada, həm də Azərbaycanda islam bankçılığının tətbiqi və inkişafı sahəsində böyük işlər görülür. Əğər bir gün İsrailin məşhur "Apoalim" və ya "Leumi" banklarının "İslam pəncərəsi" açdığını, şəriət qanunları ilə faizsiz kredit verdiyini eşitsəniz, heç təəccüblənməyin. Çünki dünyanın gedişatı belədir.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, Azərbaycanda İslam bankçılığına keçid etmədə əsas səbəb odur ki, bu bankiqin beynəlxalq təcrübədə özünü çox gözəl şəkildə doğruldu: "Bir çox ölkələrdə İslam bankçılığından istifadə edilir. Çox qəribə səslənsə də, bu gün İslam bankçılığının mərkəzi Londondur. Hazırda Böyük Britaniyada hətta 10 milyard dövriyyəsi olan bir neçə İslam bankı fəaliyyət göstərir. Eyni zamanda müsəlman ölkələrindən Qətərdə, İndoneziyada da böyük dövriyyəsi olan İslam bankçılığı var. Son on ildə dünyanın müxtəlif ölkələrində İslam bankçılığını təcrübədən keçirdilər və müsbət nəticələr əldə olundu. Azərbaycanda da bu təcrübəyə əl atılırsa, bu, təqdirə layiq haldır. Çünki İslam bankıçılığının spesifik xüsusiyyətləri var ki, bu da insanların yeni iş qurmasında, yeni bazarların yaradılmasında, yeni iş yerlərinin yaradılmasında və biznesin qurulmasında çox böyük köməyə malikdir. Klassik bankçılıqdan fərqli olaraq biznesdə insanların iflasa uğramasının sığortalanması məsələsini gündəmə gətirir və ona görə də insanlar da daha çox bu tip bankçılığa meyl göstərirlər. Çox təəssüf ki, Azərbaycanda digər sahələrdə olduğu kimi bank sahəsində də sərbəst, azad rəqabət şəraiti yoxdur. Yəni bizdə nəticələr həmişə prinsiplərin yaxşı və pis olmasından asılı olmur, buna yerli iqtisadi şərait təsir edir. Nə qədər yaxşı prinsiplər olsa da, əgər onların tətbiq olunmasında problemlər olursa, prinsiplərin həyata keçirilməsində əngəllər yaranacaq".
P.S. Yazı hazırlanarkən "Monitor Konsaltinq"in bu mövzudakı geniş araşdırmasından istifadə olunmuşdur.
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07