Mübariz Əhmədoğlu: "Bu qarşıdurma Ermənistanı məhv etmək gücündədir"
10:14 27-11-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Bu qarşıdurma Ermənistanı məhv etmək gücündədir"
Ermənistanın işğal olunmuş ərazilərimizdə NATO bayrağı altında keçirdiyi hərbi təlim həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) əleyhinə yönəlib
Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, erməni hərbi birləşmələri Ermənistan və Dağlıq Qarabağ olmaqla iki qrupa bölünərək "Birlik-2014" adı ilə hərbi təlim keçiriblər. Hərbi təlim Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistanla sərhədə bitişik hissəsində keçirilib. Ermənistan Aİİ-yə beynəlxalq aləmdə tanınmış sərhədlərin çərçivəsində daxil olur. Bu o deməkdir ki, Dağlıq Qarabağ Ermənistandan kənarda qalmalıdır. Eləcə də Rusiya yaxın zamanlarda Ermənistanın bütün dövlət sərhədlərini, o cümlədən Azərbaycanın işğal olunmuş əraziləri ilə olan sərhədi də öz nəzarəti altına götürür. Bu, bir daha Ermənistanın Dağlıq Qarabağa sahiblik edə bilməyəcəyinin göstəricisidir: "Həmin ərazidə hərbi təlimlər keçirməklə Ermənistan Rusiyaya hərbi müqavimət göstərməyə hazır olduğunu nümayiş etdirdi. Məhz o səbəbdən də Seyran Ohanyan Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Federal qüvvələrinin baş komandanlığında oldu və NATO-nun ABŞ-dan olan kuratorları ilə məsləhətləşmə apardı. Hərbi təlimlər "NATO həftəliyi" ilə davam etdi. Diqqət çəkən məqam orasındadır ki, hərbi təlimlər zamanı vurulmuş erməni vertolyotunun taleyini də S.Ohanyan ABŞ-ın Ermənistandakı səfiri ilə müzakirə etdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasına, özünü Rusiyanın strateji müttəfiqi adlandırmasına baxmayaraq, Ermənistan tarixində keçirdiyi ən böyük hərbi təlimi Rusiya ilə deyil, NATO və ABŞ-la məsləhətləşmiş formada həyata keçirdi.
Hal-hazırda Qərblə Rusiya arasında böyük geosiyasi çarpışma gedir. Bu çarpışmada son vaxtlar hərbi elementlərin də iştirakı artır. Belə bir dövrdə Ermənistan Rusiyanın deyil, ABŞ və NATO-nun tərəfində olduğunu bildirdi".
M.Əhmədoğlunun fikrincə, helikopterin vurulmasında ermənilərin Rusiyanı qınaq obyektinə çevirməsinə rəğmən, rəsmi Moskva müəyyən mənada ermənilərin tərəfini saxladı: "Rusiyanın Xarici İşlər Nazirliyi və KTMT helikopterin vurulması ilə bağlı həqiqəti demədilər. Hətta KTMT baş naziri N.Bordyuja "Azərbaycan və Qarabağ qoşunlarının təmas xətti" frazasından istifadə etdi. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri A.Lukaşeviçdən başqa məzmunlu bəyanat gözləmək çox çətindir. Çünki A.Lukaşeviç birbaşa rəhbərinin, nazirinin milliyyətcə erməni olduğunu bilir. İndi həbsdə olan erməni milyarderi, B.Obamanın dostu L.Ayrapetyanın Lavrovla yazışmalarının bir qismi açıqlandı. Bəlli oldu ki, əsl soyadı Kələntəryan olan S.M.Lavrov erməni ənənələrinə, dininə sadiqdir. Qəribədir ki, Rusiyanın xarici işlər naziri S.Lavrovun ailəsində rus dili işlək dil deyil. İngilis dilinin işlək dil olduğu Kələntəryan-Lavrov ailəsində bəlkə də erməni dili rus dilinə nisbətən daha çox işlənir. N.Bordyujanın da mövqeyinin ermənilərə tərəf dəyişməsinin ER Xarici İşlər Nazirliyinin təsiri ilə əlaqələndirmək daha düzgün olardı".
SİTM-in direktoru qeyd edib ki, S.Ohanyanın NATO-da A.Verşbou və F.Bridlav ilə gizli danışıqlarına rəsmi Moskva reaksiya vermədi. Çünki Rusiya XİN-in Ermənistan üzrə siyasətinin əsas mahiyyəti Ermənistanın Qərblə antirusiya oyunlarını gizlətmək və imkan olduqca buna şərait yaratmaqdır. İran isə reaksiya verdi. İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi Cənubi Qafqaz regionundakı xoşagəlməz vəziyyətdən narahat olduğunu bildirdi.
Mərkəzin direktoru hesab edir ki, prezident S.Sarkisyanın və Ermənistanda hakimiyyəti zəbt etmiş "Qarabağ klanının" əcaib siyasəti var: "Rusiya Ermənistanı Aİİ-yə üzv etmək istəyir, Ermənistan razılaşır. Rusiya Ermənistanın bütün xarici sərhədlərini öz nəzarəti altına keçirmək istəyir, Ermənistan müqavimət göstərmir. RF KTMT üzv dövlətlərinin vahid xarici siyasət aparması məsələsini gündəliyə gətirib. Ermənistan etiraz etmir. Eyni zamanda Ermənistan aşkarda razılaşdığı bütün bu məsələlərə qarşı gizli xəyanət planları hazırlamaqla da məşğuldur. NATO-nu bu oyunlarına qoşur. Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunun növbəti aktuallaşması Aİ və NATO-nun diqtəsi ilə baş verir və bu məsələ ilə əlaqəlidir. Cənubi Qafqazda NATO-RF qaşıdurmasında NATO-nun uduzacağı şəksizdir. Bu qarşıdurma Ermənistanı məhv etmək gücündədir".
Əli
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05