Ermənistanla erməni lobbisi üz-üzə
10:26 28-11-2014
İQTİSADİYYAT
Ermənistanla erməni lobbisi üz-üzə
Kilsə isə ortada qalır
Son zamanlar Ermənistan hakimiyyəti ilə erməni lobbisi arasında ciddi çatların olması haqqında fikirlər səslənir. Dəfələrlə elə erməni mənbələri bunu təsdiqləyib. Ortaya çıxan fakt göstərir ki, hazırda həm erməni lobbisi ilə Ermənistan hakimiyyəti, həmçinin erməni lobbisi ilə erməni kilsəsi arasında çatlar yaranıb.
Bir müddət öncə ABŞ erməni diasporlar təşkilatının rəhbəri bəyan etmişdi ki, Erməni kilsəsinin din xadimi tez-tez ABŞ-a səfər etməklə onlara ciddi maliyyə çətinlikləri yaradır və onlara verilən vəsaitin hara xərclənməsi ilə bağlı heç bir məlumatları yoxdur. Həmçinin erməni lobbisi, əsasən də Avropa da fəaliyyət göstərən təşkilatlar Ermənistan hakimiyyətini sərt tənqid etmişdilər və bildirmişdilər ki, Ermənistana göndərdikləri pulları prezident Serj Sarksyan və ətrafı mənimsəyir, ölkədə korrupsiya ən son həddə çatıb. Bununla bağlı Fransada yaşayan dünyaca məhşur müğənni ictimai xadim Şarl Aznavur açıq şəkildə bildirmişdi ki, bir daha Ermənistana pul göndərməyəcək. Çünki göndərdiyi pullar mənimsənilir və ünvanına çatmır. O daha sonra bildirmişdi ki, əslində ən böyük soyqırımı Ermənistan prezidenti ermənilərə qarşı edir. Bunu da qeyd edək ki, son iki il ərzində həyata keçirilən marafonlar da heç bir effekt vermir. Qeyd edək ki, hər il Avropa və ABŞ-da Ermənistana dəstək üçün marafonlar keçirilir və ən azından 20-30 milyon dollar arası pul toplanırdı. Amma iki ildir ki, bu rəqəm 3-4 dəfə aşağı düşüb. Başqa kifayət qədər maraqlı bir olay isə Ukraynada fəaliyyət göstərən iki erməni diaspor təşkilatı ilə bağlıdır. Belə ki, uzun illər Ermənistana dəstək göstərən bu təşkilatlar bu il Ermənistana nəinki maliyyə ayırmaqdan imtina etdilər, hətta Ukraynada fəaliyyət göstərən azərbaycanlılara məxsus təşkilatlara maddi dəstək verdilər. Bütün bunlar isə çatların nə qədər dərinləşdiyini bir daha sübut edir. Bu günlərdə isə daha maraqlı bir olay Avropada baş verib. İsveçə səfər edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan noyabrın 26-da Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda "Cənubi Qafqazda təhlükəsizlik problemləri" mövzusunda məruzə ilə çıxış edib. Nazir çıxışını bitirəndən sonra İsveç-Azərbaycan Gənclər Təşkilatı fəallarının suallarına tuş gəlib. Rəsul Məcidov, Allahverdi Verdizadə, Aysel Yusubova və Mahirə Muxtarova erməni nazirə 4 sual ünvanlayıblar.
Verilən suallarda Ermənistanın 20 ildən artıqdır Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb etməsi qeyd olunub.1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsini, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc sakinin qəddarlıqla qətlə yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdıran fəallar Edvard Nalbandyanın bu haqda fikirlərini bilmək istəyiblər.
Çətin anlar keçirən, tələbələrin suallarına destruktiv və uydurma dolu cavablar verən nazir tədbirin bu şəkildə davam etməsindən narahat olduğunu ifadə edib. Sualları cavablandırarkən açıq-aşkar əsəbi olduğu hiss olunan erməni nazirin "deyəsən, salonun 90 faizini azərbaycanlılar təşkil edir" ifadəsi vəziyyətin onun üçün necə mürəkkəb olduğunu göstərirdi.
Ekspertlər hesab edir ki, erməni lobbisi ilə Ermənistan arasındakı uçurum gələn il daha dərinləşə və bir dəfəlik düşmənçiliklədə əvəzlənə bilər. Belə ki, 2015-ci ildə qondarma erməni "soyqırım"ının 100 illiyi olacaq və bununla bağlı artıq lobbi ilə Ermənistan hakimiyyəti araında fikir aylrılığı yaranıb. Əgər 2015-ci ildə istədiklərinə nail ola bilməsələr bu proses qaçılmaz olacaq. Bunuda xüsusi olaraq vurğulayaq ki, erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasında çatların yaranmasında Azərbaycan hakimiyyətinin də xüsusi rolu oludu. Belə ki, Azərbaycan diplomatiyası prezident İlham Əliyevin əmr və göstərişlərindən sonra müdafiədən hücum diplomatiyasına keçid etdi və demək olar ki, xarici siyasətdə ciddi tərpəniş yarandı. Erməni lobbisi isə demək olar ki, bunun qarşısında gülünc duruma düşdü.Ermənistan rəhbərliyi buna görə erməni lobbisini günahlandırmağa başladı.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00