Daha iki məhbus İlham Əliyevdən əfv istədi
12:33 21-11-2014
İQTİSADİYYAT
Daha iki məhbus İlham Əliyevdən əfv istədi
İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs olunan şəxslərdən ikisi yanlış yolda olduqlarını etiraf ediblər
2013-cü ildə İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs olunan şəxslərdən iki nəfər əfv ərizəsi yazıb. Bu barədə məlumat verən vəkil Nizami Abbasov bildirib ki, təqsirləndirilən Səftər Ağamalıyev və Vasif İbrahimov əfv ərizəsi ilə Prezident İlham Əliyevə müraciət ediblər.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilir ki, 2012-ci il yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə bir neçə nəfər istintaqa cəlb edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səftər Ağamalıyev və Vasif İbrahimov 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən verilən apelyasiya şikayəti isə təmin olunmayıb.
Xatırladaq ki, artıq bundan əvvəl də bir neçə gənc əfv olunmaq üçün Prezidentə müraciət etmişdi. Sonuncu əfv fərmanı imzalanandan sonra da həmin gənclər azadlığa buraxılıblar. Bu müraciətlərin özü də göstərir ki, radikal müxalifətə qoşulan, amma sonradan onların yanlış yolda olduğunu anlayanlar çıxış yolunu əfv ərizəsi yazmaqda görürlər. Müxtəlif cinayət əməllərinə görə həbs olunanlar qısa müddətdə xidmət etdikləri radikal müxalifət liderləri tərəfindən aldandıqlarını və yanlış yolda olduqlarını dərk edirlər.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib ki, bunu çox müsbət addım kimi qarşılayır: "Əfv istənilməsi normal qarşılanmalıdır. Azadlığa qovuşmaq üçün ölkə qanunları ilə fəaliyyət göstərmək lazımdır, nəinki hansısa beynəlxalq təşkilatlardan ümid yeri axtarmaq lazım deyil. Bu təşkilatlar öz siyasəti üçün Azərbaycan hakmiyyətinə təzyiq etmək üçün həbsə düşən şəxslərdən istifadə edirlər. Bu baxımdan da düşünürəm ki, həmin təşkilatların əlinə bəhanə verməmək üçün əfv verilsə,bu yerində atılan addım olar. Və indiyə kimi cənab prezident İlham Əliyev bu səlahiyyətindən istifadə edib. Prezidentin bu addımı cəmiyyət tərəfindən çox müsbət qarşılanır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12