"Samsung"un Qafqaz üzrə nümayəndəsi: "Dağlıq Qarabağda nümayəndəliyimiz yoxdur"
"Orada loqomuzun istifadəsinə yol verməyəcəyik"
"Cənubi Koreyanın "Samsung" şirkətinin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və bu şirkət öz adının siyasi məsələlərdə hallanmasının qatı əleyhinədir". Bunu açıqlamasında "Samsung" korporasiyasının Bakıda yerləşən Qafqaz nümayəndəliyinin rəhbəri Sanq Pil Çan deyib.
Dağlıq Qarabağda "Samsung"un nümayəndəliyinin açılması barədə məlumatlara münasibət bildirən S. P. Çan qeyd edib ki, məsələni diqqətlə araşdıracaq: "Bizim orada heç bir nümayəndəliyimiz yoxdur. Əgər hansısa şirkət öz binasında bizim loqomuzu asıbsa, o loqo söküləcək. Orada loqomuzun istifadəsinə yol verməyəcəyik. Biz şirkətimizin adının siyasi məsələlərdə hallandırılmasını istəmirik. Mən uzun müddətdir Bakıda yaşayıram və sizin ölkənin qanunlarına hörmət edirəm. Bu məsələnin ciddiliyini başa düşürəm. Araşdıracağıq və belə bir hal varsa, aradan qaldırılacaq. Amma bir daha vurğulayım ki, bizim orda nümayəndəliyimiz və distribütor kimi əməkdaşlıq etdiyimiz hər hansı şirkət yoxdur".
Digər Xəbərlər
2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 15:02:00

2025-02-27 14:26:00
