Oqtay Şirəliyevin nazirliyinə çətin sual
12:35 21-11-2014
İQTİSADİYYAT
Oqtay Şirəliyevin nazirliyinə çətin sual
Ölkədə bu qədər müasir xəstəxanalar açıldığı halda, nə üçün xəstələrimiz hələ də çarəni xaricdə axtarırlar?
Bölgələrdə ağır xəstəliyə duçar olan vətəndaşlar əksər hallarda müayinə və müalicə üçün ya Bakıya, ya da qonşu ölkələrə aparılır. Regionlarda ən müasir diaqnostika mərkəzləri mövcud olduğu halda, xəstələnən şəxslərin paytaxta və digər yerlərə axınını müxtəlif səbəblərlə izah etmək olar.
Bunlardan ən əsası, Avropa standartalarına cavab verən tibbi avadanlıq və cihazlardan istifadə qaydalarını bilən mütəxəssislərin olmamasıdır. Ədalət naminə deməliyik ki, respublikanın rayonlarında onlarla yeni xəstəxana və Müalicə Diaqnostik Mərkəzlər (MDM) istifadəyə verilib. Elə bölgə yoxdur ki, orada səhiyyə müəssisələri tikilib, yaxud bərpa olunmasın.
Ölkəmizdə 2003-ci ildən başlayaraq 500-dək tibb mərkəzləri inşa olunub. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Azərbaycanda müasir avadanlıqla təciz olunmuş MDM-lər Lənkəran, Naxçıvan, Şirvan, Qazax, Zaqatala, Qəbələ, Bərdə, Gəncə, Quba, Şamaxı, Calilabad və Xızıda istifadəyə verilib. Təzə xəstəxanalar Xaçmaz, Şəki, Qusar, Ağcəbədi, Yevlax, Calilabad, İsmayıllıda və s. yerlərdə açılıb. Bunun üçün böyük vəsait xərclənib. Ona görə də onlar daha səmərəli, yüksək faydalı iş əmsalı ilə istifada olunmalıdır.
Bu qədər müasir xəstəxanalar və MDM açıldığı halda, nə üçün ağır xəstələr müalicə üçün risk yaradaraq uzaq məsafələrə gedirlər?! Bu, həm də artıq xərc demək deyilmi?! Məntiqlə düşündükdə, bölgələrdə yeni MDM və xəstəxanaların açılması paytaxta aparılan xəstələrin sayının xeyli azalmasına səbəb olmalı idi.
Bundan başqa, xəstələri Türkiyə və İrana aparma halları da kifayət qədərdir. İranda fəaliyyət göstərən tibb müəssələrində işləyənlərin əksəriyyəti azərbaycanlılardır.
Bir sözlə, rayonlarımızda səhiyyə işçiləri müasir avadanlıqla düzgün diaqnoz təyin etsələr, müalicəni yüksək səviyyədə aparsalar, təbii ki, başqa ölkələrə getmə halları tamamilə azalar.
Ağcəbədi Diqnostika Mərkəzinin açılışında iştirak edən ölkə başçısı vurğulayıb ki, bölgələrdə göstərilən tibbi xidmət ən yüksək səviyyədə olmalıdır. Calilabad Mərkəz Xəstəxanasının açılışında isə deyib: "Həkimlər daim peşəkarlıq səviyyələrini artırmalıdır ki, dünyada olan yeniklər Azərbaycanda tədbiq edilsin."
Həqiqətən, şərt o deyil ki, müasir avadanlığı olan MDM-lər olsun. Savadlı mütəxəsisslər olmasa, bunun faydası olmaycaq. Hər il Azərbaycan Tibb Universiteti 2 mindən çox mütəxəssis hazırlayır. Buna baxmayaraq rayonlarımızda hələ də həkim və mütəxəssislərin catışmazlığı halları ilə rastlaşırıq. Bu vəziyyəti yaxşılaşdırmaq üçün nə edilməlidir?
Bu məsələ ilə bağlı müstəqil ekspert Adil Qeybulla bildirib ki, səhiyyə müəssəsilərinin maddi-texnika bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülüb, vəsait sərf olunub. Yəni bu gün rayonlarda dünyada analoqu olmayan ambulatoriyalar, müəyən stasionarlar yaradılıb. Məsələn, İranın, Türkiyənin əksər xəstəxanalarına gedib-gələnlər özləri də etiraf edirlər ki, Azərbaycanda kifayət qədər müasir avadanlıq movcüddür.
Onun sözlərinə görə, hələ ölkədə təbabət sahəsində potensialın tam şəkildə istifadə edilməsinə imkan verməyən amillər mövcuddur: "Amma əsas məsələ bu avadanlığın nə dərəcədə faydası, əhalinin onlardan nə dərəcədə bəhrələnməsi məsələsi aktualdır. Tibbi müəssisələrin məqsədi xalqa xidmətdir. Bu proses nə dərəcədə effektiv həyata keçirilir, genofondun keşiyində nə dərəcədə dayanır, bu, əsas məsələdir. Əlbəttə, adekvat dayana bilmir. Bunun konkret səbəbləri var."
A.Qeybulla vəziyyətə mənfi təsir edən vacib səbəblərdən biri kimi kadr çatışmazlığını göstərib: "Vacib amillərdən biri də kadr çatışmazlığıdır. Rayonlardakı klinikalarda kifayət qədər kadr problemi mövcuddur. İndi biz Qərb təbabətinə keçirik. Qərb təbabətinin öz standartları var. Qərb təbabətində xəstəliyin erkən aktivləşməsi, stasionar yanaşma, sonrakı reabilitasiya daha çox fərqlənir. Qərb təbabətində ayrı- ayrı xəstəliklərin diaqnostik müalicəsi və xəstəliklərin monitorinqi müəyyən protokollar əsasında aparılır. Biz bu standartlara keçdiyimiz təqdirdə, təbii ki, bu standartları bilən tibbi kadrlara eytiyacımız artır. Düzdür, bu gün Türkiyədə, Avropada, hətta Amerikada bizim təsil alan mütəxəssislərimiz,, rezidentlər var ki, onlar konkret bir sahənin mütəxəssisi kimi çalışırlar. Amma bunlar respublikanı yetərincə təmin eləcək dərəcədə deyil."
Bu yerdə keçmiş təcrübəni xatırlatmaq yerinə düşər. Sovet dövründə Tibb İnstitutunu bitirənlər 2 illik təyinatla rayonlara işə göndərilirdi. Hazırda bu təcrübədən heç olmasa dövlət büdcəsinin hesabına təhsil alanlara şamil etmək olar. Çünki, bu, faydalıdır. Onlara rayonlarda rahat yaşayış üçün bütün lazımi şərait yaradılmalı, müəyyən imtiyazlar və yüksək əmək haqqı nəzərdə tutulmalıdır.
Sonda: bütün bu sadalanan problemlərin səbəblərinə və həll yollarına aydınlıq gətirmək, ən əsası isə ölkədə müasir xəstəxanalar açıldığı halda niyə xəstələrimizin hələ də çarəni ölkədən kənarda axtardığına dair sualı cavablandırmaq isə heç şübhəsiz, Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi rəsmilərinin üzərinə düşür.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35