Əli Kərimlinin adı cinayət işində
10:50 29-11-2014
CƏMİYYƏT
Əli Kərimlinin adı cinayət işində
Dələduzluqda ittiham olunaraq həbs olunan AXCP üzvlərinin istintaqı zamanı partiya sədri ilə bağlı ilginc məqamlar ortaya çıxıb
Radikal müxalifət partiyalarında, xüsusən də AXCP ilə Müsavatda ard-arda istefaların, bir partiyadan o biri partiyaya transferlərin sayı o qədər artıb ki, artıq prosesi izləmək də olmur.
Bir müddət öncə "Unikal"ın da xəbər verdiyi kimi, AXCP sədrinin sabiq müşaviri, Qarabağ döyüşçüsü, Füzuli rayonunun keçmiş icra başçısı Şakir Abbasov partiyada baş verənlərlə bağlı şok açıqlamalar verərək qurumu tərk elədi. Onun mətbuata verdiyi açıqlamalardan da göründü ki, AXCP sədri Əli Kərimli partiyada elə bir iyrənc sistem qurub ki, özünə hörmət edən kəs orda qalmaz. Ona görə də davamlı olaraq, istefalar baş verir. Maraqlı bir hadisə də odur ki, AXCP-dən istefa verən Şakir Abbasov Müsavat Partiyasına üzv olub. Bu haqda məlumatı Müsavat Partiyası Xəzər rayon təşkilatının sədri Niyaz Nəsirli verib. O, özünün facebook səhifəsində yazıb ki, Müsavat Partiyası Xəzər rayon təşkilatının Şura iclasında təşkilati məsələlər və Müsavat Partiyasının keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunub: "Həmçinin yeni üzvlər qəbul olunub. Tanınmış demokrat, Şakir Abbasovla eyni gündə gənc fəal, ali təhsilli iqtisadçı Seyhun Feyziyev də Müsavat Partiyasının sıralarına üzv qəbul olunub". Xatırladaq ki, Şakir Abbasov bu ilin oktyabr ayında AXCP-dən istefa verib.
Bu Əli Kərimliyə bir zərbədir. AXCP sədrinin biabır olması bununla bitmir. Bildiyiniz kimi, indi xəyanətkar partiya sədrinin ətrafının "moşşennik" və dələduzlardan ibarət olduğu üzə çıxır. Məlum olduğu kimi, son günlərdə AXCP-də həbslər başlayıb. Seymur Həzinin həbsindən sonra ardıcıllıqla "Azadlıq" qəzetinin əməkdaşı Xalid Qarayevin inzibati qaydada, eləcə də partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin və son olaraq Əli Kərimlinin müşaviri Asif Yusiflinin həbsində şübhəli məqamlar ortaya çıxıb.
Ancaq dünənki mətbuat bu həbslərin arxasında ilginc məqamların olduğunu yazıb. Belə ki, AXCP-nin rəhbər strukturlarına daxil olan şəxslərdən birinin verdiyi məlumata görə, bu həbslər birbaşa partiyanın qurultayı və Ali Məclisinə olacaq seçkilərlə bağlıdır. Mənbə bildirib ki, partiyada ikitirəlik yaranıb. Bir qrup qurultayın keçirilməsini və sədrin dəyişməsini tələb edir. Maraqlıdır ki, hər iki qrupun partiyanın sədrliyinə olmasa da, Ali Məclisin sədrliyinə namizədi var. Bu, həbsdə olan Seymur Həzi və AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdır. Partiya daxilində yaranan iki qanaddan birinin rəhbəri olan Fuad Qəhrəmanlının qrupunun həbslərə məruz qalmaması şübhəli məqamlar ortaya çıxarıb. Mənbə iddia edib ki, Seymur Həzi ilə başlayan və xüsusi bir ssenari əsasında davam edən həbslərdə məhz bu qanad dolayısı yolla iştirak edir. 4 gün öncə azadlığa çıxan Xalid Qarayevlə bağlı da mənbə ciddi iddia irəli sürüb. Bildirilir ki, əslinə qalsa Xalid Qarayev inzibati qaydada 25 sutka yox, cinayət işi ilə həbs olunmalı imiş. Ancaq onu kimlərinsə maşası olması xilas edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Əli Kərimli də həbslərdən narahat olmağa başlayıb. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, həbs olunanların daha böyük cinayətləri var, amma hələlik səs-küy yaranmaması üçün hamısı açılmır. "Əli Kərimli bütün fəaliyyəti boyu "moşşennik"lik edib. Belə bir adamın ətrafının normal olmasını gözləmək sadəlövhlük olardı. Diqqət edirsinizsə, son dövrlər onun ətrafındakılar ya xuliqanlıq, ya da dələduzluq maddəsi ilə həbs olunur. Məndə olan məlumata görə, istintaq zamanı bəzi cinayət əməllərində Əli Kərimlinin də bu və ya digər rolu olduğu aşkarlanıb. Amma siyasi partiya sədri olduğuna görə, onun barəsində ətraflı araşdırma aparılır. Yəqin ki, bu araşdırmadan sonra Əli Kərimlinin də məsuliyyətə cəlb olunub-olunmaması məsələsi gündəmə gələcək".
Məsələ ondadır ki, Əli Kərimli bütün bu biabırçılıqları özündən kənarlaşdırmaq üçün digər müxalif partiyalara şər-böhtan yağdırmaqla məşğuldur. AXCP sədri bunu sosial şəbəkədəki dəstəsinin vasitəsiylə həyata keçirir.
"Unikal"ın məlumatına görə, bu dəstənin ən çox hücum elədiyi şəxslərdən biri də ADP sədri Sərdar Cəlaloğludur. S.Cəlaloğlu deyir ki, Əli Kərimlinin bu addımları əslində, özünü ifşadır. "Bunların məqsədləri müxalifətdə irəli getmək üçün məhbuslardan sui-istifadə etməkdir. Bu, siyasi əxlaqsızlığa gedərək divident əldə etməkdir. Baxın, onların mitinqinə razılıq verdilər, amma bizim on nəfərlik piketimizi keçirməyə icazə vermədilər. İndi onların aksiyası sifarişlidir, yoxsa bizim piketlərimiz. Əgər düz toxumsunuzsa, niyə məhbusların müdafiəsinə yönələn aksiyaya dəstək vermirsiniz?. Gənclərə tapşırıblar ki, sosial şəbəkələrdə bizə fahişə desinlər" Cəlaloğlu deyib ki, artıq AXCP-nin Azərbaycan xalqının mənfəəti üçün iş görəcəyi fikrindən əlini üzüb: "Facebook-da hərəkətlərini görürəm. Adam ətrafında olan insanların tərbiyəsi ilə məşğul olar. Əli Kərimlinin müavini mənə deyib ki, 20-30 nəfər ayırmışıq və lazım gələndə komanda veririk, istənilən adamı vurub ictimai rəy yaradırıq. Bu nə deməkdir, nə fəaliyyətdir? Sən kimsən ki, mənim piket və dialoq təşəbbüsümü belə təhqir edirsən?", - deyə ADP sədri fikirini tamamlayıb.
Göründüyü kimi, Əli Kərimli və onun dələduz və xuliqan ətrafı hamını bezdirib. Hətta illər boyu eyni düşürgədə təmsil olunan şəxslər də AXCP sədrinin iyrənc əməllərindən beziblər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22