Hüseyn Abdullayevlə bağlı biabırçı faktlar
10:44 22-11-2014
CƏMİYYƏT
Hüseyn Abdullayevlə bağlı biabırçı faktlar
Keçmiş deputatın həbsxanada necə sınması, ağlaması və satqınlıq eləməsindən başqa əlavə məlumatlar gündəmə gələcək
Keçmiş deputat, hazırda mühacirətdə yaşayan Hüseyn Abdullayev ona məxsus mülkün sökülməsinə dair xəbərlərlə bağlı açıqlama yayıb. O, özünün facebook səhifəsində yaydığı açıqlamada bildirib ki, adının İnterpolun axtarış-məlumat bazasından rəsmən çıxarıldığına dair xəbər verəndən sonra Azərbaycanda onun ailəsinə məxsus mülkü söküblər.
Keçmiş deputat bunu özünə qarşı qisasçılıq kimi qiymətləndirir. Amma onun keçmişinə baxanda, fəaliyyətini analiz edəndə «haqq yerini bulur" məsəli yada düşür. Çünki Hüseyn Abdullayevin təsadüfən deputat olduğunu izah etməyə ehtiyac yoxdur. Onun fəaliyyəti qanunsuz əməllərlə dolu olub. Bu gün sökülən, eləcə də digər mülklər də cinayət əməllərinin nəticəsində əldə edilib. Yüzlərlə insanın naləsi üzərində qurulan səltənətin bu şəkildə məhv olacağı aydın idi.
Hər kəsə məlumdur ki, Hüseyn Abdullayevin özünün qanunsuz dəstəsi var idi. Yaxın ətrafının məlumatına görə, 300 nəfərdən ibarət dəstə saxlayırdı, guya mitinqləri dağıdırdılar. Əslində isə qanunsuz işlər görürdülər, adam döyürdülər, "Razborka"lara gedirdilər, kommersantları döyüb pullarını alırdılar. Elə «Quska" ləqəbini də həmin dövrdə götürüb. Yəni, indi car çəkib qanundan, haqdan, ədalətdən danışan Hüseyn Abdullayev vaxtiylə ən böyük cinayət əməllərinin başında dayanırdı.
Onun xarakterində də ciddi problemlərin olduğu hər kəsə bəlli idi. Hətta yaxın ətrafı, dostluq elədiyi şəxslər də bunu etiraf edirlər. Bir müddət öncə həbsdən çıxan keçmiş polis rəisi, Hüseyn Abdullayevin dostu olan Müşfiq Mədətov onunla bağlı ilginc məlumatları ictimaiyyətə çatdırıb. Onun sözlərinə görə, H.Abdullayevin ən əsas özəlliklərindən biri satqınlıq olub: «Mən o vaxt Rza İbadovu döyəndən sonra o, Hüseyn Abdullayevlə gedib indiki prezidentimizin qəbuluna girmişdi. Onlar İlham Əliyevə deyiblər ki, Müşfiq Mədətov Rəsul Quliyevin tərəfdarıdır, rəsulçudur, sizə qarşıdır, daha nələr. Yəni dalımca danışmışdılar. Allah sonda kimin kim olduğunu göstərdi. Sonradan hər ikisi - həm Rza İbadov, həm də Hüseyn Abdullayev dövləti satdılar. İndi ikisi də gedib Rəsul Quliyevlə oturub-dururlar. Bu dövlətdən pul qazanan "Quska", yəni Hüseyn Abdullayev deputat olmuşdu. "Quska"nı deputatlıq mərtəbəsinə gətirən adamı da sonralar sıxışdırırdılar ki, sən bunu gətirib bizə problem elədin. Mən həbsdə olanda "Quska" yanıma gəlib dedi ki, Müşfiq, sən gəl mənimlə düşmənçilik eləmə, Rza səndən gedib prezidentə nələr deyibsə, hamısını yazmışam diskə. "Quska"ya dedim ki, bunu ikinizin də etdiyini bilirəm, amma indi çətinə düşən kimi gəlib Rzanı satırsan. Onlar o qədər adama pislik etdilər ki... Axırda nə oldu? Rzanın taleyi dağıldı, özü didərgin düşdü. Onlara qarşı həmişə yaxşı olmuşam. Kişi kimi arxalarında durmuşam".
Keçmiş polis rəisi Hüseyn Abdullayevin həbsxanada hansı vəziyyətə düşməsi ilə bağlı dedikləri isə daha biabırçıdır. Bu gün var-gəl edən, özünü qəhrəman kimi cəmiyyətə sırımağa çalışan Hüseyn Abdullayev həbsxanada çətinə düşən kimi ağlayırmış. !İndi "Quska"nın yanında heç kim yoxdu. O tutulanda da yanında heç kim yox idi. Kişi kimi yata da bilmədi. Həbsxanada "sındı". Yaxınları girib kamerada ona-buna yalvarırdı. Müğənnilər çıxıb televiziyada bunun xahişini edirdilər. Əlaqə saxlayıb məlumat alırdıq. Dustaqlar gəlib deyirdilər ki, "Quska" türmədə özünü dəliliyə vurub ağlayır. Anası girib kamerada ona uşaq kimi qaşıqla yemək yedirirmiş. Kürdəxanının rəisi Azər Seyidov özü mənə danışdı bunu. Dedi girdim kameraya "Quska"ya deyim ki, bura nazirlər düşüb, özünü "sındırma". Naranın üstünə çıxıb qışqırıb ki, gəlməyin, məni öldürmək istəyirsiniz. "Quska" Bayılda olanda olub bu hadisələr", - deyə Müşfiq Mədətov əlavə edib.
Bütün bunlar onu göstərir ki, Hüseyn Abdullayev indiki durumuna düşəcək adam imiş. Şəxsi keyfiyyətləri çox aşağı olan bu adamın ölkədən kənarda kimlərisə ittiham etməsinin başqa adı yoxdur. Əgər bir adamın yaxın dostları onun satqın, xəyanətkar, cinayət törədərək başqalarının haqqını mənimsəməkdə ittiham edirsə, əlavə şərhə ehtiyacı yoxdur. Ona görə Hüseyn Abdullayev radikal müxalifətin nəzarətində olan mətbuatda nə qədər hakimiyyət əleyhinə kampaniya aparmağa çalışsa da, xalq onun kim olduğunu, həmin o mülkləri hansı əyri yollarla əldə elədiyini yaxşı bilir. Ona görə də bu istiqamətdə aparılan qara piar nəticə verməyəcək. Əgər o bu qara piara ara verməsə, baraəsində daha ilginc və bir o qədər də biabırçı faktlar gündəmə gələcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50