Azərbaycan ordusundan öldürücü zərbə
13:51 14-11-2014
İQTİSADİYYAT
Azərbaycan ordusundan öldürücü zərbə
Avropa və ABŞ riyakarlığının mahiyyəti
Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterin mövqelərimizə atəş açarkən ordumuz tərəfindən məhv edilməsi ciddi rezonans yaratdı. İlk rezonans bu oldu ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə razılaşmayacaq və məqam yetişəndə Azərbaycan ordusu da sözünü deyəcək. Bu həm də sübut etdi ki, Xankəndi hava limanı fəaliyyətə başlayarsa, Azərbaycan tərəfi bu həyassızlığa göz yummayacaq və bu hava limanından qalxan təyyarələrə də zərbə endiriləcək. Digər bir rezonans isə ölkə xaricindən gəldi və bu məntiqsiz, erməni işğalçılığına göz yummanı təsdiqləyən rezonansa xüsusi diqqət ayırmaq istiyərdik.
ABŞ-in erməni istəyi
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda jurnalistlər qarşısında çıxış edərək baş verən insidentdən narahatlığını ifadə ebib və bildirib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Sözçü qeyd edib ki, insident bir daha regionda atəşkəs rejiminə nəzarət etməyi və gərginliyin azaldılmasının labüdlüyünü xatırladıb.
QEYD: ABŞ Dövlət Departamenti hələ də əsirlikdə saxlanan iki azərbaycanlı ilə bağlı konkret mövqe bildirməyib.
Avropa üzgörənliyi
ATƏT-in baş katibi Lamberto Zaniyer isə deyib ki, ATƏT Dağlıq Qarabağda helikopterin vurulması ətrafındakı hadisələrdən narahatdır: "ATƏT hesab edir ki, bu cür insidentlər böhranın miqyasını genişləndirə bilər. Biz Dağlıq Qarabağda və Dağlıq Qarabağın hüdudlarından kənarda baş verən hadisələrdən çox narahatıq. Bu cür hadisələr onsuz da qeyri-stabil olan vəziyyəti daha da gərginləşdirə bilər".Avropa İttifaqı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanatla çıxış edib. "Lazımdır ki, bütün tərəflər təmkinlik nümayiş etsinlər və istənilən hərəkət və ya vəziyyətin gərginləşməsinə gətirib çıxara biləcək bəyanatlardan çəkinsinlər", - Aİ-nin bəyanatında deyilir.
QEYD: Avropa indiyə qədər əsirlikdə saxlanılan iki azərbaycanlının geri qaytarılması ilə bağlı bir dəfə də olsa Ermənistan hakimiyyətinə xəbərdarlıq etməyib və heç bir bəyanat yoxdur.
Avropa İttifaqının
əl-ayağa düşməsi
Avropa İttifaqının bəyanatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstəyi qeyd olunur.
Münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən Cənubi Qafqaz ölkələri arasında yaranıb. Azərbaycan ərazisinin 20 faizi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ilin mayında tərəflər atəşkəsə nail olublar və indiyə qədər ATƏT-in Minsk qrupunun himayəsi altında və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azad edilməsi üzrə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
QEYD: Avropa İttifaqına Azərbaycan tərəfindən dəfələrlə müraciət olsunsa da hələ ki, bu təşkilat bir başa iki azərbaycanlı girovla bağlı maraqlanmayıb və məsələnin araşdırılması üçün Ermənistan tərəfindən hesabat istəməyib.
Görünən nədir?
Görünən budur ki, istər Avropa , istərsə də ABŞ Dağlıq Qarabağ probleminə yanaşmada səmimi deyillər və əsas məqsədləri mövcud status-kvonun qorunub saxlanmasıdır. Buna görə Ermənistan tərəfinin şıltaqlığına göz yumulur, Azərbaycan tərəfinin əks-həmlələri olanda isə danışıqlar yada düşür. Bunun isə başlıca səbəbi budur ki, Azərbaycan ordusu kifayət qədər güclüdür və Ermənistan tərəfi danışıqlarda qeyri-konstruktiv xətt tutarsa silahlar işə düşəcək.
QEYD: Arye Qut (İsrailli politoloq) : "Rəsmi Bakı regionda mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Son hadisələr onu göstərir ki, Azərbaycan Ermənistana bu işğalın daha belə davam etməyəcəyini anlatmaq istəyir. Azərbaycanın Ermənistan helikopterini vurması onu göstərir ki, Bakının səbri tükənib".
