Müsavatda gərginlik artır
10:49 29-11-2014
CƏMİYYƏT
Müsavatda gərginlik artır
Vurğun Əyyubla Osman Kazımovun çəkişməsi ciddiləşməyə başlayır
Qurultaydan sonra başlayan partiyadaxili gərginlik Müsavatı tamamilə yıpradıb. İndi də Osman Kazımovla Vurğun Əyyub davası başlayıb ki, o da partiyanı zədələyir.
"Osman Kazımov hüquqşünasdır, Müsavatın qurultayının necə legitim olmasını özü araşdırsın və sonra şərh versin". Bunu açıqlamasında Müsavat partiyasının üzvü Vurğun Əyyub deyib. O, Müsavat partiyasının başqan müavini, Divan üzvü Osman Kazımovu qeyri-ciddi şəxs kimi qəbul edir: "Kimdir axı o? O, bilir ki, kimdir?". V.Əyyub Osman Kazımovun "İstər Vurğun Əyyub, istərsə də başqaları qurultayın qərarlarını heç bir əsas olmadan legitim hesab etməməkdə, ara qarışdırmaqda davam etsələr, təbii ki, onlar barəsində tədbir görüləcək" fikrinə də münasibət bildirib: "Onların nə düşündüyü məni maraqlandırmır. Necə istəyirlər, elə də qərar versinlər. Onların qərarı da mənə maraqlı deyil".
Müsavat partiyasının başqan müavini O.Kazımov mətbuata açıqlamasında bildirib ki, Səxavət Əlisoy partiya üzvlüyündən xaric ediləndən sonra estafeti Vurğun Əyyub ələ alıb.
Onu da nəzərə çatdıraq ki, Müsavat Partiyasında başqanlıq seçkisinin nəticələrindən narazı qalan tərəf dekabrın 14-də keçiriləcək mitinqdə iştirakla bağlı hələ ki, qərar verməyib. Narazılar bildirib ki, bununla bağlı məsələ işçi qrupunun həftə sonu keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və ondan sonra qəti qərar veriləcək.
Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Müsavat partiyasının başqan müavini Səxavət Soltanlının sözlərinə görə, müsavatda heç bir narazı tərəf yoxdur: "Müsavatda narazı 10-15 nəfər var, onlar da yəqin mitinqə qatılacaq". Onun fikrincə, kimə səs vermələrindən asılı olmayaraq, hər bir müsavatçı partiyanın siyasətini dəstəkləyir və tədbirlərdə iştirak edir.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22