Azərbaycanda dəbdəbəli məmur nömrələri ilə bağlı yeni iddia
14:02 12-11-2014
İQTİSADİYYAT
Azərbaycanda dəbdəbəli məmur nömrələri ilə bağlı yeni iddia
Onların "zerkalnı" nömrələrinin pullarını kim ödəyir?
Dəbdəbəli nömrə həvəsi sadə insanlardan başqa, yüksək vəzifəli məmurlardan da yan keçməyib. Onlar insanlara sadəlik və nümunə timsalı olmaq əvəzinə, nömrə eşqi nümayiş etdirirlər.
Dövlət qurumlarından birinin qarşısında saxlanmış lüks xidməti avtomobillər diqqət çəkir. Maşınların hamısı zəhmli rəngdə, nömrələr isə adi vətəndaşa "məndən qorx" deyir. Bütün avtomobillərin dövlət nömrə nişanı dəbdəbəli və "zerkalnı"dır.
Həmin nömrələrin əksəriyyətinin dövlət rusumu 2500 manata qədərdir. Maraqlıdır, görəsən, dövlət məmurlarının bu nömrələri almaq zərurəti haradan yaranıb və ən əsası - bu pullar dövlət hesabına ödənilirmi?
"Dövlət maşınları da dəbdəbəli nömrələr üçün eyni rüsumu ödəyirmi?" sualını cavablandıran Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, qoşa rəqəmli dövlət nömrə nişanları üçün hüquqi şəxslər də eyni rüsumu ödəməlidir: "Qanunvericilikdə göstərilməyib ki, fiziki şəxslərə və ya hüquqi şəxslərə şamil olunur. Rüsumun büdcədən maliyyələşməsini isə deyə bilmərəm. Həmin hüquqi şəxslər arasında dövlət büdcəsindən maliyyələşəni də var, maliyyələşməyəni də".
İnkişaf etmiş ölkələrdə dövlət qurumlarındakı xidməti avtomobillərin nömrələrinin xüsusi seriyaları mövcuddur və onların verilmə qaydası çox sərt tənzimlənir.
Məsələn, Avropa Birliyi ölkələri və ya ABŞ-da "nüfuzlu" nömrə nişanı almaq istəyən şəxs hərraca qatılmalı, yaxud da polis departamentinə müraciət etməlidir.
1989-cu ildən bəri Britaniyada belə "hörmətli" nömrə nişanları yalnız hərraclarda satılır.
İnkişaf etmiş ölkələrdə sözügedən nömrələr çox əvvəllər avtomobil sahibinin statusundan xəbər verirdisə, indi kimsə belə nömrələrə ciddi önəm vermir.
ABŞ-a gəldikdə isə, bu ölkədə "zerkalnı" nömrələrin dövlət qurumlarının mənsublarına dövlət büdcəsi hesabına verilməsi qəti qadağandır. "Dəbdəbəli" nömrələr yalnız Motorlu Texnika Departamentinin saytı vasitəsilə satışa çıxarılır, istənilən amerikalı da rəqəm və ya hərflər kombinasiyalarından ibarət nömrəni bu sayt vasitəsilə ala bilər.
Bizdə isə əsas sual bundan ibarətdir: maaşı 1000 manatı keçmədiyi halda bəzi məmurlar qiyməti 2500 manata çatan dəbdəbəli nömrələri necə alırlar?! Bu bəzi belə məmurların korrupsiyaya bulaşdığının işarəsi sayılmalı deyilmi?
Qoy bu suala hər kəs özlüyündə cavab versin.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25