Dağlıq Qarabağ müharibəsi, yoxsa düyünü?
10:25 28-11-2014
İQTİSADİYYAT
Dağlıq Qarabağ müharibəsi, yoxsa düyünü?
Müharibənin alovlanması anonsu
Ermənistan helikopteri Azərbaycan ərazisində vurulandan sonra ermənilər sözün həqiqi mənasında şok yaşadılar və aydın oldu ki, müharibə başlayarsa Ermənistan çıxılmaz duruma düşəcək. Elə bundan sonra baş verilənlər də deyilənləri təsdiqləyirdi. Amma beynəlxalq təşkilatların həyasızcasına ermənipərəst mövqe nümayiş etdirmələri Ermənistanı deyəsən ürəkləndirdi və atəşkəs rejimi sistemli şəkildə yenidən pozulmağa başladı.
Tək bir fakta baxaq ki, son sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Mərzili, Sarıcalı, Baş Qərvənd, Kəngərli, Novruzlu, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Xatırladaq ki, atəşkəsin pozulduğu zamanlar da müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində olub. O, cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş səyyar kollegiyasının genişləndirilmiş iclasını keçirib.Toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları,Müdafiə Nazirliyinin baş idarə və idarə, xidmət rəisləri, birlik və birləşmə komandirləri və qərargah rəisləri iştirak ediblər.Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.Müdafiə naziri "Silahlı Qüvvələrin 2014-cü ildə xidməti döyüş hazırlığının yekunları və 2015-ci tədris ilində vəzifələri" mövzusunda geniş nitq ilə çıxış edib.Aparılan fəaliyyətlərlə bağlı birlik komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.Müdafiə nazirinin əmrinə əsasən 2014-cü ilin döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.Elə həmin gün toplantı iştirakçıları cəbhə bölgəsindəki hərbi hissələrdən birində yaradılmış təlim mərkəzində olub və praktiki tapşırıqları icra ediblər.Bunu da qeyd edək ki, Zakir Həsənov son bir ayda bir neçə dəfə cəbhə bölgəsində olub və bu da təsdiqləyir ki, durum istənilən an gərginləşə bilər. Elə Müdafiə Nazirliyinin "Ermənistanın hər hansı hərəkəti olarsa ona qarşı çox sərt addımlar atılacaq və Ermənistan bunu uzun müddət unuda bilməyəcək"- məzmunlu bəyanatıda nələrinsə baş verdiyini təsdiqləyir. Artıq bəzi Qrəb analitikləri də hesab edir ki, Dağlıq Qarabağ müharibəsinin başlanması mümkündür və bunun üçün bir sıra səbəblər mövcuddur. Bu mövzuda Britaniyalı jurnalist və yazar, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal Azərbaycanın Ermənistana məxsus vertolyotun vurması və bunun fonunda cəbhədə artan gərginliyi şərh edib. Ekspert Türkiyənin NTV telekanalına müsahibəsində Qarabağda atəşkəs xəttində yol verilən bir səhvin hər an bir müharibəyə səbəb ola biləcəyini deyib: "Azərbaycan daxili siyasətə yönələn Dağlıq Qarabağ kartını oynaya bilər. Kiçik bir əməliyyat planlaşdıra bilər. Ermənilər reaksiya verə və bir an atışma mühiti yarana bilər. Əgər belə bir şey olarsa, böyük güclərini ortaya girərək təzyiqi aşağı salmaları zaman alacaq. Bu zaman kəsimində isə ciddi bir çöküş yaşana bilər. Avropa, ABŞ və Rusiya bu gərginliyin nəzarət altında olduğunu düşünərək həll üçün bir mənbə tapmır. Lakin vəziyyət pisləşərsə ortaya atılmaq məcburiyyətində qalacaqlar. Axı niyə indidən həmin mənbələr ortaya qoyulmasın?".
Britaniyalı jurnalist Qarabağa sülh gücləri göndərilərsə, bu yolla hərbi gərginliyin azala biləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə bu prosesdə önəmli rol oynaya bilərdi, lakin Ermənistanla diplomatik əlaqələrinin olmaması bu rolu oynaya bilməsinə əngəl yaradır. Amma bir məsələdə var ki, Ermənistan böyük güclərdən ilk növbədə Rusiyadan hər hansı dəstək almasa müharibəyə başlamağa risk edə bilməyəcək. Rusiya Ukrayna ilə üz-üzə qaldığı bir zamanda Dağlıq Qarabağda da cəbhənin açılmasına razı qalarmı?
Mehdi Əli
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00