Arif Hacılı İsa Qəmbərin tifaqını dağıtdı
10:33 15-11-2014
İQTİSADİYYAT
Arif Hacılı İsa Qəmbərin tifaqını dağıtdı
Müsavatın yeni başqanı partiyanı tamamilə dağıtmaq ərəfəsindədir, əleyhdarlarının qarşısına 200 nəfərlik dəstə çıxarır
Müsavat Partiyası dağılmaq üzrədir, çünki qurultaydan sonra baş verənlər qurum daxilində parçalanma üçün ciddi əsaslar verib. Artıq tərəflər arasındakı qarşıdurma o qədər dərinləşib ki, siyahılar tərtib olunaraq, sərt tələblər irəli sürülür.
Belə ki, partiyadakı narazı üzvlər daxili repressiyalara qarşı etiraz bəyanatı yayıb. "Unikal"ın məlumatına görə bəyanatda 18 nəfər üzv Müsavat partiyasının başqanı Arif Hacılı qarşısında məsələ qaldıraraq onun həlli üçün 3 şərt qoyub: "Son zamanlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən bir qrup üzvlərin iradəsinə təzyiq yolu ilə partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatçılıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı "cəza vermək" çağrışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyası plüarizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatçılıq doğurmaqdadır. Belə ki, Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun və partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarı ilə partiyanın Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək partiya sıralarından kobud nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, eləcə də qeyri-qanuni, qeyri-demokratik qərarlarla partiyada repressiyaların başlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub. Müsavat Partiyası Divanının sonuncu toplantısında partiya üzvləri Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy və partiyanın MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağırılması ilə bağlı qərarı, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması hazırkı vəziyyətin daha da gərginləşdirilməsinə gətirib çıxarıb".
Narazılar Müsavat Partiyasının hazırkı rəhbərliyi qarşısında aşağıdakı məsələləri qoyur və onların təcili həllini tələb edirirlər: "Partiya daxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüarizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl olunsun, fərdi azadlıqlara hörmət olunaraq şəxsi mövqelərə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun. Partiya üzvülüyündən mövqelərinə görə çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpa olunması üçün konkret addımlar atılsın və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq onu nizamnamə normalarına uyğunlaşdırsınlar. Partiyada ikitirəliyə, bölüşdürücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun".
Arif Hacılının əleyhdarları hesab edirlər ki, partiyanın mərkəzi oqranlarının tutduğu cəzalandırma və repressiyalar xətti hazırda yaranmış vəziyyətin daha da pisləşməsinə, üzvlər arasında narazılıq və etimadsızlığın artmasına, partiyanın gələcəyinə və perspektivlərinə olan inamın azalmasına, partiya daxili demokratiyanın məhdudlaşmasına, son nəticədə də liberal demokratik kursda olan Müsavat Partiyasının nüfuzunun aşağı düşməsinə gətirib çıxarır.
"Unikal"ın məlumatına görə, Arif Hacılı da bunun qarşılığını verib. Belə ki, o müavinləri vasitəsiylə qarşı tərəfin zərərsizləşdirilməsi üçün addımlar atıb. Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı Qubad İbadoğlu tərəfdarlarının etiraz bəyanatına münasibət bildirərkən deyib ki, narazı olan kimsə varsa, aidiyyatı orqanlara sikayət edə bilər. O vurğulayıb ki, çıxarılan şəxslər 6 aydan sonra üzv olmaq ücün yenidən Müsavat partiyasına müraciət edə bilərlər: "Bu insanların narahatçılığı üçün əsas yoxdur. Bu, növbəti şoudur. Müsavat partiyasının nizamnaməsinə görə üzvlərin qəbulu və çıxarılması rayon təskilatlarının özəklərində, şura, idarə heyəti, divan və MNTK tərəfindən aparıla bilər".
S.Soltanlı onu da əlavə edib ki, kimlərinsə partiyanın işini iflicetmə cəhdləri əbəsdir: "Belə məsələləri şişirtmək, şou gostərmək lazımsız fəaliyyətdir. Onlar qəzet və sayt redaktorlarına deyil, bu məsələlərlə bağlı Müsavat partiyasının strukturlarına müraciət etməlidir. Bu haqda Müsavat partiyası qərar verə bilər. Belə bəyanatlara qalsa, 200 insan muraciət edə bilər ki, Vurğun Əyyubu və Səxavət Soltanlı partiyadan çıxarılsın. Biz o zaman nə etməliyik? Partiya ilə üzvlərin, yaxud üzvlərlə partiyanın münasibətləri bəyanatlarla deyil, nizamnamə ilə tənzimlənir".
Göründüyü kimi, Müsavatdakı gərginlik geri dönüşü olmayan bir həddədir. Bu isə o deməkdir ki, Arif Hacılı başqan seçilməklə İsa Qəmbərin illərlə pis-yaxşı qoruyub saxladığı partiyanı dağıtmağı bacardı. Amma partiyanın bu şəkildə dağılması onu göstərdi ki, Müsavat qeyd edildiyi kimi, ideologiya, ciddi təməllər üzərində qurulan bir partiya deyilmiş. Əks təqdirdə, xırda bir külək partiyanı bu şəkildə dağıtmazdı.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25