Leyla Yunusun vəsiyyət vay-şüvənliyi
10:30 28-11-2014
CƏMİYYƏT
Leyla Yunusun vəsiyyət vay-şüvənliyi
Ermənipərəst Qərb dairələri sevimli kadrlarını həbsxanadan qurtarmaq üçün min bir kələyə əl atırlar
Hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus şousu davam edir. Hələ həbs edilməmişdən qabaq ölkədən qaçmağa çalışan, daha sonra polisin papağını başından götürüb yerə atan, daha sonra ayaqyoluna getmək istədiyini az qala, dünyaya nümayiş etdirən Leyla Yunusun şousu indi həbsxanadan nümayiş olunur.
Belə ki, həbsxanada olan Leyla Yunus indi də vəsiyyət edib. Səbəb isə budur ki, güya səhhətində o qədər ciddi problemlər yaranıb ki, ölüm ayağındadır. Amma bu, köhnə ssenariyə oxşayır. Qərb artıq belə bir ssenarini Ukraynada işlətmişdi və o zaman effektli alınmışdı. Düzdür, əvəzində, Ukrayna paramparça oldu. Söhbət Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkodan gedir. Yuliya Timaşenko həbs ediləndən bir neçə gün sonra Qərb ayağa qalxdı, amma nəticə olmadı. Bundan sonra belə ssenari ortaya atıldı ki, Timoşenko ağır xəstədir. Gəlin, onun həbsə düşməsindən sonra verilən açıqlamaya baxaq.
Ukraynanın insan hüquqları məsələləri üzrə rəsmi nümayəndəsi keçmiş baş nazir və müxalifət lideri Yuliya Timoşenkonun ciddi sağlıq problemlərindən əziyyət çəkdiyini və həbsxanadan kənarda müalicəyə ehtiyacı olduğunu elan edib. Ombudsman Nina Karpaçeva həbsxanada xanım Timoşenkonu ziyarət etdiyi zaman onun çarpayıdan qalxa bilmədiyini bildirib. Karpaçevanın sözlərinə görə, 50 yaşlı xanım Timoşenkonun müayinəyə və həbsxanada xaricində müalicəyə ehtiyacı var. O əlavə edib ki, xanım Timoşenko müstəntiqlər tərəfindən həbsxana otağında dindirilməməlidir.
İndi isə Leyla Yunus şousuna baxaq. Yunus mədəsində kəskin ağrılar olduğunu və 12 kq arıqladığını təsdiq edib: "Dişləri, saçları tökülür. Şəkəri yüksəkdir - 220. Təzyiqi yüksəkdir, gözləri pis görür. Zəifləyib. Beş addımdan artıq gedə bilmir. Ayaqları şişib".
İndi isə Timoşenkonun həbsdə bir müddət yatmasından sonra verilən xəbərə baxaq. İnternetdə Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun ən son kadrları yayılıb. "Youtube" video portalına yerləşdirilmiş kadrlarda Timoşenkonun Kiyev həbsxanasında xəstəxana kamerasında uzandığı görünür. "Marrapetta" adlı istifadəçinin yerləşdirdiyi videoda tarix göstərilmədiyindən, kadrların nə vaxt çəkildiyi məlum deyil.Videoyazıda görünür ki, 260-cı palataya bir qrup ağ xalatlı adam daxil olur, Yuliya Timoşenko isə üzərinə adyal örtərək divanda uzanıb. Onun vəziyyətinin necə olduğunu demək çətindir. Bildirilir ki, Timoşenko Səhiyyə Nazirliyinin əməkdaşlarına özünü müayinə etməyə icazə vermir. Timoşenkoda fəqərələrarası yırtıq aşkar edildiyi bildirilir. Timoşenkonun qızı Yevgeniya iddia edir ki, anası bel ağrılarına görə gəzə bilmir. Timoşenkonun vəkilləri isə onun həbsxanadan kənarda təcili müalicə edilməli olduğunu bildirirlər.
Leyla Yunusun xəstəliyi ilə bağlı başqa diaqnoz. Məhbusun vəkili deyir: "O, deyib ki, hələ gücü var, vəkilləri ilə görüşlərə gedir, amma tezliklə bunu da edə bilməyəcək, hətta telefona da yaxınlaşa bilməyəcək". Yəqin ki, başqa şərhə ehtiyac yoxdur. Timoşenko kimi, Leyla Yunus da həbs olunan kimi xəstələnir, onu kimi ayaqları tutulur və s.
Amma bildiyiniz kimi, Timoşenko həbsdən çıxandan bir həftə sonra nəinki ayaqüstə gəzməyə başladı, hətta seçkilərə də qatılmağa vaxt tapdı. Görünür, Qərb indi də bu variantdan istifadə etməklə Leyla Yunusu azad etdirmək istəyir. Bu arada isə Leyla Yunusun səhhəti ilə bağlı xəbər yayılıb. "Leyla Yunusun səhhəti stabildir. Həkim nəzarətindədir və səhhətində hər hansı təhlükə yoxdur".Bunu açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov deyib. İ.Qurbanov bildirib ki, L.Yunusun qaraciyəri ilə bağlı müayinələr aparılıb: "Aparılan müayinələr qaraciyərin funksiyasının normal olduğunu göstərir. Buna baxmayaraq iki-üç gündür Leyla xanıma yenə də tibbi xidmətlər və müayinələr təklif olunur. Lakin o, bundan imtina edir".
Əlavə şərhə ehtiyac yoxdur. Leyla Yunusun sonuncu şousu atalar misalına oxşayır "Ayının min oyunu var, bir armudun üstündə". İndi də Qərb min oyun qurub ki, sevimli Leylasını həbsxanadan qurtarsın.
Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 192-ci (qanunsuz sahibkarlıq) və digər maddələr üzrə təqsirləndirilir. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan Bakı İstintaq Təcridxanasında saxlanılan L.Yunusun vəkilləri onun səhhətinin pisləşməsi barədə mətbuata açıqlamalar veriblər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41