İki nazirin qurumuna qarşı ilginc iddialar
10:09 13-11-2014
İQTİSADİYYAT
İki nazirin qurumuna qarşı ilginc iddialar
Yararsız elan edilən məhsullar yandırılmır, əvəzində başqa yerdə satılır!
Azərbaycanda "Qida təhlükəsizliyi haqqında" qanun yoxdur. Qanun olmadığından bu sahədə problemlər yaşanır. Bundan narahat olan Avropa İttifaqı 6 aydan yuxarıdır ki, qanun layihəsi hazırlayaraq hökumətə təqdim edib.
Təhlükəli qidalar Avropa İttifaqını çox narahat edir. Təsadüfi deyil ki, Avropa İttifaqının nümayəndələri uzun illər Azərbaycanda iş aparıblar. Kürünün və fındığın standartlara uyğun istehsalına nail olublar. Artıq bu mallar rahat şəkildə Avropa bazarına çıxarılır.
Bununla bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov daha ilginc məqamlara toxunub. Onun sözlərinə görə, Azərbaycanda bütün qida məhsullarına Səhiyyə Nazirliyi gigiyenik sertifikat verir: "Gigiyenik sertifikata görə mal təhlükəsizdir. Əhalinin sağlamlığının da keşiyində Səhiyyə Nazirliyi durur. Məsələn, bir qidadan vətəndaş zəhərlənərsə nə sizə, nə də bizə müraciət edilməyəcək, birbaşa səhiyyə orqanlarına müraciət ediləcək. Ona görə də vətəndaşın zəhərlənməsində isə istehsalçı deyil, səhiyyə orqanları məsuliyyət daşımalıdır. Çünki müvafiq sənədi həmin orqan təqdim edir. İnsanın nədən zəhərləndiyini araşdırsaq aydın olacaq ki, vətəndaş kütləvi istehsal edilən məhsuldan xəstələnib. Həmin məhsulun adını həkim qeyd etsə, istehsalçı, Səhiyyə Nazirliyinin verdiyi sertifikatı təqdim edəcək və deyəcək ki, siz yoxlayıb sertifikat vermisiz, günahkar da sizsiniz."
Ekspert bildirib ki, qida zəhərlənməsinin səbəbini səhiyyə orqanlarının bütün mallara sertifikat verməsindədir: "Mallara gigiyenik və təhlükəsizlik sertifikatı verən orqanlar ayrı olmalıdır. Ümumiyyətlə, sertifikat bir məhrələdə gətirilən mala verilir. Məsələn, biri kolbasa istehsal edir, farş hazırlayır. Səhiyyə orqanlarına müraciət edir, onlar da guya məhsuldan nümunə götürüb yoxlayıb, sertifikat verirlər. Sertifikatda qeyd olnur ki, məhsula verilən sənəd 6 ay və ya 1 il müddətinədir. Yəni farş bitəndən sonra, istehsal üçün yenidən sertifikat alınmalıdır. Amma hər şey əksinə baş verir. Bir mərhələ mal üçün alınan sertifikatdan "mənim sertifikatım var", deyə istifadə edib, başqa mal da istehsal edirlər. Yoxlamanın da öz qaydaları var. Növbəti mərhələdə gələn mal yoxlanmalı və sonra ona yeni sertifikat verilməlidir. Ümumiyyətlə, sertifikatların, ay və illə verilməsi absurd məsələdir".
Ekspert qida təhlükəsizliyi ilə bağlı daha bir nazirliyin məsuliyyətinə toxunub. O, bəzi hallarda yoxlamalar nəticəsində müəyyən olunan yararsız məhsulların satışdan çıxarılmadığını vurğulayıb: "Gigiyena orqanları, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən satışdan çıxarılan mallar bir qayda olaraq akt tərtib olunaraq, satıcıya təqdim olunur və buna görə cərimə tətbiq edilir. Əslində yararsız məhsullar məhv edilməlidir. Müşahidələr göstərir ki, bu mallar bəzən məhv olunmur. Yararlıq müddətində dəyişiklik edilərək, başqa yerlərə göndərilir. Müvafiq orqanlar yoxlama apararaq yarasız məhsulları toplamalı və KİV-lərin iştirakı ilə məhv etməlidir. 20 ildir bu sektorda fəaliyyət göstərirəm. Cəmi 2 dəfə Dövlət Gömrük Komitəsi tərəfindən siqaretlərin yandırılmasını müşahidə etmişəm. 20 ildə görməmişəm ki, ictimai təşkilatı çağıralar və onların iştirakıyla məhvetmə prosesini həyata keçirələr".
Göründüyü kimi, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı kifayət qədər ciddi problemlər var. Həmin problemlərdə isə iki qurumun - Oqtay Şirəliyevin və Şahin Mustafayevin rəhbərlik etdikləri nazirliklərin ciddi payı var. Açıq görünür ki, həmin nazirliklər qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətlərində ciddi nöqsanlara yol verirlər. Bu isə vətəndaşların sağlamlığını, genefondumuzu risk altında qoyur.
Onu da deyək ki, qida zəhərlənməsi ilə bağlı statistik göstəricilər Azərbaycanda əlaqədar qurumlar tərəfindən gizlədilir. Dünya göstəricilərinə görə Azərbaycanda qida zəhərlənməsi 250 dəfə az göstərilir. Qida zəhərlənmələrinə görə statistikaya müraciət etsək, görərik ki, ABŞ-ın əhalisi 318 milyon nəfərdir. Bir ildə orada 76 milyon qida zəhərlənməsi qeydə alınır. 100 min əhaliyə 26 min zəhərlənmə düşür. Fransa əhalisi 64 milyona yaxındır, 750 min zəhərlənmə qeydə alınır. Avstraliya əhalisi 23 milyondur, ildə 2,4 milyon qida zəhərlənməsi qeydiyyata alınır. Baxmayaraq ki, Avstraliya həyat səviyyəsinə görə dünyada üçüncü yerdə duran ölkədir. Həyat səviyyəsi yuxarı olan ölkədə qida zəhərlənməsi yuxarıdır. Halbuki bu ölkədə əhalinin sağlamlığı ciddi şəkildə qorunur. Azərbaycanda isə bu rəqəm 300 nəfərdir, ölüm təxminən 1 nəfər göstərilir.
Bunun özü də deməyə əsas verir ki, müəyyən qurumlar qida təhlükəsizliyi sayəsində problemləri ört-basdır etməkdə maraqlı görünürlər. Bunun isə bir çox səbəblərlə yanaşı, bəzi məmurların inhisarçı biznes maraqlarını qorumaqdan irəli gəldiyini təxmin etmək bir o qədər də çətin deyil.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35