Əli Həsənov İranı narkotik qaçaqmalçılığına qarşı birgə mübarizəyə ÇAĞIRDI
10:19 27-11-2014
CƏMİYYƏT
Əli Həsənov İranı narkotik qaçaqmalçılığına qarşı birgə mübarizəyə ÇAĞIRDI
Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasına səfəri çərçivəsində İranla Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin əsaslı şəkildə artırılması, viza, gömrük sisteminin sadələşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ə.Həsənov deyib ki, Azərbaycan İranı özünün yaxın dostu hesab edir və bütün sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etməsinə çalışır. Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov hələ 2002-ci ildə İrana səfəri zamanı bu komissiyanın sabiq rəhbəri ilə görüşdüyünü və onunla olduqca vacib məsələlərin müzakirə edildiyini bildirib.
Onun sözlərinə görə, İran-İraq müharibəsi dövründə İran da qaçqınlar problemi ilə qarşılaşdığından, İranın qaçqınlarla iş üzrə böyük təcrübəsi var və bu sahədə təcrübə mübadiləsinin aparılması faydalı olar. Ə.Həsənov müştərək komissiyada humanitar sahədə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində də yaxından əməkdaşlığın zəruri olduğunu söyləyib, bu iki məsələnin komissiyada müzakirəsini təklif edib.
Görüşdə qeyd edilib ki, Ordubad-Marazad və Xudafərində "Qız Qalası" su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi də zəruridir. Tərəflər ölkələrimiz arasında ticarət dövriyyəsinin 500 milyon dollar həcmində olmasını qənaətbəxş saymayıb. Həm Azərbaycanın, həm də İranın iqtisadi və istehsal potensialı ölkələr arasındakı ticarət dövriyyəsinin həcminin dəfələrlə yüksəldilməsinə imkan verir. Ə.Həsənov Mahmud Vaizini Azərbaycana səfərə dəvət edib.
M.Vaizi İran və Azərbaycanın prezidentlərinin cari ildə müxtəlif dövlətlərdə 4 dəfə görüşərək, ölkələrimiz arasındakı dostluq əlaqələrini müzakirə etdiklərini xatırladıb. Hər iki dövlət başçısı siyasi iradə nümayiş etdirərək əlaqələrin inkişafında yeni mərhələnin əsasını yaradıblar. Narkotik maddələrin qaçaqmalçılığının qarşısının alınması, humanitar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın qurulması haqqında Ə. Həsənovun təkliflərini yüksək qiymətləndirən M.Vaizi bu məsələlərin komissiya tərəfindən araşdırılacağını bildirib. M.Vaizi diqqətə çatdırıb ki, İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasının vəziyyətini başa düşür, Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər rəsmi Tehran Azərbaycan hökumətinin hazırda blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə bağlı bütün xahişlərinə əməl edəcək. Söhbət zamanı həmçinin ticarət, bank, özəl sektorlar arasındakı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov və Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05