Hicran Hüseynova erkən nikahlarla bağlı yeniliklərdən danışdı
10:55 29-11-2014
CƏMİYYƏT
Hicran Hüseynova erkən nikahlarla bağlı yeniliklərdən danışdı
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə Qadın və Uşaq Komitəsinin bu gün keçirdiyi birgə konfransda çox böyük və vacib məsələyə toxunulub". Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib:
"Azərbaycanda ailə münasibətlərinin qorunub saxlanılmasına, ailə dəyərlərinin gücləndirilməsinə çalışırıq. Bunlar təbiidir. Çünki ailə siyasəti Azərbaycanda ən vacib məsələlərdən biri olmaqla yanaşı, həm də qorunub saxlanılan güclü dövlət siyasətindən biridir. Cənab prezident də dəfələrlə deyib ki, güclü ailə güclü dövlət deməkdir".
Komitə sədrinin sözlərinə görə, iki dövlət qurumu arasında imzalanan sənəd bu sahə üzrə daha çox birgə iş görməyimizə kömək edəcək: "Çox böyük təsirlərə məruz qalan bugünkü dəyişik və qloballaşan dövrdə ən mənfi təsirlər ailələrimizə toxunur. Biz çalışmalıyıq ki, güclü bir ailə modelini qoruyub saxlayaq. Ona görə də bu gün iki dövlət qurumu arasında imzalanan sənəd bizə işimizi daha da gücləndirməyə imkan verir. Bu da əməkdaşlıq üzrə yeni-yeni imkanlar açır. Düşünürəm gələn ildən başlayaraq çalışacağıq ki, bu istiqamətdə çox vacib tədbirlər keçirək. Regionlarda hər bir problemli ailə ilə xüsusi iş aparacağıq. Ona görə də bugünkü tədbirin əhəmiyyətini çox yüksək hesab edirəm. Bu günkü konfransda hörmətli ziyalılarımız, Milli Məclisin üzvləri çıxış edərək dəyərli fikirlər səsləndirdi".
Komitə sədri açıqlamasında cənub bölgələrində erkən nikahla bağlı yenilikdən də danışdı: "Artıq əvvəlki illərə nisbətən cənub bölgəsində erkən nikahla bağlı irəliləyiş müşahidə olunur. Cənub bölgəsində erkən nikah bağlayanların sayı xeyli azalıb. Bu da aparılan işlərin nəticəsidir".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15