Polis rəisi "moşşenik"liyə görə həbs olundu
10:46 29-11-2014
İQTİSADİYYAT
Polis rəisi "moşşenik"liyə görə həbs olundu
İmaməddin Abbasov etibardan sui-istifadə etmə və aldatma yolu ilə
vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda ziyan vurub
Məlum olduğu kimi, dünən səhər saatlarında bəzi KİV-də Oğuz rayon Polis Şöbəsinin keçmiş rəisi İmaməddin Abbasovun tutulması barədə məlumatlar yayıldı. Günün ikinci yarısında məsələnin təfərrüatı bəlli oldu.
Belə ki, Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayon Polis Şöbəsinin keçmiş rəisi İmaməddin Abbasovun həbsi barədə məlumatları təsdiqlədi. DİN Mətbuat Xidmətinin rəisi Sadiq Gözəlov apa-nın sorğusuna cavabında bildirib ki, paytaxt sakini olan bir vətəndaş nazirliyə müraciət edərək İmaməddin Abbasovun onun külli miqdarda pulunu mənimsəməsi barədə məlumat verib: "Nazir, cənab Ramil Usubovun göstərişi ilə həmin müraciət üzrə xidməti təhqiqat aparılıb və müəyyən olunub ki, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda ziyan vurub. Əməlində dələduzluq cinayətinin əlamətlərinin olması, "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin tələblərini pozub polis əməkdaşı adına ləkə gətirən hərəkətlər etməsi nəzərə alınaraq, İmaməddin Abbasov Daxili İşlər Orqanlarında xidmətdən xaric edilib".
S.Gözəlov həmçinin qeyd edib ki, İ.Abbasovun əməlinə hüquqi qiymət verilməsi üçün xidməti yoxlama materialları qanunvericiliyə uyğun olaraq Baş Prokurorluğa göndərilib. Həmin materiallar üzrə Baş Prokurorluqda aparılmış prosessual araşdırmaların nəticələrinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə tərəfindən İ.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, İmaməddin Abbasov təkcə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyərək, onlara külli miqdarda ziyan vurmayıb. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, keçmiş polis rəisi vəzifədə olduğu müddətdə rayondakı əksər motellərdən, istirahət məkrəzlərindən haqq yığırmış. "Onun həbsindən sonra çox adam ayılıb. Çünki İmaməddin Abbsaov çoxlarına "atıb" və vəzifəsindən istifadə edərək hədə qorxu gəlib. Bəziləri o vəzifədən gedəndən sonra da şikayət etməyə çəkinib. Amma artıq etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyərək, onlara külli miqdarda ziyan vurma maddəsi ilə həbs olunub. Ona görə də kimin şikayəti varsa, Bakıya gəlmək istəyir. Mənim bildiyimə görə, ona yaxın adam var ki,onları aldadaraq külli miqdarda pul alıb, amma sonra nə vədini yerinə yetirib, nə də pulu qaytarıb. İndi onların hamısı Bakıya gələrək prokurorluğa şikayət vermək istəyirlər", deyə mənbə fikrini tamamlayıb.
Görünən odur ki, İmaməddin Abbasovun istintaqı çox ağır gedəcək. Çünki onun Oğuzda törətdiyi cinayət əməllərinin üstü hələ bundan sonra açılacaq. Bu isə nəticədə onun daha böyük cəza alacağını düşünməyə əsas verir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17