QEYD: Vladimir Belyayev (Rusiyalı politoloq): " Helikopterin təlimləri zamanı vurulması Ermənistanın nəinki hərbi, eləcə də Dağlıq Qarabağdan propoqanda kimi istifadə edən siyasi imicinə böyük zərbədir ".
Beləliklə anladığımız kimi Ermənistan bu təxribatının cavabını alıb və bu dəfə bundan Azərbaycana qarşı istifadə edə bilməyəcək. Elə Azərbaycan rəsmilərinin dedikləri də bunu təsdiqləyir.
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə və məntiqinə yaxşı bələd olanlar bu hadisədən təəccüblənməzlər. Bildiyiniz kimi, münaqişənin həlli ilə bağlı son proseslərə nəzər salsaq Soçidə, Parisdə keçirilən görüşlərdən və ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra belə təəssürat yarandı ki, problemin həlli istiqamətində hərəkət vardır və səylər göstərilir ki, münaqişə həll olunsun. Ermənistan prezidenti Sarkisyan, xarici işlər naziri Nalbandyan da bəyanatlar vermişdilər ki, danışıqlardan razıdırlar.
Amma ermənilərin belə vəziyyətdə tez-tez təxribatlar törətməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırması görünür onlara çox lazım idi. Özünüz düşünün, belə bir vaxtda Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirmək nəyə lazım idi?! Özü də qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə məqsəd nə idi?! Bax, Ermənistan rəhbərliyinin məkrli siyasəti bu məqamda özünü daha qabarıq göstərir. Guya danışıqlar prosesində irəliləyiş olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra Ermənistan rəhbərləri diasporları, lobbiçiləri və arxalarında dayanan digər qüvvələrin vasitəsilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün bu cür hiyləgər təxribatlara əl atmağa vərdiş ediblər. Ermənilər belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan münaqişənin həllini istəmir. Ermənistandan soruşan lazımdır, 25 ildir ki, Azərbaycanın işğal altında saxladığın ərazilərində hərbi təlim keçirməkdə məqsədin nədir?! Əlbəttə, hamıya məlumdur ki, məqsəd birdir – Azərbaycanı qaralamaq, öz tərəfdaşları vasitəsilə Azərbaycan ilə bağlı mənfi fikir formalaşdırmaq. Məqsəd budur. Belə məkrli təxribatlar çox olub. Bu təxribatlar hansı məqsədlərlə edilirsə edilsin, ermənilər öz məqsədlərinə nail olmayacaqlar. İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir".
Və nəticə...
"Ötən gün Ağdam rayonu ərazisində Ermənistan Ordusuna məxsus hərbi helikopterin vurulmasından sonra cəbhə xəttinin qarşı tərəfində helikopterlərin və digər uçuş aparatlarının uçuşları dayanıb". Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
V. Dərgahlının sözlərinə görə, hadisədən sonrakı dövrdə və bu gün işğal olunmuş Azərbaycan ərazilərinin üzərində heç bir uçuş qeydə alınmayıb.
Nazirlik sözçüsü Azərbaycanın bütün hava məkanının Hərbi Hava Qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.
"Hava sərhədlərimizi pozanlara zərbə vurmaq üçün Hərbi Hava Qüvvələrimiz ən müasir vasitələrə malikdir. Beynəlxalq sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal altındakı ərazilər üzərində bütün avia uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi dəyərləndirilir", - deyə polkovnik Dərgahlı vurğulayıb.
V. Dərgahlı ötən gün və gecə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozuntularının sayında müəyyən artım müşahidə olunduğunu, lakin hansısa kəskin səviyyədə olmadığını bildirib: "Bəzi KİV o istiqamətdə ağır döyüşlərin getdiyinə dair məlumat yayıblar. Belə bir hadisə yoxdur. Azərbaycan Ordusu düşmənin bütün təxribat cəhdlərinin qarşısını alacaq".
Və...
Azərbaycan qırıcıları havaya qaldırıldı.Bu dəfə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimlərə başlanıldı
Təlimlər təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvv?lərin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvv?ləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5000 nəfərdən artıq şəxsi heyət, 40-dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsinin təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən xüsusi təyinatlı qüvvələr cəlb edilib.
Təlim 3 mərhələdə həyata keçiriləcək.Təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53